Icma.az
close
up
RU
31 il əvvəl itkin düşən, naməlum əsgər kimi İmişlidə dəfn olunan şəhidin nəşi doğulduğu Yevlaxa GƏTİRİLİB FOTO

31 il əvvəl itkin düşən, naməlum əsgər kimi İmişlidə dəfn olunan şəhidin nəşi doğulduğu Yevlaxa GƏTİRİLİB FOTO

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birinci Qarabağ mühribəsində Azərbaycan xalqı böyük itkilər verdi. Torpaqlarımızın işğalı ilə yanaşı minlərlə şəhidimiz oldu. Ən dəhşətlisi isə neçə-neçə oğullarımız itkin düşməsi idi. İkinci Qarabağ müharibəsindən sonra hissə-hissə itkin düşmüş şəhidlərimizin nəşləri tapılaraq ailələrinə təhvil verilməyə başladı. Belə bir şəhidlərimizdən biri də Yevlax rayon Aran qəsəbəsi sakini şəhid Tərlan Məmmədovdur.
Bizim.Media-nın əməkdaşı bu gün dəfn ediləcək Tərlanın ailəsi ilə həmsöhbət olub. 
Şəhidin ailəsinin  verdiyi məlumata görə, Tərlan 1993-cü ilin aprel ayında  hərbi komissarlığa yollanıb. İki aylıq təlimdən sonra döyüş bölgəsinə yola düşüb. 
Ən ağır döyüşlərdə- Füzuli, Qubadlı və Ağdamda iştirak edib. Tərlan cəmi 10 ay qəhrəmancasına döyüşə bilib. 1994-cü ilin yanvar ayının 14-də Füzuli döyüşlərində itkin düşüb. Şəhidin tapılmasında təşəbbüskar bacısı Nəzakət Cəfərova olur. Nəzakət xanımın sözlərinə görə hər itkinlərlə bağlı verliş gedəndə gözü qardaşını axtarırmış və bir gün o, televiziyada itkinlərin şəklinə diqqətlə baxanda qardaşının şəklini görür.
Tərlanın tapılması üçün ilk addımlar burda atılır:
“Mən özümü dərk edəndən gözüm hey qardaşımı axtarırdı. Tez-tez itkinlərlə bağlı verilişlərə baxırdım. 2017-ci ildə xəbər kanallarının birində naməlum əsgərlər haqqında veriliş gedirdi və orada onların şəkillərini verirdilər. Mən də şəkillərdən birini qardaşıma bənzətdim. O verilişi yenidən izlədim və şəkli saxlayıb anama göstərdim. Onlar da sevincək halda bildirdlər ki, böyük ehtimal bu Tərlanın şəklidir. Biz təcili olaraq rayon icra hakimiyyətinə müraciət etdik.

Araşdırmadan sonra məlum oldu ki, şəkildəki gənc İmişli rayonunun Şəmməli qəbristanlığında naməlum əsgər kimi dəfn olunub. Bundan bir neçə il sonra  məzar açıldı və dövlət xətti ilə ekshumasiya olundu. Elə bu vaxt vətən  müharibəsi başladı. Müharibədən sonra biz öz şəhidimizi tələb etməyə çəkindik.
Çünki yeni şəhidlərimiz var idi. Hamının yarası yeni idi. Buna görə də bir müddət gözlədik. Bu yaxınlarda  məsələ ilə bağlı Birinci xanım Mehriban Əliyevaya müraciət məktubu ünvanldıq. Tez bir zamanda məktubumuza cavab gəldi və nəhayət qardaşımın nəşi tibbi-ekspertiza olundu. Məlum oldu ki, həqiqətən bu Tərlanın nəşidir”.
Şəhidimizin qardaşı Fərid Məmmədov anasının bu xəbəri necə almasından danışıb. O, eyni zamanda anası Rəfiqə Bayramovanın oğlunun xəbərini aldıqdan sonra həyatında böyük dəyişikliklər olduğunu da vurğulayıb:

“Ailədə 9 nəfər olmuşuq.  Atam dünyasını dəyişib, qardaşım isə şəhid olub. Anamın qardaşımdan sonra nə ürəkdən güldüyünü gördük, nə də kefinin açıldığını... Hey gözü yolda, qulağı səsdə idi. Bir gün anamı Bakıya - Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına dəvət etdilər. Anam içəri girən kimi, soruşublar ki, “ana nə hisslə gəlmisən? İçində nə hiss var?” Anam da deyib ki, hiss edirəm ki, o məzar oğluma  məxsusdur. Sədr  müavini də qeyd edib ki, “bəli düz tapmısınız, bu məzar oğlunuz Tərlanındır”. Bu xəbəri eşidən anamın sevinci yerə-göyə sığmayıb. Nəhayət 31 ildən sonra anamın gözləri yoldan çəkildi. Anam sanki oğlunu yenidən sağ tapmış qədər sevinirdi”.
Qeyd edək ki, şəhidimiz Tərlan Məmmədov bu gün doğulduğu Yevlax rayonundakı Şəhidlər xiyabanında dəfn olunacaq.
Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Fevral 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri