“Amed”in futbolçusu yoxa çıxdı Baş məşqçi yerini bilmir
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin “Amedspor” klubunun hücumçusu Mbaye Caqne milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra komandasının düşərgəsinə qayıtmayıb.
Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Besnik Hasi məlumat verib.
Mütəxəssis Türkiyə Superliqasının XII turunda “Çaykur Rizəspor”a qarşı keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında seneqallı futbolçunun vəziyyətindən danışıb.
“Caqnenin harada olduğunu bilmirəm. Bildiyim tək şey onun burada olmamasıdır. Milli fasilədən və istirahət günlərindən sonra hamı komandaya qayıtdı, amma o, gəlmədi. Hazırda harada olduğu barədə məlumatım yoxdur”.
Baş məşqçi futbolçunun yoxluğu ilə bağlı məsələnin klub rəhbərliyi tərəfindən araşdırılmalı olduğunu da bildirib.
Qeyd edək ki, “Amedspor” Türkiyə Superliqasının XII turunda doğma meydanda “Çaykur Rizəspor”a 0:2 hesabı ilə məğlub olub.
Braziliya millisinin sabiq üzvü HƏBS EDİLİB Günün oyunları bu kanallarda - TV AFİŞA Argentina millisinin sabiq üzvü karyerasını BAŞA VURUB Lukaku "Fənərbaxça"dan ayrılır? “Barselona”nın ulduzu “Sabah”la oyunu buraxacaq
Baxış sayı:118
Bu xəbər 21 Noyabr 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















