Icma.az
close
up
RU
27 Sentyabr Ədalət və qələbəmizin bərqərar olduğu gün

27 Sentyabr Ədalət və qələbəmizin bərqərar olduğu gün

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

27 Sentyabr Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunmuşdur. Bu gün biz Vətən uğrunda canından keçən şəhidlərimizi anır, dövlətimizin ərazi bütövlüyü və müstəqilliyi yolunda apardığı ədalətli mübarizəni yad edirik.

On illər boyu rəsmi İrəvan işğalçı siyasət aparmış, danışıqlardan yalnız vaxt udmaq üçün istifadə etmişdir. Tarixi saxtakarlıq, etnik təmizləmə və işğal siyasəti nəticəsində Azərbaycan xalqının səbr kasası daşmış, müharibə qaçılmaz olmuşdur.

Erməni siyasi düşüncəsinin əsasında duran Daşnaksutyun ideologiyası ifrat millətçilik, təcavüz və qonşu xalqlara qarşı nifrət üzərində formalaşmışdır. Bu siyasət regionun təhlükəsizlik mühitini sarsıtmış və Ermənistanı beynəlxalq aləmdə təcrid etmişdir.

Reallıqdan uzaq bu "dənizdən dənizə ermənistan" sərsəm ideya erməni siyasətçilərinin düşüncəsini illərlə zəhərləmiş, xalqını uçuruma aparmışdır. Lakin tarixi ədalət göstərdi ki, əsassız iddialar gec-tez puça çıxır və haqq öz sözünü deyir.

XX əsrin sonlarında Azərbaycanın 20% torpağı işğal olunmuş, bir milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin salınmışdı. Lakin Azərbaycan xalqı heç vaxt işğalla barışmadı. 2020-ci ilin 27 Sentyabrında başlanan Vətən müharibəsi dövlətimizin gücünü, xalqımızın birliyini və ordumuzun yenilməzliyini dünyaya sübut etdi.

Uzun illər beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə göz yumdu, “ikili standartlar” nümayiş etdirdi. Amma Azərbaycan dövləti öz gücünə, xalqının birliyinə və Ali Baş Komandanının iradəsinə arxalanaraq haqq-ədaləti özü bərpa etdi.

Qələbəmizin əsas memarı, xalqımızı zəfərə aparan lider Cənab Prezident İlham Əliyev oldu. Onun dəmir iradəsi, diplomatik məharəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan həm döyüş meydanında, həm də diplomatik masada qalib gəldi. Prezidentin müdrik rəhbərliyi altında güclənən ordumuz 44 gün ərzində düşməni diz çökdürdü və ərazi bütövlüyümüz bərpa olundu.

27 Sentyabr Anım Günü bizə həm şəhidlərimizin qəhrəmanlığını, həm də dövlətimizin güclü liderliyini xatırladır. Bu günün mesajı birdir: Azərbaycan xalqı heç vaxt haqqından dönmür, dövləti və Ali Baş Komandanı ilə bir yumruq kimi hər zaman qalib gəlməyə qadirdir.Vətən müharibəsi bir daha göstərdi ki, xalq və dövlət bir olduqda heç bir qüvvə qarşısında dura bilməz. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa güvəndi, xalq da öz liderinə inandı. Bu birlik, xalq–ordu–dövlət vəhdəti Azərbaycanı tarixi qələbəyə apardı. Prezident İlham Əliyevin hər bir çıxışı, dünya mediasına verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə qəbul olunmasına səbəb oldu.

27 Sentyabr yalnız müharibənin başlanğıcı deyil, həm də yeni dövrün başlanğıcıdır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işləri aparılır. Şəhərlərimiz yenidən inşa olunur, kəndlərimiz abadlaşdırılır. “Böyük Qayıdış” proqramı ilə yüz minlərlə soydaşımız doğma yurduna dönəcək. Bu, şəhidlərimizin ruhuna ən böyük ehtiram, xalqımızın qürur mənbəyidir.Müharibəni qələbə ilə başa vuran Azərbaycan indi sülhün və əməkdaşlığın təşəbbüskarıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda dayanıqlı sülhün qurulması əsas hədəfdir. Lakin bu sülh yalnız qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri əsasında mümkündür.

27 Sentyabr Anım Günü bizə həm də bir həqiqəti xatırladır: azadlıq və müstəqillik heç vaxt asan əldə olunmur. Şəhidlərimizin qanı bahasına qazanılmış qələbə gələcək nəsillərə ən böyük mirasdır. Bu gün hər bir Azərbaycan vətəndaşı özündə qürurla deyə bilər: “Mən qalib xalqın övladıyam!”

Elgün Rüstəmli

YAP Yasamal rayon təşkilatının gənc fəalı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri