Icma.az
close
up
RU
25 gün 6 günə endi Orta Dəhliz nələri dəyişdirir?

25 gün 6 günə endi Orta Dəhliz nələri dəyişdirir?

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və enerji təchizatı coğrafiyasını davamlı şəkildə genişləndirir. Prezident İlham Əliyevin sözlərinə görə, ölkə həm daxildə, həm də xaricdə iri infrastruktur layihələrinə sərmayə yatıraraq regional əlaqələrin gücləndirilməsinə töhfə verir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın əsas hədəflərindən biri ölkəni açıq dənizə çıxışı olmayan dövlətdən beynəlxalq nəqliyyat və logistika qovşağına çevirməkdir.Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilməsi ölkənin iqtisadi və geosiyasi mövqeyinə hansı təsirləri göstərə bilər?

İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilməsi ilk növbədə ölkə iqtisadiyyatının şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verə bilər. Tranzit daşımalarının artması büdcə gəlirlərinin çoxalmasına, yeni iş yerlərinin yaradılmasına, həmçinin logistika, xidmət və ticarət sahələrinin inkişafına şərait yaradacaq.

“Ölkənin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanın beynəlxalq ticarət zəncirində mühüm iştirakçıya çevrilməsinə imkan verir. Geosiyasi baxımdan isə nəqliyyat qovşağı statusu Azərbaycanın regional və qlobal əhəmiyyətini daha da artırır”-deyən iqtisaçı bildirib ki, nəqliyyat marşrutlarının təhlükəsiz və dayanıqlı fəaliyyətində mühüm rol oynayan ölkələr beynəlxalq tərəfdaşlar üçün strateji əhəmiyyət daşıyır. Bu ölkələrdən biri də Azərbaycandır.

Azərbaycan bir sıra beynəlxalq layihələrin icraçısı kimi özünü həm nəqliyyat, həm logistika, həm də enerji tədarükü sahələrində etibarlı tərəfdaş kimi təsdiqləyə bilib. Bu isə Azərbaycanın həm region ölkələri, həm də Avropa və Asiya dövlətləri ilə əməkdaşlıq imkanlarını genişləndirir, beynəlxalq nüfuzunu və siyasi əhəmiyyətini artırır.

İqtisadçının fikrincə, Azərbaycanın ən böyük üstünlüyü onun əlverişli coğrafi mövqeyidir.

Ölkə Avropa ilə Asiyanı, eləcə də Şimal ilə Cənubu birləşdirən əsas nəqliyyat marşrutlarının üzərində yerləşir.

“Son illərdə həyata keçirilən iri infrastruktur layihələri — Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonu, mühüm avtomobil yolları və işğaldan azad olunmuş ərazilərdə tikilən hava limanları — ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb.

Azərbaycanın siyasi sabitliyi, davamlı investisiyaların yatırılması və beynəlxalq tərəfdaşlarla qurduğu uğurlu əməkdaşlıq onun logistika mərkəzi kimi rəqabət qabiliyyətini gücləndirən əsas amillərdəndir”-deyə Asif İbrahimov bildirib.

İqtisadçı hesab edir ki, Orta Dəhlizin əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan Avropa ilə Asiya arasında yüklərin daha sürətli və təhlükəsiz daşınması üçün alternativ marşrut kimi ön plana çıxır. Əvvəllər Çindən Avropaya yüklərin daşınması təxminən 20–25 gün, bəzi hallarda isə bir aya qədər davam edirdisə, Orta Dəhlizin inkişafı ilə bu müddətin 6–11 günə qədər azalması gözlənilir.

“Azərbaycanın beynəlxalq logistika qovşağına çevrilməsi ölkəyə həm iqtisadi gəlirlər qazandıracaq, həm də geosiyasi üstünlüklər verərək regionun aparıcı nəqliyyat və ticarət mərkəzlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq”-deyə Asif İbrahimov bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 İyun 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri