Icma.az
close
up
RU
3 cü Bakı Dayanıqlı Biznes Assambleyası keçirilib

3 cü Bakı Dayanıqlı Biznes Assambleyası keçirilib

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr 2026-cı il “Təsir Dialoqu: Bakı Dayanıqlı Biznes Assambleyası 2026” çərçivəsində Azərbaycanın və regionun aparıcı biznes liderləri, siyasətçilər, maliyyə institutları və beynəlxalq tərəfdaşlar bir araya gəlib.

SİA xəbər verir ki, Bakı Korporativ Dayanıqlılıq Forumunun yekun tədbiri olan Assambleyada özəl sektorun iqlim fəaliyyətinin sürətləndirilməsi və götürülmüş öhdəliklərin praktiki icraya çevrilməsi yolları müzakirə olunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 4-cü İqlim Həftəsinin İcra Forumunun rəsmi sessiyası və Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində keçirilən tədbir BMT Qlobal Sazişinin Azərbaycan Şəbəkəsinin əsas tədbiri olub.

Assambleyada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29 Prezidenti Muxtar Babayev, COP29-un Yüksək Səviyyəli İqlim Çempionu, Milli Məclisin deputatı və Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai, BMT-nin Avropa İqtisadi Komissiyasının Baş katibinin müavini Dmitri Mariyasin, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko və COP31 İqlim üzrə Yüksək Səviyyəli Çempionunun xüsusi müşaviri Kris Mensah iştirak ediblər.

Tədbiri açan BMT Qlobal Sazişinin Azərbaycan üzrə Ölkə Nümayəndəsi Samir Məmmədov iqlim üzrə öhdəliklərdən praktiki icraya keçidin vacibliyini vurğulayıb. O bildirib ki, əsas məsələ biznesin iqlim fəaliyyətində rolunun olub-olmaması deyil, mövcud ambisiyaların nə qədər sürətlə və effektiv şəkildə fəaliyyətə çevrilməsidir.

Liderlər Dialoqunda iqlim fəaliyyətinin rəqabətqabiliyyətlilik, dayanıqlılıq və uzunmüddətli iqtisadi artım mənbəyinə çevrilməsi yolları müzakirə olunub.

Enerji, bankçılıq və maliyyə, sement və tikinti, telekommunikasiya və nəqliyyat, pərakəndə və distribusiya sektorlarının nümayəndələri özəl sektorun yaşıl keçid prosesində qarşılaşdığı imkan və çətinliklər barədə fikirlərini bölüşüblər.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov, Norm Cement-in baş icraçı direktoru Henning Sasse, Azercell Telekomun baş hüquq və data üzrə direktoru Şirin Əliyeva və Veysəloğlu Şirkətlər Qrupunun baş direktor müavini Könül Kərimova çıxış ediblər.

Tədbirdə bildirilib ki, özəl sektorun iqlim gündəliyinə cəlb olunması və biznesin dayanıqlı inkişaf istiqamətində səfərbər edilməsi baxımından Bakı Dayanıqlı Biznes Assambleyası regional və beynəlxalq əhəmiyyət daşıyır.

Assambleya Azərbaycan və regionun biznes ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar özəl sektorun dayanıqlı inkişaf və iqlim fəaliyyəti istiqamətində səfərbər edilməsini, şirkətlərin öhdəliklərdən praktiki əməkdaşlığa və real icraya keçidi üçün belə platformaların yaradılmasını yüksək qiymətləndiriblər.

Tədbirdə müxtəlif sektorların nümayəndələri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində formalaşdırılan biznes gündəliyinin inkişafında fəal iştirak ediblər.

Qeyd olunub ki, tikinti sektoru COP29 çərçivəsində də dayanıqlılıq məsələlərini gündəmə gətirib. Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının ikinci ildir Bakı İqlim Fəaliyyəti Həftəsinin tərəfdaşı olması da özəl sektorun iqlim gündəliyinə marağının artdığını göstərir.

Assambleyanın yekununda platformanın davam etdirilməsinə biznes ictimaiyyəti tərəfindən böyük marağın olduğu bildirilib. Azərbaycan və regional biznes nümayəndələri Bakı İqlim Fəaliyyəti Həftəsinin 2027-ci ildə də regional platforma kimi keçirilməsi və növbəti tədbir çərçivəsində 4-cü Bakı Dayanıqlı Biznes Assambleyasının təşkil olunması ilə bağlı təkliflər səsləndiriblər.

Bunun Bakıdakı iqlim gündəliyində biznes komponentinin davamlı inkişafına artan tələbatı göstərdiyi vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Sentyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri