Icma.az
close
up
RU
Yayda yoluxa bilən xəstəliklər və onlardan qorunma yolları

Yayda yoluxa bilən xəstəliklər və onlardan qorunma yolları

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Yay aylarında, havaların isinməsi ilə birlikdə qidaların istehsalçıdan istehlakçıya çatdırılmasında və saxlanılmasında yaşanan iqlimlə bağlı çətinliklər də özünü göstərməyə başlayır.

Belə ki, mikrobların çirklənmiş qida və suların ağız yolu ilə daha çox qəbul edilməsi, kondisionerdən daha çox istifadə, müxtəlif bölgələrə edilən səyahətlər, piknik kimi fərqli aktivliklər səbəbilə bəzi yoluxucu xəstəliklər daha çox müşahidə olunur. Medicana Çamlıca Xəstəxanası İnfeksion xəstəliklər üzrə mütəxəssis dr. Meltem Yavuz yay xəstəlikləri ilə bağlı fikirlərini bildirib.

Qida və su yolu ilə yoluxan xəstəliklər

Mikroblarla çirklənmiş qidaların və başda su olmaqla digər içkilərin ağız yolu ilə qəbulu ürəkbulanma, qusma, ishal, yüksək hərarət və dehidratasiya (su itkisi) ilə müşahidə oluna bilən qida zəhərlənməsi və qastroenterit kimi sağlamlıqla bağlı əsas narahatlıqların ortaya çıxmasına səbəb ola bilər.

Xüsusilə gigiyena qaydalarına əməl edilmədən hazırlanan süd və süd məhsulları (sütlaç, qazandibi, muhallebi, dondurma), kremli qidalar (yaş pasta, ekler, pudinq və s.), yumurtalı qidalar (mayonez tərkibli souslar), vaakkumlu paketi açıldıqdan sonra qısa müddətdə yeyilib bitirilməyən salyami, sosiska, sucuq, pendir kimi qidalar və əlverişli şərtlərdə saxlanılmayan qırmızı ət, ağ ət (toyuq), dəniz məhsulları istilərin yüksəlməsi ilə qısa müddətdə xarab olaraq mikroorqanizmlərin daha asan törəməsinə yol açır.

Həmçinin kahı, xiyar və cəfəri kimi tərəvəzlər də yaxşı yuyulmadıqda riskli ola bilər.

İnsan sağlamlığını təhdid edən bu mikroorqanizmlər arasında ən önəmliləri Salmonella və Shigella növündən olan bakteriyalar, həmçinin xalq arasında amyöb olaraq da tanınan Entamoeba hystolitica və  Giardia intestinalis kimi parazitlər, Hepatit A, Rotavirus kimi viruslardır.

Su və qidalardan keçən infeksiyalardan qorunmağın ən önəmli yolu əl gigiyenasıdır. Əllərin tez-tez və düzgün texnika ilə yuyulmasına mütləq diqqət etmək lazımdır.

Yeməklərin və içkilərin hazırlanma, əlverişli şərtlərdə saxlanma və servis mərhələlərində əsas gigiyena qaydalarına diqqət edilməsi, yuxarıda qeyd edilən riskli qidaların qəbulunun azaldılması, bayırdan alınan və ya açıq havada satılan qidalardan istifadə edilməməsi, gözlə görünən çirkliliyi olan və ya çirkli görünməsə belə durğun halda olan su mənbələrindən su içilməməsi də su və qidalarla keçən infeksiyalardan qorunmaqda effektiv yollardandır.

Hovuzdan və ya dənizdən yoluxa bilən xəstəliklər

Hovuz təmizliyi və dezinfeksiyasının yetərsiz olması səbəbilə bu mikroorqanizmlərdən asılı olaraq göz, qulaq və dəri infeksiyaları ilə yanaşı həzm-tənəffüs sistemi infeksiyaları, sidik kanalı və vaginal infeksiyalara rast gəlinə bilər. Xüsusilə hovuzlar yayda bir çox insanın ortaq istifadə etdiyi məkandır. Bu səbəblə bir çok bakteriya, virus, parazit amilləri ilə asanlıqla çirklənə bilirlər. Nəcislə çirklənmiş hovuz sularının udulması ürəkbulanma, qusma və ishal ilə müşahidə edilə bilən qastroenteritin yaranmasına səbəb olur. Hovuzlar hər nə qədər xlorlama da daxil olmaqla bir çox üsullarla dezinfeksiya edilsə də, bir tək insanın nəcis və ya digər bədən ifrazatı ilə hər zaman milyonlarla mikrobun suya yayılma riski vardır.

Kanalizasiya suları və insan nəcisi ilə çirklənmiş dəniz və hovuzlardan, suyun ağızdan/ burundan girməsi və udulması ilə A tipli sarılıq (Hepatit A) xəstəliyi də yoluxa bilər.

Sidik və ya nəcis ilə çirklənmiş hovuzlar vasitəsilə xüsusilə qadınlarda tez-tez sidik kanalı infeksiyaları müşahidə olunur. Həmçinin xlorlu mühitə müqavimət göstərən, xlorlu mühitdə bölünə bilən bir çox göbələk tipli mikroorqanizmlərdən vaginal bölgə infeksiyalarının ortaya çıxa biləcəyi unudulmamalıdır. Buna görə də hovuzdan çıxdıqdan sonra mütləq sabun və su ilə duş qəbul edilməsi, nəm çimərlik geyiminin dəyişdirilməsi, əl və ayaq barmaq araları və genital bölgənin nəmli qalmamasına xüsusilə diqqət edilməlidir.

Həmçinin çirklənmiş hovuz suyunun qulaqla təması nəticəsində xüsusilə Pseudomonas növündən olan mikrobların səbəb olduğu, əsasən çox ağrılı və qaşınma ilə müşayiət olunan xarici qulaq yolu infeksiyalarına da rast gəlinir. Dəniz və ya hovuz suyuna tez-tez başvurmalar sinüzit riskini artıracağı üçün  burun və qulaq tıxaclarından istifadə olunmalıdır.

Eyni zamanda hovuzlarda dezinfeksiya məqsədilə istifadə edilən xlorun kimyəvi konyunktivit deyilən göz xəstəliyinə də səbəb olduğu unudulmamalıdır.

Hovuz yolu ilə yoluxan infeksiyalardan qorunma və müalicə metodları:

Hovuz və dəniz mühitinin təmiz olmasına diqqət edilməlidir.

Durğun və çirkli sularda, səthi köpüklü və yaşıl rəngdə olan dənizdə üzmək olmaz.

Suya atılan zaman burnun qapadılması və mümkünsə tıxacdan istifadə olunması tövsiyə edilir.

Hovuz və dəniz suyunun udulmamasına diqqət edilməlidir.

Dəridə sıyrıq və kəsik yaraları varsa, üzəndən sonra təmiz su və sabunla yuyunmaq lazımdır.

Qulaq infeksiyalarının qarşısını almaq üçün qulaq tıxaclarından istifadə edilməlidir.

Göz infeksiyalarının qarşısını almaq üçün sualtı eynəkdən və ya maskalardan istifadə edilə bilər.

Kanalizasiya suları qarışan sahələrə yaxın bölgələrdə və şiddətli yağışdan sonra üzmək məsləhət görülmür.

Yarana biləcək ishal , tənəffüs sistemi, dəri, qulaq və göz infeksiyalarının müalicəsi üçün mütləq həkimlə məsləhət olunmalıdır.

Hovuz və ya dənizdən çıxar-çıxmaz mütləq duş qəbul edilməli və bədəni sabunlayaraq mikrobların dəridən kənarlaşdırılması təmin olunmalıdır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri