310 kq lıq kişinin meyitini evdən çıxara bilmədilər, xüsusi texnika çağırdılar VİDEO
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Aydın vilayətində baş tutan qeyri-adi dəfn mərasimi hər kəsi təəccübləndirib.
Ölkə.Az xəbər verir ki, buna səbəb meyitin evdən xüsusi yülk lifti ilə çıxarılması olub.
Belə ki, rayonda 310 kq çəkidə olan 49 yaşlı Barış Yıldırım vəfat edib.
Mərhumun meyidini yaşayış binasının dar pilləkənlərindən endirmək mümkün olmayıb. Buna görə də ailəsi yük daşımaq üçün nəzərdə tutulan kran lift çağırıb.
Meyiti evdən çıxarmaq üçün balkondakı şüşə sədlər də sökülüb.
Qeyd edək ki, Barış Yıldırım bir neçə ay əvvəl mədəsindən əməliyyat olunub. Səhhəti get-gedə pisləşən kişi Nazilli şəhərindəki evində ürəktutmasından dünyasını dəyişib.
Billurə Yunus

Baxış sayı:30
Bu xəbər 18 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















