İçərişəhərdə “İşığa doğru” beynəlxalq incəsənət layihəsi açılacaq
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 noyabr, AZƏRTAC
İtaliya və Çexiyada təqdim olunan “İşığa doğru” beynəlxalq incəsənət layihəsi bu dəfə noyabrın 27-dən 29-dək Bakıda, İçərişəhərdə yerləşən "İZ Gallery"də açılacaq.
AZƏRTAC xəbər verir ki, layihənin kuratoru heykəltaraş-rəssam Roza Həsənovadır. Onun təşəbbüsü ilə həyata keçirilən “İşığa doğru” Azərbaycan incəsənətinin beynəlxalq mədəni mühitdə tanıdılmasına, sənətkarlar arasında yaradıcı əməkdaşlığın genişlənməsinə və mədəniyyətlərarası dialoqun inkişafına yönəlib.
İtaliya və Çexiyadan sonra layihənin Bakıda davam etdirilməsi bu yaradıcı təşəbbüsün beynəlxalq istiqamətini qorumaqla yanaşı, müxtəlif sənət ənənələrinin və estetik baxışların bir məkanda görüşməsinə imkan yaradır.
Sərgi təsviri sənət və dekorativ-tətbiqi sənət sahələrini əhatə edir. Ekspozisiyada rəngkarlıq, heykəltaraşlıq, keramika, qobelen və xalça sənəti üzrə əsərlər təqdim olunacaq.
Fərqli üslublarda və texnikalarda işlənmiş əsərlər milli bədii ənənələrin müasir yaradıcı axtarışlarla əlaqəsini göstərir. Ziyarətçilər rəssamların fərdi yanaşmaları, mövzu seçimləri və özünəməxsus bədii ifadə vasitələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
“İşığa doğru” adı layihənin əsas ideyasını ifadə edir. İşıq burada ümidin, biliyin, yaradıcılığın, mənəvi inkişafın və gələcəyə inamın rəmzidir. Layihə diqqəti insanın düşüncələrinin, duyğularının və daxili axtarışlarının sənət vasitəsilə bədii ifadəsinə yönəldir.
Sərginin vizual konsepsiyasında Azərbaycan xalçasının ornamentləri və işıqlı üfüqə doğru uzanan yol obrazı milli irslə gələcək arasında əlaqəni simvolizə edir. Sərginin tarixi İçərişəhərdə keçirilməsi də bu ideyanı tamamlayaraq mədəni yaddaşla müasir sənət arasında dialoqu önə çıxarır.
Sərgi yaradıcılıq təcrübəsinin bölüşülməsi, müxtəlif nəsillərdən olan sənətkarlar arasında ünsiyyətin qurulması və yeni əməkdaşlıqlar üçün imkan yaradan mədəni görüş kimi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 21 Noyabr 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















