Icma.az
close
up
RU
23 milyon qazanıb, 4 5 milyon xərcləmək istəməyən klub... “Qarabağ” ın qazandığı pullar hara xərclənir?

23 milyon qazanıb, 4 5 milyon xərcləmək istəməyən klub... “Qarabağ” ın qazandığı pullar hara xərclənir?

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan futbolunun son illərdəki yeganə uğur hekayəsi sayılan “Qarabağ” uzun illərdən sonra Çempionlar Liqası turnirinə vəsiqə qazanaraq hamımızı sevindirdi. Şübhəsiz ki, bu, həm ölkə reytinqi və futbolu, həm də maliyyə baxımından böyük bir nailiyyət idi.

Açıqlanan məlumata görə, klubun qazandığı ümumi gəlir 23,78 milyon avrodur ki, bunun 18,62 milyonu UEFA-nın bütün iştirakçılara ödədiyi başlanğıc haqqı, qalan təqribən 5 milyonu isə əmsal və bazar payından gəlib. Digər tərəfdən, ölkə başçısı da “Qarabağ”-ın bu uğurunu yüksək qiymətləndirib və kluba 5 milyon manatlıq mükafat təqdim edilib.

Ancaq maraqlıdır ki, klub Çempionlar Liqasından milyonlarla avro qazansa, əlavə maliyyə dsətəyi alsa da, transfer siyasətindəki ehtiyatlı və qənaətcil davranışlarından əl çəkmək istəmir. Bu gün mətbuatda yayılan xəbərlərə görə, “Qarabağ” rəhbərliyi sabiq məhsuldar oyunçusu Olavio Juninyo transferində də eyni cür davranıb. Özü də bunu klubların turnirdə iştirak edəcək oyunçularının siyahısını təqdim etmə müddətinə sayılı saatlar qalmış, heyətində isə hələ ölkə çempionatı üçün orta səviyyəli hesab olunacaq 2 forvardı – Nəriman Axundzadə və Musa Qurbanlı olduöu bir vaxtda edib. Belə ki, klub rəhbərliyi 5 milyona satdığı Juninyonu “Flamenqo”-nun 4 milyon istəməsinə qarşılıq bu transferdən imtina edib. Bununla yanaşı, Fransanın "Loryen" klubunda çıxış edən forvard Sambou Soumanonu heyətinə qatmaq istəyən Ağdam təmsilçisi burada da eyni “qənatcil” yanaşma fəlsəfəsinə sadiq qalıb.

Fransa klubu ilə müqaviləsi olan forvard üçün "Qarabağ" 2.5 milyon avro transfer məbləği və 500 min avro bonus təklif edib. Lakin qarşı tərəf Azərbaycan klubunun bu təklifi ilə razılaşmayıb. Onlar S.Soumano üçün 5 milyon avro və müxtəlif bonuslar istəyiblər. "Loryen" hücumçunun "Qarabağ"da hər mövsüm oynaması üçün də ödənişlər tələb edib. Bu səbəbdən hələlik transferin baş tutması real görünmür.


Hər halda klub rəhbərliyinə xatırlatmaq yerinə düşər ki, Çempionlar Liqasının səhnəsi sıradan bir turnir deyil. Burada yalnız taktika və intizamla nəticə əldə etmək mümkün olmur, oyunçunun fərdi ustalığı, hücum keyfiyyəti də həlledici rol oynayır. Ona görə də illər sonra belə bir turnirə qatılmağa haqq qazanan klubun 1-2 milyon avro artıq xərc çəkməmək naminə Musa və Nərimanla "Liverpul", "Çelsi", "Benfika" kimi klubların qarşısına çıxmaq isəyi ən yumşaq deyimlə "intihara" bərabər bir addım hesab olunmalıdır. Və həm də untumaq olmaz ki, “Qarabağ” artıq təkcə Azərbaycan çempionu deyil – o, Avropanın ən böyük səhnəsində ölkəni təmsil edən bir brenddir. Bu səbəbdən də yaşanan xoşagəlməzliklər, böyük hesablı məğlubiyyətlər də əlimizdəki yeganə brendə zərbədir.

İndiki durumda  “Qarabağ”-ın az da olsa qardaş ölkə təmsilçisi “Qalatasaray”-ın transfer siyasətindən nümunə götürməsi pis olmazdı. Yeri gəlmişkən qapıçı transferində “Mançestr Siti”-də çıxış edən Ederson Moraesi heyətinə qata bilməyən “cimbom” dərhal “Trabzonspor”-da çıxış edən Uğurcan Çakırı dəyərindən bir neçə dəfə artığına – 27, 5 milyon avroya transfer edib. Təkcə bu nümunə eyni turnirdə mübarizə aparacaq bu iki klubun müsabiqəyə olan yanaşma tərzini özündə əks etdirir. 

Unutmadan əlavə edək ki, klubların turnirin qrup mərhələsində hər qələbə üçün 2,8 milyon avro, heç-heçə üçün isə 930 min avro bonus qazanmaq imkanı var. Əlavə olaraq, komanda pley-off mərhələsinə yüksəlsə, gəlirləri qat-qat arta bilər. Yəni, Juninyonun vuracağı qol və ya qollarla “Qarabağ” qələbələr əldə edə, oyunçunun transfer xərcini də bu yolla qarşılaya bilərdi. Amma reallıq odur ki, klub rəhbərliyi bundan sonra çətin ki, 20 milyon avrodan artıq bu gəliri transferlərə yönəltsin. Çünki bunun üçün artıq nə o zaman, nə də o maraq var.  Əsl maraq doğuran məqam odur ki, "Qarabağ" "kassa”sında "bərk-bərk" saxladığı bu vəsaiti hara xərcləyəcək?

E. Bəyməmmədli

“AzPolitika.info”  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Sentyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri