Icma.az
close
up
RU
30 min manat verib mən də “həkim” ola bilərəm? Yeni Gündəm

30 min manat verib mən də “həkim” ola bilərəm? Yeni Gündəm

Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kubra Məhərrəmova yazır…

Neçə vaxtdır sosial şəbəkələrdə mənşəyi və mənbəyi bəlli olmayan həkimlərin qurbanları paylaşım edirlər.

Qurbanlar arasında adi insanlarla yanaşı tanınmışlar da var.

49 nəfərdən ibarət “həkim”lərin siyahısını ilk dəfə ABŞ-də yaşayan Qənirə Ataşova yaydı. Yayılan məlumatlar qaldı bir tərəfə, Ataşovanın ünvanına “ağ xalatlı” mafiya üzvlərinin hədə-qorxu məzmunlu mesajları yağmağa başladı. Onu hətta övladları ilə də təhdid etdilər.

İki dəfə də səhifəsinə kiberhücum təşkil olundu. Hətta şou-biznesdə at oynadan müğənnilərdən biri Xatirə İslam şəxsən Ataşovaya bildirdi ki, “onun bacısıyla işi olmasın!”

Xanım Ataşova əlində olan sənəd-dəlillərlə sübut edir ki, müğənninin bacısı Günel Əzizovanın heç bir tibbi təhsili yoxdur. Bu azmış kimi Günel əməliyyatlar edir, ginekoloji prosedurlar həyata keçirir.

Heç kimdə soruşmur ki, ay xanım bu xalatı geyinib, əlinizə neştəri alıb əməliyyatxanada nə edirsiniz?

Adım kimi əminəm ki, bir neçə gündən sonra söhbət yaddan çıxanda, yenə pis biz olacağıq. Saxta həkimlər yenə də qaz vurub, qazan dolduracaqlar.

Əminəm ki, mən evimin qarşısında qutab bişirib satsam, əlli yerdən yoxlama gələcək. Əlli yerdən sertifikat tələb olunacaq. Bəs necə olur ki, tibb təhsili olmayan adamlar əməliyyat edirlər?

Həqiqətən maraqlı məqamdır.

Bu məsələyə kim və hansı qurum nəzarət edir?

Kim məsuliyyət daşıyır? Yox, əgər hər şey belə asandırsa, biz də gedək “həkim” işləyək, özümüzə gün ağlayaq.

Dünən Baku.tv-nin “BAKU AKTUAL” verilişində tanınmış jurnalist Turan İbrahimov bu məsələni müzakirəyə çıxarıb. ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova, Səhiyyə Nazirliyinin rəsmisi Elçin Qədirov, plastik cərrah Vaqif Qələndər və zərərçəkən Könül xanım canlı yayımda aparıcının suallarına cavab veriblər.

Mütləq şəkildə baxmalı olduğunuz buraxılışdır.

Birincisi zərərçəkən Könül Əliyevə qeyd edir ki, həkimi məhkəməyə veriblər və cinayət işi də açılıb. Amma və lakin məsələ bağlanıb gedib. Səbəb isə məhkəmə ekspertizasının rəy verməməsidir. Sual yaranır niyə?

Elnur Mehralı adlı həkim zərərçəkəni həm abdominoplastika edib, həm də ödünü kəsib çıxarıb.

Qeyd edim ki, bu həkimin adı da xanım Ataşovanın dərc etdiyi “Azərbaycanın Estetik Cərrahiyyəsinin üzü. Səhiyyə nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı”nda var.

Məsələ hələ də havada, pasiyent isə məhkəmə qapılarında qalıb.

Verilişdə yer alan Səhiyyə Nazirliyinin rəsmisi Elçin Qədirov qısaca bildirdi ki, “özəl” klinika və xəstəxanalara əlləri girmir.

Yəni ki, biz dövlət xəstəxanalarına cavabdehlik daşıyırıq. Başlı-başını saxlasın.

Plastik cərrah Vaqif Qələndər isə baş verənlərdə medianı günahkar hesab etdi. Çünki istənilən adam əlini cibinə salıb mediada reklam xarakterli məlumat yayaraq, cəmiyyəti aldada bilər.

Səhiyyə Nazirliyinin rəsmisi Elçin Qədirov isə hesab edir ki, ümumiyyətlə həkimin KİV-də özünü reklam etməsi reklam haqqında qanunun şərtlərinin kobud şəkildə pozulması deməkdir. Yəni həkim əmtəə deyil, dərman vasitəsi deyil, özünü reklam edə bilməz.

Yaxşı, bunu anladıq. Bəs sosial şəbəkələrə kütləvi şəkildə reklam verən elə həmin işbaz həkimlərə qarşı kim və hansı qurum tədbir görməlidir?

Adamlar manikür ustası, lazeroloq, rus dili müəllimliyindən birbaşa əməliyyat stoluna gəlir və insanların həyatına müdaxilə edirlər.

Bir anlıq adama elə gəlir ki, triller filminə baxırsan. Hansısa manyak, tibbi təhsili olmayan biri gizlicə əməliyyat otağına daxil olur və istədiyini edir. Arxadan vahiməli musiqi səslənir, xəstə narkozdan oyanır və görür ki, onu şikəst ediblər, bədəni kəsiklərlə doludur. Filmin janrına uyğun olaraq, həkim gizli yollarla xəstəxananı tərk edir. Və onu axtarmağa “Batman” və “Superman” çıxır. Lap filmlərdəki kimi.

Çox gülməlidir…

Amma biz bunları realda yaşayırıq, buna nə klinikanın müdiriyyəti, nə baş həkimi, nə də digər nəzarət qurumları bir şey edə bilir. Niyə? Yoxsa, populyar triller filmlərində olduğu kimi, ABŞ-dən qəhrəman sifariş edək, gəlsin bu məsələni çözsün?

Bundan əvvəl eltisi Səbirə Vəliyevanın ölümünə səbəb olan, əvvəl lazeroloq kimi işləyən Ülviyyə İlyasovanın qanunsuz estetik əməliyyatlar keçirməsi barədə mediada xeyli xəbərlər yayılmışdı.

Zərərçəkən qadınlar onların bədənindən çirklərin axdığını və ölüm-qalım mübarizəsi apardıqlarını qeyd edirdilər.

Lakin Ülviyyə İlyasova televiziya kanallarının birinə çıxaraq eltisi öləndən sonra “daha estetik əməliyyat” etmədiyini deyib. Zərərçəkənlərdən biri aktrisa Mila Bekova video paylaşaraq bunun yalan olduğunu, İlyasovanın əməliyyatlara davam etdiyini ortaya qoydu. O da Ülviyyə İlyasovanın şikayətçi pasiyentlərindən biridir.

İndi məsələ budur ki, hər kəs özündə cəsarət tapmır başına gələn müsibəti açıq-aydın mediaya danışsın. Biri qohumundan, biri ərindən çəkinir. Bəs bu adamlar nə etməlidirlər?

Bu pasiyentlərin hüquq və azadlığını kim qorumalıdır?

Bu halların yaşanmaması üçün müvafiq qurumlar tezliklə addım atmalı və cəmiyyətə hesabat verməlidirlər.

Lazeroloq, manikür ustası və rus dili müəllimi olub, əyninə ağ xalat geyinib, insanların həyatına son qoyanlar isə qanunun ən sərt üzüylə cəzalandırılmalı, əmlakları müsadirə olunub zərərçəkənlərə verilmədir.

Yoxsa ki, gəl qutab satanın canına düş…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:351
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 08 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri