“28 May” stansiyasında baş verən hadisə sərnişin sıxlığına təsir edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 21 aprel, AZƏRTAC
Bu gün saat 20:20 radələrində Bakı metropoliteninin “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, hadisə baş verən kimi dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
İlkin məlumata əsasən, həkimlərin səylərinə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunub ki, yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə əlaqədar qatarların hərəkət intervalında əlavə yubanmalar yaranıb.
Bu mövzuda digər xəbərlər:28 May stansiyasında HADİSƏ: qatar yoluna düşən sərnişin həlak oldu
21 Aprel 2026 20:48
“28 May” stansiyasında halı pisləşən sərnişin vəfat etdi
11 Oktyabr 2025 09:31
28 May stansiyasında sərnişin sıxlığı pik həddə Video
16 Dekabr 2024 18:48
Metronun “28 May” stansiyasında ÖLÜM
11 Oktyabr 2025 09:33
Sərnişinlərin NƏZƏRİNƏ: “28 May” stansiyasında...
09 İyul 2026 23:01
Baxış sayı:128
Bu xəbər 21 Aprel 2026 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















