Icma.az
close
up
RU
27 sentyabr Qarabağın Zəfəri, tarixin ağrıları və haqqın qələbəsidir

27 sentyabr Qarabağın Zəfəri, tarixin ağrıları və haqqın qələbəsidir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr tariximizin silinməz səhifələridir. 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə erməni silahlı dəstələri minlərlə günahsız azərbaycanlını qətlə yetirdi. Quba kütləvi məzarlığı bu vəhşiliyin canlı sübutudur. Bu hadisələr erməni millətçiliyinin əsrlərlə davam edən düşmənçilik siyasətinin ilk bariz nümunələrindən idi. 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımı isə  erməni vəhşiliyinin zirvəsi oldu. Bir gecədə 613 günahsız insan – körpələr, qadınlar, qocalar qətlə yetirildi. 1275 nəfər əsir götürüldü, yüzlərlə insan itkin düşdü. Cənab Prezident İlham Əliyev bu faciə barədə deyirdi: “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir. Bu faciəni törədənlər heç vaxt cəzasız qalmayacaqlar.”  Xocalı sadəcə bir şəhərin deyil, bütün Azərbaycanın yaralı ürəyidir. Bu yara 44 günün Zəfərinə qədər sağalmadı. BMT qətnamələri belə kağız üzərində qaldı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Lakin bu sənədlər 30 il kağız üzərində qaldı, beynəlxalq ictimaiyyət ikili standartlarla susdu. Cənab Prezident İlham Əliyev dəfələrlə bu ədalətsizliyi vurğulayaraq demişdi: “BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı. Azərbaycan isə həmin qətnamələri döyüş meydanında özü icra etdi.”

30 ilin nisgili illərində 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşadı. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonlarımız yerlə-yeksan edildi. Ağdam “Qafqazın Xirosiması” adlandırıldı. Məscidlərimiz təhqir olundu, qəbirlər dağıdıldı, mədəni irsimiz məhv edildi. Bu faciəni təsvir edən Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdama səfərində demişdi: “Bu dağıntılar erməni vandalizminin sübutudur. Dünya bunu görməli və qiymət verməlidir.” 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın ədalət yürüşünə çevrildi. Qəhrəman ordumuz 44 gün ərzində yüz illərin ağrı-acısını zəfərə çevirdi. Xalq, ordu və Ali Baş Komandan bir yumruq oldu. Cənab Prezident İlham Əliyev xalqın iradəsini ifadə edərək deyirdi: “Biz haqq yolundayıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Şuşanın azad olunması isə tarixi dönüş nöqtəsi oldu. Cənab Prezidentin qürurla söylədiyi sözlər bu zəfərin emosional yükünü daha da artırdı: “Şuşasız bizim işimiz yarımçıq olardı. Şuşa bizim milli qürurumuzdur.” Müharibə günlərində Prezident İlham Əliyev BBC, CNN, Al Jazeera, France 24 və digər nüfuzlu kanallara verdiyi müsahibələrlə Azərbaycanın haqq səsini dünyaya çatdırdı. BBC-yə söylədiyi qətiyyətli cavab dünya mediasında rezonans doğurdu: “Qarabağ Azərbaycandır və nida işarəsi!” Türkiyə qardaş dəstəyi ilə Azərbaycanın yanında oldu. Prezident Rəcəb Tayyib Ərdoğan dedi:
“Azərbaycan tək deyil. Türkiyə hər zaman Azərbaycanın yanındadır.” Pakistan, Gürcüstan, Ukrayna, Macarıstan və bir çox ölkələr Azərbaycanın mövqeyini dəstəklədi. Bununla yanaşı, bəzi dövlətlərin Ermənistanı müdafiə etməsi beynəlxalq münasibətlərdə ikili standartları bir daha üzə çıxardı. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı. Bu sənəd Azərbaycan xalqının haqq savaşının rəsmi nəticəsi oldu. Artıq beynəlxalq aləm qəbul etdi ki, Cənubi Qafqazda yeni reallığı diktə edən tərəf Azərbaycandır.  Cənab Prezident İlham Əliyevin sözləri ilə: “Biz döyüş meydanında ədaləti bərpa etdik. İndi diplomatiya masasında da söz sahibiyik.”

44 günlük Vətən müharibəsi yalnız bir hərbi qələbə deyil, həm də siyasi, mənəvi və tarixi qələbədir. Bu zəfər Xocalının qisası, BMT qətnamələrinin icrası, yüz minlərlə məcburi köçkünün ümididir. Qarabağ Azərbaycandır! – bu söz artıq təkcə şüar deyil, tarixi gerçəklikdir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see223

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see173

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see143

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see141

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see139

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see135

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see131

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see131

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see130

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see129

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see128

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see127

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see125

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see124

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see121

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see120

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri