Icma.az
close
up
RU
30 illik susqunluq: Qərbi Azərbaycan irsi hələ də gözardı edilir ABŞ səfirliyindən absurd cavab

30 illik susqunluq: Qərbi Azərbaycan irsi hələ də gözardı edilir ABŞ səfirliyindən absurd cavab

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Amerika Birləşmiş Ştatları azərbaycanlıların Ermənistandan qovulmasına, soydaşlarımızın dədə-baba yurdlarında irsinin qorunub saxlanması üçün 30 ildən çox müddət ərzində bir addım belə atmayıb.

Azərbaycan torpaqlarının işğal altında qaldığı illərdə, o cümlədən son illərdə də bu riyakar, ikili yanaşma davam edib. İndi Ermənistan adlandırılan torpaqlardan minlərlə qərbi azərbaycanlının zorla qovulması daxil, bir dəfə də olsun soydaşlarımızla bağlı məsələ nə beynəlxalq, nə də digər tribunalarda qaldırılmayıb.

Oxu.Az xəbər verir ki, söhbət dünən "Report"un da toxunduğu ABŞ Dövlət Departamentinin Ermənistandakı səfirliyi vasitəsilə 2025-ci il üçün bu ölkədə, eləcə də, işğaldan azad edilən Qarabağda mədəniyyətin qorunub saxlanılması barədə növbəti proqram və qrant layihəsi ilə çıxış etməsindən gedir. Proqram birmənalı şəkildə tarixi saxtalaşdırma və Azərbaycanın daxili işlərinə qarışmağı özündə ehtiva edir.

Bununla bağlı tam məlumat almaq üçün "Report" agentliyi ABŞ-nin Azərbaycandakı səfirliyinə Ermənistandan qovulmuş azərbaycanlıların mədəni irsinin araşdırılması və qorunması ilə bağlı layihələr barədə müvafiq sorğu göndərib. Səfirlikdən bildirilib ki, cavab hazır olan kimi məlumat bölüşüləcək və ya göndəriləcək.

Alınan cavab isə ümumiyyətlə verilən suala uyğun deyil. Ermənistanda azərbaycanlıların irsinin qorunması ilə bağlı suala cavabda, səfirlik ABŞ-nin bundan sonra Azərbaycanın azad etdiyi ərazilərdə görmək istədikləri işlər barədə məlumat verilib. Cavabda qeyd olunub ki, ABŞ-nin Azərbaycandakı səfirliyi bir neçə dəfə mədəni irsin qorunması ilə bağlı yardımlar təklif edib. Bu sırada səfirlik Ağdamda Pənahəli xan kompleksinin, Qubada Qırmızı Qəsəbədə evin bərpası üçün təkliflərini verib. Bundan əlavə bildirilib ki, bir neçə kənddə məktəbin təmirinə də səfirlik yardım edə biləcəyini elan edib.

Məntiqlə belə nəticə çıxarmaq olar ki, Ermənistandan azərbaycanlıların qovulmasından sonra ABŞ onların bu ölkədə irsinin qorunması yolunda bir addım belə atmayıb.

Digər bir məsələ ondan ibarətdir ki, ABŞ otuz ilə yaxın Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr dövləti olub. Və onun missiyalarından biri münaqişənin nizamlanmasını həyata keçirməklə yanaşı, hüquqları pozulan yüz minlərlə insanlar üçün ədalətin bərpası olub. Lakin bu illər ərzində bu istiqamətdə hər hansı bir ciddi təşəbbüslə çıxış edilmədi.

Nəinki Qərbi Azərbaycandan qovulan insanların hüquqları bərpa edildi, əksinə, soydaşlarımızın əsrlər boyu yaşadıqları torpaqlarda yol verilən qarşı vandalizmə yol verilməsinə göz yumdular. Bu riyakarlıq sonralar işğal altında olan Azərbaycan torpaqlarında da davam etdirildi. Bu gün də erməni lobbisindən aldığı tapşırığa uyğun olaraq Qarabağda "erməni irsinin" bərpasına yüz minlər ayırmağa çalışır.

Halbuki Qərbi Azərbaycan ərazisində soydaşlarımıza məxsus abidələrə qarşı vandalizmə bir yerdə belə toxunulmur. Həmin abidələr ki, ABŞ-nin özünün də alim və mütəxəssisləri məhz Azərbaycan türklərinə məxsus olduğunu sənədlərlə göstəriblər. Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. mövcud olmuşdur. İrəvan şəhərindəki Xan sarayı, məscidlər, karvansaralar haqqında səyyahların, sənətşünasların, arxeoloqların, rəssamların əsərlərində geniş məlumatlar verilib.

Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olub. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilib. Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb ki, onlardan birini - İrəvan şəhərindəki Göy məscidi "fars məscidi", digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə "türkmən abidəsi" kimi qələmə verməyə çalışırlar. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdirib.

Beləliklə, özlərini dünyaya "qədim xalq", "mədəni xalq" kimi təqdim edən ermənilər, həqiqətdə azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq "nümunəsi" göstərirlər. ABŞ-nin də yuxarıda qeyd olunan bədnam layihəsi bu çirkin kampaniyaya dəstək verməsi anlamına gəlir. Ümid etmək olar ki, adıçəkilən proqram nəhayət ki, Qərbi Azərbaycan ərazində vandalizmə məruz qalan tarixi abidələrimiz, maddi-mədəniyyət nümunələrimiz də salınacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Dekabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri