Icma.az
close
up
RU
28 May dan yayılan bu görüntü müzakirə yaratdı: Aldadıcıdır... FOTO

28 May dan yayılan bu görüntü müzakirə yaratdı: Aldadıcıdır... FOTO

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sosial şəbəkədə paylaşdığı fotolardan biri müzakirə obyektinə çevrilib. Görüntülərdə paytaxt yollarından birinin əvvəlki və indiki halı əks olunub. Bəziləri müqayisəli fotonun aldadıcı və reallıqdan kənar olduğunu düşünür.

Yollarda vəziyyət həqiqətən də AYNA-da göründüyü kimidirmi?

Globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynov deyib ki, yəqin AYNA fotoda öz istəklərini, perspektiv üçün yolların vəziyyətini əks etdirməyə çalışıb:

“2030-cu ilə qədər bu məsələlərlə bağlı dövlət proqramı qəbul olunub. Görünür, həmin ildən sonrakı durumu belə təsəvvür edirlər. Lakin görüntülər reallığı əks etdirmir. Hazırda paytaxt yolları ciddi şəkildə tıxaclardan əziyyət çəkir. Günün saatları da itib. Əvvəl səhər və axşamlar sıxlıq müşahidə olunurdusa, indi bu da yoxdur. Demək olar, istənilən saatda tıxaclarla rastlaşırıq”.

İlqar Hüseynov

Ekspert bildirib ki, görüntülərdə əsas fərq parklanma ilə bağlıdır:

“Qısa müddətdə bunu təmin edə biliblər. Eyni zamanda avtobuslar üçün zolaqlar ayrılıb. Digər maşınların girişi məhdudlaşdırılıb. Ümumiyyətlə, foto ilə təsvir yaratmaq mümkün deyil. Belə paylaşım populistik hərəkətdir. Axı Bakının bütün sakinlərinə yollardakı tıxaclarla bağlı vəziyyət aydındır. Kiçik foto ilə AYNA nəyə xidmət etmək istəyir?”

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri