Icma.az
close
up
RU
21 İLDƏ CƏMİ 8 CİLDİ... Milli Ensiklopediyanın cildlərinin nəşri niyə yubadılır?

21 İLDƏ CƏMİ 8 CİLDİ... Milli Ensiklopediyanın cildlərinin nəşri niyə yubadılır?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezidenti İlham Əliyevin Azərbaycan Milli Ensiklopediyasının 25 cildinin nəşr olunması ilə bağlı sərəncam imzalamasında 21 il ötür. 

Xatırladaq ki, ölkə başçısı həmin ilin mayın 5-də Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yaradılması ilə bağlı da sərəncam verib. İki onillikdən artıq müddət keçməsinə baxmayaraq, Ensiklopediyanın cəmi 8 cildi işıq üzü görüb. Necə deyərlər, redaksiya heyəti bir onillikdə cəmi 4 cildi nəşrə hazırlaya bilib. Onların keyfiyyəti isə bir ayrı ciddi tənqidlərin hədəfidir. Mütəxəssislərin rəyinə görə, cildlərin plagiat məlumatlarla zəngindir...

Problemə münasibət bildirən elm və təhsil sahəsi üzrə tanınmış ekspert, keçmiş millət vəkili Etibar Əliyev bildirir ki, Ensiklopediya xalqların simvoludur, biliklər xəzinəsidir, hər bir xalqın intellektual potensialının ölçüsüdür. O, hesab edir ki, 21 ilə cəmi 8 cildin nəşrə hazırlanması xalq olaraq tələbimizə cavab vermir. “Nə üçün Milli Ensiklopediyamızın hər bir cildinin alışı üçün kitab mağazalarında növbə yaranmasın? Nə üçün yazdığımız məqalə və kitablarda Ensiklopediyamıza istinad edə bilmirik”, - ekspert suallar ünvanlayır.

E.Əliyev vurğulayır ki, bu gedişat Ensiklopediya mütəxəssisi kimi onu qane etmir: “Prezidentin 25 oktyabr 2024-cü il sərəncamı ilə Milli Ensiklopediyanın Redaksiya Heyətinin yeni tərkibi təsdiqləndi. Sual olunur, yeni tərkib mövcud durumla bağlı neçə dəfə toplaşıb? Ölkəmizin başçısı cənab İlham Əliyevin bu işə verdiyi dəstək misilsizdir. Ancaq Redaksiya Heyətinin gördüyü iş nədən ibarətdir? Milli Ensiklopediya hər bir ziyalının kitabxanasının nüvəsi olmalıdır. Milli Ensiklopediyanın sanbalı hər bir ziyalının mənəvi borcudur!”

Keçmiş millət vəkili hesab edir ki, Ensiklopediyanın qüsurları və üstünlükləri müzakirə olunmalıdır. “Mən bu barədə tənqiqdi məqalə ilə çıxış etmişdim. Lakin nəticə olmadı. Məsul katib Tofiq Nağıyev tərəfindən təhqirə məruz qaldım. Dünya praktikasında belə söhbətlər məqbul sayılır. Birmənalı olaraq başa düşülməlidir ki, Ensiklopediya xalqın sərvətidir”, -E.Əliyev qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri