Icma.az
close
up
RU
28 il əvvəl itkin düşən şəxsin meyiti buzlaqlar arasında dəyişməz halda tapıldı

28 il əvvəl itkin düşən şəxsin meyiti buzlaqlar arasında dəyişməz halda tapıldı

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pakistanın Hayber-Paxtunxva əyalətində 28 il əvvəl itkin düşən Nasiruddin adlı şəxsin meyiti "Pəri çəməni" kimi tanınan ərazidə dəyişməz vəziyyətdə tapılıb. 

Qayanrinfo xəbər verir ki, hadisə 1997-ci ildə ailə münaqişəsindən sonra evdən çıxan və bir daha geri qayıtmayan 31 yaşlı Nasiruddinin sirli şəkildə yoxa çıxması ilə başlayıb. Ailə üzvlərinin bildirdiyinə görə, Nasiruddin qardaşı ilə birlikdə dağa gedib və daha sonra ondan xəbər alınmayıb. Onların ehtimalına görə, Nasiruddin dünyanın ən qorxulu yollarından biri sayılan "Pəri çəməni"ndəki buzlu yarıqlarından birinə düşərək həyatını itirib.


Meyit son illərdə macəra həvəskarlarının sevimli məkanına çevrilmiş "Pəri çəməni" ərazisində yerli sakinlər tərəfindən təsadüfən aşkarlanıb. Onun Nasiruddinə məxsus olduğu üzərindəki zədələnməmiş şəxsiyyət vəsiqəsi sayəsində müəyyən edilib. Meyitin buzlaqlar arasında dəyişmədən qalması bölgədə böyük təəccüb doğurub.

BBC-yə danışan bir şahid "Gördüyüm şey inanılmaz idi. Meyit heç çürüməmişdi. Geyimləri belə yırtılmamışdı" deyib.

Polis əməkdaşlarının ilkin ehtimalına görə, Nasiruddin həmin vaxt baş verən güclü qar fırtınası zamanı soyuqdan qorunmaq üçün sığındığı mağarada çatlağa düşərək buz yarığına yuvarlanıb. Onun evli və iki uşaq atası olduğu bildirilib.

Nasiruddinin qardaşı Kasuruddin bildirib ki, həmin gün at belində "Pəri çəməni"nə çatıblar. Qohumu Məlik Ubeyd isə AFP-yə açıqlamasında deyib: "Ailəmiz illər boyunca onu tapmaq üçün hər şeyi etdi. Dayılarımız və əmioğlanlarımız dəfələrlə buzlaqlara getdi. Amma nəticə ala bilmədik. Nəhayət meyiti tapıldıqdan sonra bir qədər rahatladıq".


"Pəri çəməni" - yerli dildə Fairy Meadows - Pakistanın Gilgit-Baltistan bölgəsində, paytaxt İslamabaddan 530 km aralıda, 3 300 metr yüksəklikdə yerləşən, möhtəşəm təbiət mənzərələri ilə məşhur çəmənlikdir. Amma bu gözəlliyə aparan yol, təhlükəli uçurumlar, iri daşlar və dar keçidlərlə bəzəndiyi üçün dünyanın ən qorxunc yolları arasında yer alır.


Təxminən 16 kilometr uzunluğundakı bu yolun tamamlanması 1,5 saat çəkir və bəzi yerlərdə yalnız bir avtomobilin keçə biləcəyi qədər ensizdir. Dağlardan daşların düşməsi və yolların qayalarla bağlanması burada təhlükəni daha da artırır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Avqust 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri