27 Sentyabr Azərbaycan xalqının yaddaşında qəhrəmanlığın rəmzi kimi həkk olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 26 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Anım Gününə həsr edilmiş “Vətən bağı al-əlvandır, var içində xarı bülbül” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Əvvəlcə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mövzu ilə bağlı qısametrajlı film nümayiş olunub.
Tədbirdə institutun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktor dosent Zaur İmrani Anım Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, sentyabrın 27-si hər birimizin yaddaşına təkcə bir tarix kimi deyil, həm də böyük Vətən sevgisinin, xalqımızın şəhidlik mərtəbəsinin, qəhrəmanlığının rəmzi kimi həkk olunub. Bu gün biz şəhidlərimizi təkcə yaddaşımızda deyil, həm də gündəlik işimizdə, gələcəyə baxışımızda yaşadırıq. Xalq öz qəhrəmanlarını unutmadıqca güclü olur. Onların həyatı, fədakarlığı və Vətənə bağlılığı gələcək nəsillər üçün örnəkdir.
Zaur İmrani diqqətə çatdırıb ki, 30 ildən artıq işğal altında qalmış torpaqlarımıza gedə bilməyən alimlərimiz indi həmin ərazilərə mütəmadi səfər edərək araşdırmalar aparır, monitorinqlər keçirir, tədqiqat işlərini genişləndirirlər.
Tədbirdə Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov “Keçmişdən gələcəyə: tarixə baxış” mövzusunda məruzə ilə çıxış edib. O, xalqımızın keçdiyi çətin və şərəfli yollardan, yaddaşımızda iz buraxan hadisələrdən söz açıb, gələcək nəsillər üçün bu təcrübənin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
İnstitutun şöbə müdiri Habil Haqverdiyev və Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı mövzu ətrafında fikirlərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 26 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















