Icma.az
close
up
RU
27 Sentyabr Tarixi ədalətin bərpası və qəhrəmanlıq salnaməsi

27 Sentyabr Tarixi ədalətin bərpası və qəhrəmanlıq salnaməsi

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan tarixində elə günlər var ki, onlar həm kədərin, həm də qürurun simvoluna çevrilib. 27 sentyabr – Anım Günü də məhz belə günlərdən biridir. Bu gün Azərbaycanın bütün bölgələrində şəhidlərin ruhu anılır, onların qəhrəmanlığı xatırlanır, dövlət və xalq bir daha göstərir ki, şəhidlərin qanı heç vaxt yerdə qalmayıb və qalmayacaq. Azərbaycan xalqı üçün 27 sentyabr sadəcə təqvimdəki bir tarix deyil, milli yaddaşın ayrılmaz parçasıdır. Bu gün həm Birinci Qarabağ müharibəsinin, həm də İkinci Qarabağ müharibəsinin şəhidlərinin əziz xatirəsi yad olunur. Onların igidliyi, fədakarlığı və Vətən sevgisi Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb.

Birinci Qarabağ müharibəsi Azərbaycan üçün böyük sınaq dövrü oldu. 1990-cı illərdə dövlət müstəqilliyini yeni əldə edən xalqımız ağır siyasi, iqtisadi və hərbi böhran içində idi. Ermənilərin işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizi itirildi, yüz minlərlə soydaşımız didərgin düşdü. Lakin xalqımız heç vaxt işğalla barışmadı. Hər bir azərbaycanlı ümid edirdi ki, bir gün ədalət bərpa olunacaq və şəhidlərin qanı yerdə qalmayacaq. Bu ümid illər boyu xalqımızı yaşatdı, dövlətimizi gücləndirdi. 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclənməyə başladı. Ordu quruculuğu, siyasi sabitlik, iqtisadi inkişaf – bütün bunlar gələcək zəfərin əsasını qoydu. Dövlət rəhbəri dəfələrlə bildirirdi ki, əgər danışıqlar nəticə verməsə, Azərbaycan hərb yolu ilə torpaqlarını azad edəcək. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi məhz bu tarixi bəyanatın reallığa çevrilməsi idi. Azərbaycan Ordusu müasir texnologiyalarla silahlanmışdı, amma ən əsası, yüksək döyüş ruhuna sahib idi. İlk gündən etibarən xalq bir nəfər kimi ayağa qalxdı. Könüllülər cəbhəyə axışdı, arxa cəbhədə hər kəs Ordunu dəstəklədi. Qadınlar, gənclər, yaşlılar – hamı öz gücünə görə müharibəyə qatıldı. Bu həmrəyliyin nəticəsində Azərbaycan tarixi qələbə qazandı. 44 gün davam edən müharibə nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və digər rayonlar azad edildi. Şuşanın azad olunması isə Azərbaycanın qəhrəmanlıq tarixində ayrıca zirvədir. Prezidentin dediyi kimi, “mən demişdim, onların qisasını döyüş meydanında alacağıq – belə də oldu.” Bu sözlər həm xalqın qətiyyətini, həm də dövlətin prinsipial mövqeyini ifadə edirdi. Bu qələbə şəhidlərimizin qanı bahasına qazanıldı. Onların hər biri öz canını Vətən torpağı üçün fəda etdi. Azərbaycan xalqı yaxşı bilir ki, bu qurbanlar olmasaydı, torpaqlar azad olunmazdı. Hər bir şəhidin adı tariximizdə əbədi yaşayır. Onların xatirəsinə ucaldılan abidələr, adlarına verilən məktəblər, küçələr gələcək nəsillərə örnəkdir. Dövlətimiz şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərir. Onların sosial təminatı, mənzil və işlə təmin olunması dövlət siyasətinin prioritetlərindəndir. Bu, həm də dövlətin öz igid övladlarına olan borcudur. Prezident dəfələrlə bəyan edib ki, şəhidlərin ailələri daim dövlətin qayğısı ilə əhatə olunacaq. Anım Günü təkcə kədər günü deyil, həm də qürur günüdür. Çünki bu gün xalqımız bir daha öz birliyini nümayiş etdirir. 27 sentyabrda bütün ölkə bir amal ətrafında birləşir: Vətənə sədaqət, şəhidlərə ehtiram və gələcəyə inam. Bu gün Azərbaycanın bütün məktəblərində, universitetlərində və dövlət idarələrində anım tədbirləri keçirilir. Şagirdlər və tələbələr şəhidlərin həyat hekayələrini öyrənir, onların qəhrəmanlığından nümunə götürürlər. Bütün bunlar göstərir ki, 27 sentyabr xalqımızın yaddaşında əbədi qalacaq. Bu gün hər bir azərbaycanlı üçün müqəddəsdir. Çünki o gün başlayan müharibə xalqımızın tarixi ədaləti bərpa etməsinin rəmzi oldu. Anım Günü bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq. Onların ruhu daim bizimlədir, onların qanı bahasına azad edilmiş torpaqlarda bu gün quruculuq və bərpa işləri aparılır. Böyük Qayıdış proqramı həyata keçirilir, kəndlər və şəhərlər bərpa olunur, həyat yenidən dirçəlir. Nəticə etibarilə, 27 sentyabr – Anım Günü Azərbaycan xalqının həm kədər, həm də qürur günü olaraq tarixə düşüb. Bu gün biz şəhidlərin xatirəsi qarşısında baş əyirik, onların qəhrəmanlığından güc alırıq. Onların fədakarlığı sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, xalqımız azadlıq və ədalət uğrunda mübarizəsinin bəhrəsini gördü. Şəhidlərin ruhu qarşısında əyilən başımız qaldırılıb, çünki onların qanı ilə qazanılmış Qələbə Azərbaycanı gələcəyə daha da inamla aparır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri