Icma.az
close
up
RU
2024cü ildə Azərbaycanın UĞURLARI: Sosial, iqtisadi və diplomatik nailiyyətlər RƏYLƏR

2024cü ildə Azərbaycanın UĞURLARI: Sosial, iqtisadi və diplomatik nailiyyətlər RƏYLƏR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin son günlərini yaşayırıq. Ötən ildə olduğu kimi, bu ildə də ölkəmiz üçün daha bir uğurlu il kimi yaddaşlarda qalacaq.

Bu il Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət iqtisadiyyatın genişlənməsinə, əhalinin sosial rifahının yüksədilməsinə, sosial infrastrukturun tamamilə müasirləşdirilməsinə imkan verib.

Dünyanın iqtisadi artım tempinə malik olan ölkələrindən olaraq bu il Azərbaycanda iqtisadi, sosial cəhətdən əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluq səviyyəsinin endirilməsi, yeni iş yerlərinin açılması, əsas vəzifələrdən olub.

Ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, ölkədə aparılan iqtisadi islahatlar Azərbaycanda yeni bir investisiya iqlimi yaratmışdır.

Cari ilə nisbətən ölkəmizdə sosial-iqtisadi, elm, texnologiya və bir çox sahələrdə sürətli inkişaf halları müşahidə olunub.

2024-cü il ölkədə turizm sektorunun bərpa prosesinin inkişafından da yan keçmədi. Tədbir turizminin inkişafı və bu istiqamətdə müxtəlif layihələr həyata keçirildi.

2023-cü il ilə müqayisədə 2024-cü ildə Avropa İttifaqı daxil olmaqla dünyanın bir çox ölkələrindən gələn turistlərin sayında xüsusi artım müşahidə olunub. Həmçinin, ölkəyə gələn turistlərə münasibətdə subsidiya mexanizmlərinin hazırlanması, uçuşların artırılması və yüksək xidmətlərin təmin edilməsində də ciddi addımlar atıldı.

Azərbaycanın inkişaf yolunda, istənilən istiqamətlərdə müsbət dəyişiliklərin əldə edilməsində Prezident İlham Əliyev mühüm rol oynayır.

Ölkə başçısının həm daxili, həm də xarici siyasəti ildən-ilə Azərbaycanın beynəlxalq arenada rolunu daha da artırıb.

2024-cü ildə ciddi inkişafların daha sürətlə baş verdiyinə toxunan Milli Məclisin deputatı Arzu Nağıyev  Gununsesi.info -ya açıqlamasında vurğulayıb ki, bütün bunların fonunda ölkədə ərazi bütövlüyü tam şəkildə bərpa olunub.

“Bu il ərazi bütövlüyümüz tam şəkildə bərpa olduqdan sonra dinc quruculuq işlərinə daha ciddi start verilib. İşğaldan azad olunmuş ərazilərdə minatəmizlənmə prosesləri qısa müddətdə yerinə yetirilməsi, eyni zamanda, vətəndaşlarımızın bu əraziləriə köç etməsi də ən mühüm istiqamətdədir.

Ölkəmiz bu gün böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməklə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan öz xarici və daxili siyasət yürüdən müstəqil bir dövlətdir.

Qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycan diplomatik sahədə də müsbət nəticələrə doğru istiqamətlənib. Artıq demarkasiya və delimitasiya prosesləri artıq başlayıb. 13 km-lik ərazi Ermənistanla delimitasiya, demarkasiya olunub. Sülh müqaviləsinin imzalanması istiqamətində də addımlar atılır.

Baxmayaraq ki, Qərb diplomatik inkişafların fonunda bunun əleyhinə olaraq müvafiq qərarlar qəbul etməyə çalışır, vizual kəşfiyyatçıları sərhədə yerləşdirir, ölkəmiz yenə də müsbət addımlardan uzaqda qalmır.

2024-cü il həm də parlament və prezident seçkilərinin keçirilməsi ilə də yadda qaldı.

İşğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla ölkənin hər bir yerində vətəndaşların səs vermək hüquqlarının tam təmin olunması ən mühüm məsələlərin siyahısında daxil edildi”, – deyə deputat bildirib.

A.Nağıyev vurğulayıb ki, bu ildə ölkə başçısının işgüzar səfərləri, diplomatik çıxışları da öz sözünü deyir:

“Cənab Prezident İlham Əliyevin məhz Azərbaycanın enerji təhlükəsindən təhdidin qarşısını alan bir dövlət kimi Avropada attıdığı addımlar müsbət bir haldır.

Eyni zamanda, Azərbaycanın Türk dövlətləri birliyində yer alması, digər dünya dövlətləri ilə münasibətləri, qoşulmama hərəkatında əldə oluna nəaliyyətləri ölkənin inkişafının bir daha sübutudur. Bütün bunlar Azərbaycanın 2024-cü ildə atdığı mühüm addımlarıdır.

Bu gün ölkədəki iqtisadi, siyasi, hərbi, mədəni, din, talerantlıq, multikultural və bu kimi dəyərlərin inkişafında, o cümlədən beynəlxalq səviyyədə bir çox müxtəlif dini konfessiyalarda iştirakı da təqdirəlayiqdır”.

Deputat əlavə edib ki, 2024-cü ildə Azərbaycanda hərbi sahədə görülən işlər, eyni zamanda hüquq- mühafizə orqanlarının əvəzsiz xidmətləri, ölkəyə və vətəndaşlara qarşı baş verə biləcək daxili və kənar təhlükələrin, təxribatların, cinayətlərin qarşısını almaqda həyata keçirdiyi işlər ən yüksək səviyyədədir.

Gununsesi.info -ya danışan Milli Məclisinin deputatı, politoloq Elçin Mirzəbəyli hesab edir ki, 2024-cü ili həm daxili, həm də xarici siyasət baxımından ölkəmiz üçün uğurlu olub.

“Qeyd etmək istəyirəm ki, 2024-cü ilin ən böyük siyasi hadisəsi, şübhəsiz ki, fevralın 7-də, həm də ilk dəfə olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində, o cümlədən Xankəndi də daxil olmaqla, Qarabağda və Şərqi Zəngəzurda keçirilən prezident seçkiləridir.

Növbəti mühüm siyasi hadisə isə yenə də ölkənin bütün suveren ərazilərində baş tutan parlament seçkiləridir. Hər iki hadisə, Azərbaycanda prezidentlik üsul-idarəsi olduğu üçün xüsusilə də prezident seçkiləri, təkcə 2023-cü illə müqayisədə 2024-cü ildə baş verən mühüm siyasi hadisə deyil, bütövlükdə Azərbaycanın son 200 illik tarixində nəzərə çarpan ən önəmli tarixi olaydır.

Prezident seçkilərinin gedişatı və səsvermə günü nümayiş etdirilən yüksək siyasi mədəniyyət və yüksək mütəşəkkillik də, zənnimcə ölkəmizin siyasi həyatında son 20-25 il ərzində özünü büruzə verən, ölkə vətəndaşlarının Vətənə sevgisini və Azərbaycan dövlətçiliyinə olan münasibətini ifadə edən amil kimi dəyərləndirilməlidir.

Eyni zamanda, son 5 ilə yaxın zaman kəsiyində ölkəmizdəki siyasi institutların inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, siyasi fəaliyyətin daha real məzmun alması, dövlət və milli maraqlarla bağlı məsələlərdə Azərbaycandakı siyasi qüvvələrin mütləq əksəriyyətinin vahid mövqedən çıxış və həmrəylik nümayiş etdirmələrini də xüsusi qeyd etmək lazımdır”, – deyə deputat bildirib.

Deputatın sözlərinə görə, bütün maneələrə və heç bir informasiya müharibəsinin bütün elementlərindən istifadə olunmaqla həyata keçirilən total qarayaxma kampaniyalarına baxmayaraq, COP29-un ölkədə yüksək səviyyədə keçirilməsi və nəticəyönlü olması Azərbaycanın 2024-cü idə diplomatik müstəvidə əldə etdiyi yüksək nəticəsidir:

“Daha mühüm amilə də toxunmaq istərdim ki, bu il Ermənistanla sülh müqaviləsinin, Azərbaycan üçün fundamental hüquqi əhəmiyyətə malik olan məqamlardan yan keçilərək, imzalanmasına nail olmaq üçün ölkəmizə qarşı həyata keçirilən təzyiq və təhdid ssenarilərinin, dövlət başçısının qətiyyəti və diplomatik məharəti nəticəsində iflasa uğradılmasıdır.

Həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) institutlaşdırılması istiqamətində atılan addımlar, türk dövlətlərinin ikitərəfli əlaqələrinin strateji müttəfiqlik müstəvisinə qaldırılması, vahid türk əlifbasının razılaşdırılması və TDT-nin beynəlxalq təşkilat statusunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də bu ilin mühüm amili oldu.

Əminəm ki, 2024-cü ildə türk xalqlarının inteqrasiyası istiqamətində atılan addımlar TDT-nin gələcəyin qlobal geosiyasi aktoru kimi mövqelərini möhkəmləndirəcək”.

Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlara toxunan E. Mirzəbəyli qeyd edib ki, bu istiqamətdə həm icmanın, həm də ölkə parlamentinin fəaliyyəti xüsusi məsələlərdəndir.

O, əlavə edib ki, bu sıraya Azərbaycan Milli Məclisinin fəaliyyətində, son illər qabarıq şəkildə nəzərə çarpan və getdikcə daha geniş vüsət alan parlament diplomatiyası və bu istiqamətdə həyata keçirilən tədbirlərin, görülən işlərin konkret nəticələrə gətirib çıxarmasıdır.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekspert Elman Cəfərli də 2024- cü ili ölkə tarixində ən uğurlu il hesab edir.

Onun fikrincə, 2020-ci ildən sonra əksər sahələr üzrə Azərbaycanda ciddi yüksəlişlər var:

“2020-ci ildə Zəfər ili kimi tarixə düşən Azərbaycan 2023-cü ildə isə beynəlxalq aləmin həll edə bilmədiyi Qarabağ münaqişəsinin 30 illik işğalına son qoyaraq, öz ərazi bütövlüyünü tam bərpa etdi. Artıq dünyanın siyasi gündəmində belə bir termin yoxdur. Bu gün işğaldan azad olunmuş Qarabağ torpaqları sürətlə məskunlaşdırılır.

Məlum olduğu kimi, erməni işğalçıları ərazilərimizə 1.5 milyondan çox mina basdırıb və onların təmizlənməsi isə xeyli zamanımızı alır.

İşğaldan azad olunmuş torpaqlara böyük qayıdışı ləngidən əsas amil də mina təhlükəsidir. Lakin son 4 ildə ərazimizin bir hissəsi minadan təmizlənib.

Onu da qeyd edək ki, Qarabağda və sərhəddə hər hansı bir toqquşmaların müşahidə edilməməsi bu ilin əsas yadda qalan hadisələrindən biri oldu”.

Ekspertin fikrincə, Ermənistan bu il sülh sazişini imzalamağı ləngitsə də, lakin qonşu ölkədə reallıqları dərk edənlərin sayı heç də az deyil.

O, əlavə edib ki, 2024-cü ildə bir sıra Qərb dairələri Ermənistan üzərindən, tarixə qovuşmuş “Qarabağ kartı” üzərindən Azərbaycana qarşı təzyiqlərindən yan keçmədi:

“Daha çox Fransa, Almaniya və ABŞ-ın haqsız təzyiqləri ülə üz-üzə qaldıq. Lakin Azərbaycan bütün xarici təzyiqlərə, boykot kampaniyalarına baxmayaraq, nüfuzlu beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirməsinə nail oldu.

Azərbaycana dünyanın müxtəlif ölkələrindən on minlərlə qonaq gəldi. Ölkəmizə gələn xarici media nümayəndələri bu fonda baş verən hadisələri işıqlandırdı, ölkəmiz haqqında məlumatlar dünyanın aparıcı KİV-lərində yayıldı. Şübhəsiz ki, COP29-da əldə edilən dividentlər ölkəmizin uğurları siyahısına yazıla bilər”.

2024-cü ildə Azərbaycanın iqtisadi uğurlarının artdığına da toxunan E.Cəfərli hesab edir ki, Azərbaycanda iqtisadiyyatın inkişaf dinamikasında müsbət meyillərin davamlılığı qorunur.

“2024-cü ilin ilk rübündə Ümumi Daxili Məhsulun həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən 4% artaraq 29 milyard manat təşkil edib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorunda məhsul istehsalında 7,8 faiz artım deməkdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-mart aylarında 15,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib, investisiya fəallığı da artıb.

2024-cü ilin ilk rübündə əsas kapitala yönəldilmiş vəsaitlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 3,8 milyard manata çatıb. Bu müddətdə qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyalarda artım 4,8% olub.

“Financial Times”ın “FDI Intelligence” nəşrinin tərtib etdiyi 2023-cü ildə birbaşa xarici investisiyaların artım sürətinə görə şəhərlərin TOP 100 reytinqində Bakı üçüncü yerdədir. Ölkəmizdə qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir”, – deyə E.Cəfərli əlavə edib.

Onun sözlərinə görə, son illər ölkədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artıb.

“Dövlətin əsas hədəfi iqtisadiyyatı daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi bir faizdən bir qədər çox olmuşdur. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Lakin iqtisadi inkişafa risk yaradan amillər də var.

Son dövrlər istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Yeni mərhələdə sosial-iqtisadi islahatların genişlənməsi gözlənilir.

“Böyük Qayıdış” layihəsi sürətləndirilməli və azad Qarabağa köç sürətləndirilməlidir. Regionların inkişafı, yeni sənaye mərkəzlərinin yaranması Bakının yükünü azaldacaq”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.

2023-cü ildə baş verən hadisələrə qısa baxış edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, 2024-cü ildə Azərbaycan fərqli keyfiyyət dönəmindən keçib.

“Hər il olduğu kimi, 2023-cü il fərqli hadisələr ilə yadda qalıb. Bura Azərbaycan-İran diplomatik toqquşmasını və səfirliyimizə edilən hücumu, Milli Məclisin deputatu Fazil Mustafaya qarşı terror hadisəsini və nəhayət, Azərbaycanın o siyasi süverenliyinə qovuşmasını demək olar.

Lakin 2024-də artıq Azərbaycan daha fərqli bir keyfiyyətlərə doğru istiqamətləndi. Ölkədə prezident və parlament seçkilərinin keçirilməsi mühüm siyasi hadisə idi.

COP 29-un Azərbaycanda keçirilməsi dünya diplomatiyasının tarixinə düşdü. Ölkəmizdə yenidən qurmanın növbəti mərhələyə keçidi də, bu xüsusda bölgələr üçün mühüm əhəmiyyətə malik idi.

Qərbi Azərbaycan qayıdış strategiyasının konsepsiyasının icrasında da yeni keyfiyyətlərin meydana çıxması bu prizmadanda çox önəmli idi”, – deyə o qeyd edib.

Ötən ili siyasi süverenlik hadisəsi ili adlandıran Ə.Əlibəyli bu ilin diplomatik süverenlik ili olaraq doğru olduğunu hesab edir.

Onun fikrincə, ötən il Azərbaycanın daxili siyasi hərbi gücünün təntənəsidirsə, 2024-cü il Azərbaycanın qlobal siyasi diplomatik gücünün təntənəsi olaraq qaldı.

İqtisadçı ekspert Pərviz Heydərov  Gununsesi.info -ya açıqlamasında deyib ki, 2024-cü il ölkə iqtisadiyyatı üçün irəliləyiş ili kimi qiymətləndirmək lazımdır.

“Gözlənildiyi kimi, ötən il əldə olunan iqtisadi irəliləyiş bu il yüksək səviyyədə davam etdirilib. Ümumi daxili məhsulun artım səviyyəsi, eyni zamanda qeyri-neft sektorundakı inkişaf bu il daha yüksək nəticələri ilə özünü göstərib. Ötən illə müqayisədə bu il ölkə iqtisadiyyatında inflyasiya tempinin əhəmiyyəti dərəcədə aşağı düşməsi mühüm nəticədir.

Bu da iqtisadi artımın, xüsusən də qeyri-neft sektorunda inkişaf tempinin davam etməsinə şərait yaratdı.

Bununla bərabar ölkədə alternatif enerji mənbələrinin istifadə sahəsində də xeyli irəliləyiş əldə olundu. Qrafik addımlar atıldı.

Ümumi bir baxış keçirildikdə 2024-cü ilin iqtisadi yekunları 2023-cü illə müqayisədə əhəmiyyətli dərəcədə fərqli xüsusiyyət kəsb etmiş və müsbət nəticələrlə yadda qalmışdır”, – deyə o bildirib.

2024-cü ildə Azərbaycanda valyuta ehtiyatlarının da kifayət qədər artmına toxunan iqtisadçı ekspert bu hadisəni mühüm olaraq dəyərləndirir:

“Ümumi iqtisadi yekun ümumi daxili məsələlərin artımı baxımından, qeyri-neft sektorunun tempi baxımından 2024-ci il ötən illə müqayisədə əhəmiyyəti dərəcədə müsbət nəticələrlə yadda qalacaqdır.

Bu da növbəti illərdə, xüsusən, gələn il ərzində qarşıya qoyan bir çox məsələləri, xüsusən ümumi daxili məhsulun artımı tempi, eyni zamanda qeyri-neft sektorunun inkişafı baxımından mühim vəzifələrin həyata keçirilməsinə imkan yaradacaq”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə bildirib ki, 2023-cü ildə olmayan bir sıra istiqamətlər üzrə uğurlu nəticələr 2024-cü ildə əldə olunub.

“2024-cü ilin yanvar-noyabr aylarında, yəni 11 ay ərzində Azərbaycanda iqtisadi artım 4,1% təşkil eləmişdi. Halbuki, ötən il bu göstərici bu səviyyədə deyildi, kifayət qədər aşağı səviyyədə göstəricilər var idi.

Sosial təminatın yaxşılaşdırılması baxımından da vacib qərar məhz 2024-cü ildə qəbul olundu. İcrası 2025-ci ilin 1 yanvar tarixindən başlayacaq bu qərarda minimum əmək haqqının 16% artırılması, yəni 345 manatdan 400 manata çatdırılması, həmçinin minimum pensiya həcminin artırılması da nəzərdə tutulub.

Qeyd etmək olar ki, 2024-cü ildə qəbul edilmiş qərarlar ötən illə müqayisədə daha yuxarı səviyyədə dəyərləndirilir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Dekabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri