Icma.az
close
up
RU
30 illik müəlliməm deyənlərin imtahana daha çox ehtiyacı var Ekspertdən tənqid

30 illik müəlliməm deyənlərin imtahana daha çox ehtiyacı var Ekspertdən tənqid

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sertifikasiya imtahanlarının keçirilməsinə sayılı günlər qalır. Bu il müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan sertifikatlaşdırma prosesi iyunun 17-19 və 23-25 tarixlərində baş tutacaq. Belə ki, ilk dəfə olaraq tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər də prosesə cəlb ediləcəklər. Bununla yanaşı, əvvəlki illərdə olduğu kimi, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil müəllimləri də sertifikasiyada iştirak edəcəklər.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, müəllimlərin sertifikatlaşdırma prosesində diqqət etməli olduqları əsas məsələlərdən biri psixoloji hazırlıqdır.

Onun sözlərinə görə, 2021-ci ildən həyata keçirilən sertifikatlaşdırma prosesində bəzi müəllimlərin üzləşdiyi əsas çətinliklərdən biri imtahana psixoloji baxımdan hazır olmamalarıdır:

“Təəssüf ki, 2021-ci ildən başlayan prosesdə bəzi təhsilverənlərin üzləşdiyi ən mürəkkəb detal məsələyə psixoloji olaraq fokuslana bilməmələridir. Bu, özünü daha çox testologiya ilə tanışlığı zəif olan orta yaşlı və yaşlı müəllimlərdə göstərir. Çünki “test dövrünün yetirmələri” olan gənc müəllimlərdən fərqli olaraq, onlarda bu metod üzərində iş, bilik və bacarıqların məhz qapalı suallar üzərindən yoxlanılması vərdişləri xeyli zəif idi ki, bu da öz sözünü demiş oldu. Düşünürəm ki, 2021-2026-cı illəri əhatə edən birinci tsikl sertifikatlaşdırılmada nəzərə alınmayan əsas məsələ müəllimləri test imtahanı və müsahibə mərhələlərindən əvvəl psixoloji dəstəyə, bu yöndə olan pulsuz təlimlərə cəlb etmək oldu. Halbuki ilk dəfə kompüter üzərindən imtahan verən, ilk dəfə bilikləri qapalı testlərlə yoxlanılan on minlərlə müəllim var idi. Odur ki, müəllimlər artıq 5 ildir davam edən sertifikatlaşdırılma prosesində tez-tez rastlanan əsas problemə - psixoloji hazırlıqsızlığa qarşı mübarizə aparsalar və özlərini buna tam hazır hiss etsələr, daha uğurlu nəticə əldə edə bilərlər”.

O eyni zamanda uzunmüddətli pedaqoji təcrübəyə malik müəllimlərin də sertifikasiyadan keçməsinin vacibliyini  də diqqətə çatdırıb:

“Təhsil daim yenilənən, özü-özünü inkişaf etdirən bir prosesdir. Onun tələbləri də hər zaman dəyişir. Odur ki, hər hansı şəxs "30 ildir müəlliməm" deyib prosesə dırnaqarası baxa bilməz. Əmin olun ki, məhz bu cür müəllimlərin sertifikasiyadan keçmələrinə daha çox ehtiyac var. Çünki onların təhsil aldıqları və fəaliyyətlərinin ilk dövrlərini əhatə edən zamanın tələbləri, metodiki yanaşmaları, pedaqoji proqramları ilə indikilər arasında ciddi fərqlər var. Məhz aradakı bu fərq onların məktəb daxilindəki mövqelərinə təsir göstərə bilər. Odur ki, belə müəllimlər üçün qiymətləndirmə imtahanları həm də özünüinkişaf xarakteri daşıyır”.

Ekspert həmçinin sertifikasiyaya hazırlaşmaq üçün müəllimlərin əlavə kurs və repetitorlara üz tutmasını isə arzuolunmaz tendensiya kimi qiymətləndirib:

“Bu, artıq tam fiasko, təhsilimiz adına isə çox arzuolunmaz məsələdir. Beş ildir ki, sertifikasiyada istifadə olunan sualların o qədər də qəliz olmadığı, bəzi test tapşırıqlarının hətta 6-7-ci sinif səviyyəsində olduğu deyilir. Bu fikirlər kənar şəxslər tərəfindən deyil, məhz sertifikasiyada iştirak edərək müsbət nəticə göstərən müəllimlər tərəfindən səsləndirilir. Hər hansı fənn üzrə təqdim olunan suallar eynidir. O zaman hansı səbəbdən bir qrup müəllim onların həddindən artıq sadə olduğunu deyir, digərləri isə az qala inanılmaz dərəcədə çətin hesab edir? Deməli, burada problem qiymətləndirmə prosesində və ya tapşırıqlarda deyil, bəzi müəllimlərin özlərindədir.

Ümumiyyətlə, sertifikasiyanın test imtahanı mərhələsi üçün müəllimin hansısa kurslarda və ya fərdi mentor yanında əlavə hazırlaşmasına nə ehtiyac var? Məgər kurslarda ona nəyisə tədris edən, sonra sosial şəbəkələrdə fəxrlə "mənim müdavimlərim" yazan şəxslər də onlar kimi müəllim deyilmi? Yoxsa həmin təlimçilər Böyük Britaniya, ABŞ və ya Almaniyada təhsilin idarəedilməsi üzrə təhsil alıblar? Təbii ki, xeyr. Aralarında elələri də var ki, ümumiyyətlə ali təhsilli deyil, kollec məzunudurlar. Amma bu gün özlərindən yaşlı müəllimə "mənim müdavimim" deyə müraciət edirlər.

Neyromarketinq yanaşması ən çox təhsil sahəsində işləyir. Hamı elə düşünür ki, əlavə hazırlıq keçmədən nəticə əldə edə bilməyəcək. Bu tendensiya müəllimlər arasında daha çox yayılıb. Nəticədə bu qorxu və müəyyən mənada hiylə bəzi müəllimlərin yaratdığı kursların işinə yarayıb. Vəziyyət o həddə çatıb ki, həmin şəxslər artıq MİQ və sertifikasiya hazırlıqlarına getməyənləri uğursuz gələcəklə qorxudurlar. Bu, yolverilməzdir. Pul qoxusu bəzi repetitorların insanları gələcəklə bağlı nigaran vəziyyətdə saxlamasına səbəb olub”.

E.Nuri sovet dövründə formalaşmış müəllim nəsli ilə müasir dövr müəllimləri arasındakı fərqlərə də toxunub:

“Birinci tsikldə (2021-2026) düşünürəm ki, bu məsələ o qədər də ciddi problem yaratmadı. Çünki sertifikatlaşdırma prosesi ilk dəfə həyata keçirildiyindən bir çox məsələlərdə olduğu kimi, sualların təqdim edilməsində də müəyyən yumşalmalar və güzəştlər tətbiq olundu. Təqdim olunan test tapşırıqları sadə olduğundan istər sovet dövrü təhsilinə, istərsə də müasir tədris trendlərinə uyğunlaşa bilənlər üçün ciddi çətinlik yaratmadı.

Amma qarşıdakı illərdə bu fərqin daha açıq şəkildə üzə çıxacağı və müəyyən narazılıqlara səbəb ola biləcəyi istisna deyil. Çünki yanaşmalar dəyişir, təhsilin dünənki tələbləri ilə bugünkü gözləntiləri arasında ciddi fərqlər yaranır. Odur ki, gələcəkdə müəllimin iş stajından daha çox onun bilik və bacarıqları qiymətləndiriləcək”, - deyə E.Nuri qeyd edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2026 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri