Icma.az
close
up
RU
30 40 50 yaşlarında bədəndə nə baş verir? Gələcək xəstəliklər və qorunma yolları

30 40 50 yaşlarında bədəndə nə baş verir? Gələcək xəstəliklər və qorunma yolları

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaşın irəliləməsi ilə birlikdə onurğa sağlamlığı da böyük əhəmiyyət kəsb edir. Kalsium və D vitaminindən zəngin qidalanma iri yaşlarda onurğa xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Bəs uşaqlıqdan 30, 40, 50 yaşlarına qədər bədəndə nə kimi dəyişikliklər olur? İri yaşlarda sümük eriməsi, fıtıq kimi ola biləcək xəstəliklərə qarşı nə kimi tədbirlər görmək lazımdır? 

Milli.Az hit.az-a istinadən xəbər verir ki, uşaqlıqdan iri yaşlara qədər onurğa sağlamlığını qorumaq böyük əhəmiyyət daşıyır. Həkim-mütəxəssis Ayşə Yener Güclü bildirib: "Qadınların gənc yaşlarında onurğa sağlamlığına diqqət etmələri, gələcək yaşlarda ağrısız və sağlam onurğa üçün vacibdir". 

Onurğa bədəni ayaqda saxlayan və əzələlər vasitəsilə daim əlaqədə olan bir sistem kimi təsvir olunur. Əsas quruluşunu sümük-skelet, hərəkət qabiliyyəti verən oynaqlar və güc yaradan əzələlər təşkil edir. Uşaqlıq və gənc yetkinlik dövrü isə onurğanın sağlam və davamlı olması üçün təməl rolunu oynayır. İrsi xəstəliyi olmayan şəxslərdə onurğa sağlamlığında qidalanma vərdişləri həlledici rol oynayır. Buna görə də bu yaş aralığında kalsiumla zəngin qidalanma və kifayət qədər D vitamini alımı, irəliləyən yaşlarda onurğa pozuntularının görülmə tezliyini azalda bilər. Qadınlarda onurğa pozuntuları kişilərə nisbətən daha tez-tez rast gəlinir. Buna görə də gənc yaşlardan etibarən onurğa sağlamlığına əhəmiyyət vermək, irəliləyən illərdə ağrısız və sağlam onurğa quruluşu üçün vacibdir.

Bu mövzuda məlumat verən həkim-mütəxəssis Ayşə Yener Güclü deyib: 

"Qadınların gənc yaşlarında onurğa sağlamlığına diqqət etmələri, gələcək yaşlarda ağrısız və sağlam onurğa üçün vacibdir. Qız uşaqlarında, oğlan uşaqlarından fərqli olaraq 9 və 10-cu yaşlardan sonra hormonların təsiri ilə sümüklər uzanmağa, sümük kütləsi artmağa və əzələlər qalınlaşmağa başlayır. Bu sürətli böyümə dövrü orta hesabla 14-15 yaşına qədər davam edir və bu müddətdə oynaqlar və sümük ağrıları görülə bilər. Xüsusilə gecələr ortaya çıxan arxa və uzun sümük ağrıları səbəbilə bəzən dərman qəbulu zəruri ola bilər. Sürətli boy artımı, duruş və oturuş pozuntularına və bəzən də davamlı forma pozuntularına səbəb ola bilər. Mütəmadi edilən idman, bu müddətdə onurğa sağlamlığını qoruyucu rol oynayır". 

Ayşə Yener Güclü həmçinin bildirib ki, döşlərin böyüməsi və buna bağlı olaraq utanca hissinin inkişaf etdiyi gənc qızlarda, önə əyilmiş oturma və gizlətmə meyli müşahidə oluna bilər: bu halda psixi dəstək alınması faydalı ola bilər. Bundan əlavə, o, çiyin asimmetriyası və ya duruş pozuntusu kimi əlamətlər müşahidə edildikdə və ya uzun müddətli, inadlı onurğa ağrıları yaşandıqda radioloji görüntüləmə aparılmasının əhəmiyyətli olduğunu vurğulayıb.

Texnologiyanın inkişafı ilə birlikdə daha az hərəkət edən cəmiyyətlərin meydana çıxdığını vurğulayan Həkim-mütəxəssis Güclü deyib: 

"20-ci yaşlarla birlikdə bir çox şəxsin iş həyatı başlayır və uzun saatlarla masa arxasında vaxt keçirir. Təxminən günün 8 saatını bu şəkildə keçirən qadınlarda, zamanla hərəkətsizliyə bağlı boyun və arxa ağrıları meydana gəlir. Bunun həlli isə tez-tez qısa fasilələr vermək, ofis egzersizləri etmək, həftədə ən azı 3-4 gün orta hesabla bir saat gəzmə və ya üzmə kimi idman növləri ilə məşğul olmaqdır. Bu fəaliyyətlərin nizamlı və uzunmüddətli olması, onurğa sağlamlığı üzərində müsbət təsir göstərir".

Qadınların bir hissəsinin ilk hamiləliklərini 20-ci yaşlarında yaşadığını xatırladan həkim-mütəxəssis Güclü xüsusilə hamiləliyin son üç ayında bel və arxa ağrılarının artdığını qeyd edib: 

"Bu dövr, ananın bütün bədən sərhədlərinin sınandığı və metabolizmasının, hormonal və ruhi tarazlığının tamamilə dəyişdiyi bir dövrdür. Bu müddətdə ananın daxili rahatlığı, nizamlı fiziki fəaliyyətlər və doğuşa hazırlıq baxımından son dərəcə vacibdir. Gündəlik bir saatlıq gəzmə, üzmə və ya idman zalında uyğun egzersiz proqramları fayda gətirəcəkdir". 

Həkim-mütəxəssis həmçinin vurğulayıb ki, sıx iş həyatı olan analarda isə əmizdirmə və körpə baxımı səbəbilə yaranan ümumi yorğunluq, yuxusuzluq və onurğa ağrıları daha tez-tez rast gəlinir.

30-cu yaşlarla birlikdə daha sakit həyat tərzi, hamiləliklər və qidalanma vərdişləri ilə əlaqədar çəki artımının müşahidə oluna biləcəyini bildirən həkim-mütəxəssis Güclü bu qiymətləndirməni edib: 

"Çəki artımı ilə birlikdə oynaqlarda, onurgada və əzələlərdə gərginliklər yaşana bilər. Bu da tez yorulma və xroniki ağrılara yol aça bilər. Bundan əlavə, hərəkətsizlik və ya həddindən artıq gərginlik, yorğun bədən və stress bel və boyun fıtıqlarının meydana çıxmasına səbəb ola bilər. Altı aydan uzun çəkən, fasilələrlə gələn və ayaqlara və ya qollara vuran ağrılar, onurgada fıtığın əlaməti ola bilər. Bu kimi halların müəyyənləşdirilməsi müayinə və zəruri irəliləmiş tədqiqatlarla aparılmalıdır".

Qırxıncı yaşlarla birlikdə hormonal dəyişikliklər, keçirilmiş xəstəliklər, çəki və genetik amillər kimi səbəblərlə onurgada və digər oynaqlarda degenerativ (degenerasiya ilə əlaqədar) proseslərin önə çıxdığını bildirən həkim-mütəxəssis bunları deyib: 

"Çəki ilə bağlı problemlər, onurgada daralma, fıtıq və dizlərdə degenerativ xəstəliklər şəklində özünü göstərə bilər. Hormonal dəyişikliklə birlikdə illik sümük sıxlığı ölçülməsi və zərurət olduqda dərman müalicəsi tətbiq edilməsi, iri yaşlar üçün qoruyucu rol oynayır".

Həkim-mütəxəssis sözlərini belə tamamlayıb:

"50 yaş və sonrası, bədənimizə əvvəlki illərdə nə qədər yaxşı baxdığımızın qarşılığını alacağımız dövrdür. Bu müddətdə şəxsin keçmişdəki həyat tərzi, qidalanma vərdişləri, hamiləlik sayı, çəkisi və varsa sistemik (bütün bədəni əhatə edən) xəstəlikləri həlledici olur. Sümük eriməsi (osteoporoz) və degenerativ xəstəliklər bu yaşlarda daha aydınlaşır. Bədənən və ruhən özünə vaxt ayıran, tarazlıqlı və təbii qidalanmaya əhəmiyyət verən, ideal çəkisini qoruyan, fəal həyat tərzi sürən və siqaretdən uzaq duran şəxslər, sağlam bir bədənə sahib olmağın üstünlüyünü uzun illər davam etdirə bilər".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 İyun 2025 04:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see225

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see214

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see110

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri