Icma.az
close
up
RU
Şəhid Ümid Novruzlunun son mesajı: Başınızı dik tutun, gedirik tarix yazaq

Şəhid Ümid Novruzlunun son mesajı: Başınızı dik tutun, gedirik tarix yazaq

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 23 oktyabr, Nail Əsgərov, AZƏRTAC

Babək rayonunun yetişdirdiyi qəhrəman oğullardan biri də Vətən müharibəsinin 43-cü günü Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə yüksələn Ümid Novruzludur.

AZƏRTAC-ın bölgə müxbiri şəhidin evində ailə üzvləri ilə söhbət edib.

Elə məhəllənin başında bizi Azərbaycan Bayrağı qarşılayır. Böyük həyəcan və məsuliyyət hissi ilə ehmalca qapını döyürük. Qürur və fəxarət hissini simasında daşıyan şəhid anası bizi səmimi qarşılayır. Evin qapısından içəri daxil olanda dərhal hiss olunur ki, bu ocaq bir qəhrəmanın ömür yolunu yaşadır. Divarlarda asılmış fotolar, hər küncdən boylanan xatirələr sanki dilə gəlir. Bu evdə hər nəfəs, hər zərrə igid bir oğulu xatırladır.

Müxtəlif illərə, əlamətdar günlərə, tədbirlərə aid fotolar, hərbi geyim, çəkmələr, aldığı fərmanlar, təşəkkürnamələr və medallar… Ancaq bu səssizliyin içində ən çox duyulan bir şəhidin ruhunun ailəsinin yanında olması və bunun yaratdığı hüzur hissidir. Öyrənirik ki, Ümid Novruzlu 1992-ci il iyunun 7-də dünyaya göz açıb. Uşaqlıq çağlarından Vətən sevgisi ilə böyüyüb. Atasının hərbçi olması övladının da bu peşəyə maraq göstərməsində böyük rol oynayıb. Balaca Ümid məktəb illərində hər dəfə əsgər, hərbçi görəndə formasına heyranlıqla baxarmış. “Uşaqlıqdan hərbi formaya qarşı xüsusi bir marağı vardı. Deyirdi ki, mən də böyüyəndə əsgər olacağam, Vətənimi qoruyacağam”, - deyə şəhidin atası Bahadur Novruzlu bildirir.

Bahadur əmi qeyd edir ki, Ümid orta məktəbi bitirdikdən sonra hərbi qayda-qanunlarına, nizam-intizama riayət edən, məsuliyyətli bir əsgər kimi Vətənə borcunu yerinə yetirir. Lakin Vətən sevgisi onu bir daha bu sahəyə çəkir. Ümid “gizirlik” kurslarına yazılır və müvəffəqiyyət qazanır: “Komandirlərindən həmişə fəxri fərmanlar, təşəkkürnamələr alırdı. Heç bir narazılıq eşitmədik. Əksinə, bütün yoldaşları, komandir heyəti deyirdi ki, Ümid nümunəvi gizirdir. İkinci Qarabağ müharibəsində Naxçıvandan Qarabağa üz tutan hərbçilər arasında Ümid də oldu. Oktyabrın 24-də Qarabağda şəhadət şərbəti içən 14 naxçıvanlı cəsur döyüşçünün ana yurdda torpağa tapşırıldığı gün o, şəhidlərimizin qisasını almaq üçün döyüşə yollandı. Oktyabrın 25-i səhər tezdən zəng edib dedi ki, bir ərazidən çıxıb başqa əraziyə gedirik. O danışıq bizim Ümidlə sonuncu əlaqəmiz oldu. Biz onun şəhid xəbərini noyabrın 12-də aldıq. İnanmadıq, düşündük ki, yaralanıb, ya da xəstəxanadadır… Amma yox, Ümid artıq öz arzusuna, Vətən uğrunda şəhid olmaq arzusuna çatmışdı”.

Noyabrın 7-si səhər saatlarıdır. Şuşa uğrunda qızğın döyüşlər gedir. Ümid döyüş zamanı bir dəfə yaralanır, amma geri çəkilmir, “bu kiçik yaradı, mən döyüşə davam edəcəyəm”, - deyir. Çox keçmir ki, ikinci minamyot mərmisi də onun yaxınlığına düşür. Ümid Novruzlu bu dəfə ağır yaralanır və elə döyüş meydanında da şəhadət zirvəsinə yüksəlir.

Bütün şəhid anaları kimi, Kimya xanımla da övladı barədə danışmaq olduqca çətin, ağır gəlir. Qürurlu üzündə, yollara dikilən gözlərində donan əbədi həsrətə baxmaq yetərlidir ki, onun ürəyindən keçənləri duyub hiss edəsən.

“Mən balamı üç aydır görmürdüm. Bakıda idim. Elə hər gün soruşurdum ki, Ümiddən bir xəbər varmı? Deyirdilər, heç bir xəbər yoxdur. Sonra bildirdilər ki, oktyabrın 24-də Ümid gedib müharibəyə. Bu xəbəri eşidən kimi dərhal oğluma zəng vurdum. Səsini eşidəndə sanki dünya mənim oldu. Dedi ki, narahat olma, ana, sağ gedib salamat gələcəyəm. Qayıdanda da səni götürəcəyəm. Dua elədim Ümidlə bərabər Vətən uğrunda döyüşən hər bir hərbiçi üçün”, - deyir şəhid anası.

Şəhidin həyat yoldaşı Gülay Novruzlu Ümiddən yadigar qalan iki övladını ona olan sevgisi, sədaqəti ilə böyüdür, atasının adına layiq övladlar kimi yetişdirməyə çalışır. Deyir ki, Ümid haqqında günlərlə, saatlarla danışa bilər: “Həqiqətən də, onun qəhrəmanlığı, mərdliyi, insanlığı haqqında nə qədər desəm azdır. Ümid nümunəvi ailə başçısı, qayğıkeş ata, mehriban həyat yoldaşı və ideal iş yoldaşı idi. Hər kəs onun səmimiyyətini, dürüstlüyünü və cəsarətini bilirdi. Biz Ümidlə 2014-cü ildə ailə həyatı qurmuşduq. O, altı il ərzində mənə həmişə sevgi və hörmətlə yanaşıb. Həmin illər mənim üçün ömürlük bir xatirə, dəyərli bir həyat dövrüdür... 2020-ci il oktyabrın 23-də mənə zəng edib dedi ki, uşaqları hazırla, bu gün onları gəzməyə aparacağam. Hava soyuq olduğuna görə dedim, bəlkə, sonra gedək. Ancaq o, uşaqlara söz verdiyini dedi. Həmin gün biz ailəlikcə gözəl vaxt keçirib evə qayıtdıq. Həmin gün, bəlkə də, ən xoşbəxt günümüz idi. Həm də sonuncu... Oktyabrın 24-də müharibəyə yollandı. Biz onunla son dəfə təyyarəyə minəndə danışdıq. Ümidin son mesajı mənim üçün əbədi ümid işığı oldu: “Başınızı dik tutun, gedirik tarix yazaq”. Dediyi kimi də etdi. Tarixi Zəfərə saatlar qalmış gündə - noyabrın 7-də şəhadət şərbətini içdi. “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni və digər fəxri fərmanlar onun qəhrəmanlıq yolunun ən gözəl göstəriciləridir”.

Gülay xanım deyir ki, Ümid şəhadətə yüksələndən sonra Şuşaya səfər edib, onun son nəfəsini verdiyi yerlərdə olub. Övladları atasının son dəfə ayaq basdığı və azad etdiyi torpaqlarda addımlayanda duyduğu qürur qəlbindəki nisgili az da olsa səngidib. Övladları Şuşada gəzib Cıdır düzünə çıxanda hiss edib ki, atalarının ruhları şaddır və başları üzərində dolanır.

Bu gün Ümid Novruzlu kimi yüzlərlə igidimizin sayəsində Vətənimizin hər qarışı azad, Azərbaycanımız bütövdür. Adlarını şanlı tariximizə qızıl hərflərlə yazan oğulların xatirəsi daim əziz, uca tutulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see241

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see203

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see198

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see191

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see172

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see166

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see166

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see150

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see141

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see136

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see123

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri