Icma.az
close
up
RU
30 il ərzində dünyaya demokratiya dərsi keçən ölkələr, bizə qarşı edilən haqsızlıqları görmədilər

30 il ərzində dünyaya demokratiya dərsi keçən ölkələr, bizə qarşı edilən haqsızlıqları görmədilər

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanıb. Bir müddət əvvəl COP29 zamanı bir sıra Qərb mediasının Azərbaycana qarşı çirkin kampaniyasının şahidi olmuşduq. Özünü müstəqil media adlandırıb, “söz azadlığı”ndan dəm vuran bu media qurumları, sözün əsl mənasında azərbaycanofob və islamofob siyasi dairələrin əlində alətə çevrilib. Biz isə buna sadəcə təəssüflə yanaşa bilərik. Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir. Göründüyü kimi haqlı-haqsız deyil, xristian-müsəlman ayrı-seçkiliyi həyata keçirirlər.

Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu günə kimi bütün dünyada işğalçı siyasət həyata keçirən, öz mənafeləri uğruna digər xalqları qurban verən Fransa kimi bir ölkənin kanalında azərbaycanlılar və türklər əleyhinə gedən böhtan və iftiralarla dolu sənədli film bir daha bu ölkənin “siyasət”ini, qərəzli siyasətini, Azərbaycana, Türkiyəyə və Türk dünyasına qarşı həzmsizlik siyasətini ortaya qoyur. Belə ki, illərdən bəri erməni diasporunun və lobbisinin əlində marionetə çevrilmiş Fransa eyni zamanda öz istəklərini, arzularını da elə Ermənistanın əli ilə bölgədə həyata keçirməyə çalışır.

Jalə Əliyeva

“Biz 30 ildən artıq torpaqlarımız uğrunda mübarizə apardıq. Haqsız münaqişə ilə qarşı-qarşıya qaldıq. Torpaqlarımız işğal edildi, insanlarımız qaçqın, köçkün vəziyyətinə düşdü. O torpaqlardakı mədəni abidələrimiz yerlə yeksan edildi. 30 il ərzində dünyaya demokratiya dərsi keçən ölkələr, Qərb bizə qarşı edilən haqsızlıqları görmədilər, görmək istəmədilər. Bunun əksinə Ermənistanı silahlandırdılar, Azərbaycanla sülh danışıqlarına getməyə hər vəchlə mane olmağa çalışdılar. O dövrdə ATƏT-in Minsk qrupu adı altında yaradılan qrup sadəcə bölgəyə turist səfərləri təşkil edirdi. Burada məqsəd münaqişəni bitirmək və yaxud tənzimləmək deyil, münqişəni Ermənistanın lehinə və Azərbaycanın zərərinə uzatmaq idi. Bu qrup bu məqsədlə yaradılmışdı. Həmin dövrlərdə də həqiqətlər göz önündə idi”-deyə deputat bildirib.

Jalə Əliyeva qeyd edib ki, 2020-ci il 27 sentyabr tarixində ölkə prezidenti İlham Əliyevin bir çağırışı ilə Azərbaycan xalqı, Azərbaycan gənci öz torpaqları uğrunda ayağa qalxaraq, şanlı müharibəyə başladı: “44 gün müddətində böyük bir zəfər əldə edərək, 30 ildən artıq düşmən tapdağı altında qalan torpaqlarını işğaldan azad etdi”.

Deputat bildirib ki, bu gün bu torpaqlarda böyük quruculuq işləri həyata keçirilir və inanılmaz inkişaf var.

Jalə Əliyeva hesab edir ki, bu inkişafdan narahat olan qüvvələr var: “30 il müddətində münaqişəni bitməyə qoymurdular. Çünki Azərbaycanın inkişaf etməsindən qorxurdular. Bu gün də müharibədən sonra Azərbaycana hər vəchlə nane olmağa çalışırlar.

Bu günlərdə yekunlaşan, böyük bir uğurla ev sahibliyi etdiyimiz COP29 konfrransı ərəfəsində və COP29 tədbiri bitdikdən sonra bu şər qüvvələrin qərəz maşınının durmadan işləməsi, Azərbaycana böhtanlar və iftiralar yağdırması yenə də onların özlərinin böyük təşvişindən, Azərbaycanın gücü qarşısında keçirdikləri narahatçılıqlardan xəbər verir”.

Deputat qeyd edib ki, illərdən bəri müsəlman xristian ayrı-seçkiliyi həyata keçirilir. Bunu edən xristian dünyası, Qərb, okeanın o tayı və ABŞ-dır: “Onlar “parçala -hökm et” siyasətini əsrlər boyu həyata keçiriblər. Bu gün də inkişaf edən, inkişaf etməkdə olan, müstəqilliyini elan edən, suverenliyini təmin edən ölkələrə qarşı barışmaz mövqedə dayanırlar. Onlardan biri də Azərbaycan və Azərbaycanın ən böyük dostu, sirdaşı, ən böyük dəstəkçisi olan, ulu öndər Heydər Əliyevin söylədiyi kimi “tək millət iki dövlət”, hətta deyərdim ki, tək dövlət prizmasından məsələlərə yanaşan Türkiyədir. Bu davranışlar həm Azərbaycana, həm də Türkiyəyə qarşı Qərbin, dünyanın qısqanclığının bariz nümunəsidir”-deyə deputat bildirib.

Jalə Əliyevanın fikrincə, bu sənədli film də Qərbin bu filmdə qeyd etməyə, qabartmağa çalışdığı, amma məhz elə onun özünə xas olan “vəhşiliyi” bir daha ortaya qoymuş oldu. Deputat vurğulayıb ki, əgər həqiqətləri görmürlərsə, bu gün Azərbaycanın bölgədə və dünyada sülh yaratma missiyasını, sülh və əminamanlıq üçün həyata keçirtdiyi siyasəti görmürlərsə, bu da elə sözün əsl mənasında onların özünün vəhşiliyinin sübutudur.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri