Icma.az
close
up
RU
34 illik müəllim işindən kənarlaşdırılıb Bakıda daha bir direktor qalmaqalı FOTO

34 illik müəllim işindən kənarlaşdırılıb Bakıda daha bir direktor qalmaqalı FOTO

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlər ölkədə məktəb direktorlarının fəaliyyəti, xüsusilə müəllimlərə qarşı qanunsuz təzyiqlər və qeyri-etik davranışlar ictimaiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Belə hallardan biri də Sabunçu rayonu 128 saylı tam orta məktəbdə baş verib.

News24.az xəbər verir ki, bu barədə Manset.az-a məktəbin müəllimi Mehtiyeva Sevda Seyidməmməd qızı məlumat verib. O, təhsil hüquqlarının pozulduğunu, iş yerində qərəzli münasibət və inzibati təzyiqlərlə üzləşdiyini bildirir. Sevda Mehtiyeva 34 ildir fasiləsiz şəkildə müəllim kimi fəaliyyət göstərir. O, 2003-cü ildən etibarən adıçəkilən məktəbdə 0.5 ştatla direktor müavini vəzifəsində və eyni zamanda ibtidai sinif müəllimi kimi çalışdığını qeyd edir.

Onun sözlərinə görə, 2019-cu ildən məktəbə təqdimat əsasında direktor təyin olunan Sədaqət Əliyeva tərəfindən davamlı psixoloji və inzibati təzyiqlərlə üzləşib. Müəllim iddia edir ki, 2024-cü ilin avqust ayından etibarən sertifikasiyadan keçmiş olmasına baxmayaraq, onun dərs saatları ləğv edilib və məktəbdə dərs deyəcəyi sinif bağlanıb. Sevda Mehtiyeva bildirib ki, direktor tərəfindən sertifikatının saxta olduğu iddia edilib və bununla bağlı ona qarşı təhdidlər səsləndirilib.

Mehtiyeva onu da qeyd edir ki, 2024-cü ilin oktyabr ayında direktor tərəfindən kollektivə onun əleyhinə ərizə yazdırılıb və razılaşmayan əməkdaşlar töhmətlə hədələnib. Onun bildirdiyinə görə, hazırda məktəbdə sertifikasiyadan keçməyən müəllimlər çalışdığı halda, özü dərs saatından və əmək haqqından məhrum edilib.

Şikayətçi müəllim, həmçinin, BŞTİ və Elm və Təhsil Nazirliyinə etdiyi müraciətlərin cavabsız qaldığını, bəzi hallarda isə cavabların yalnız şifahi və qeyri-rəsmi formada verildiyini iddia edir. O bildirir ki, əmək kitabçasında qeyd olunan məlumatlar sistemdə əksini tapmır, SİMA İMZA sistemindən keçmədiyi üçün ona maaş yazılmır və əməkhaqqı əsassız şəkildə azaldılıb.

Mehtiyeva onu da bildirib ki, 2025-ci ilin mayında yaşadığı evin qapısında tanımadığı bir şəxsin onu hədələyici tərzdə “sinif veriləcəyi” vədi ilə ona ət bağlaması gətirdiyini bildirib, lakin müəllim bu “töhfəni” qəbul etməyib və narahatlıq keçirdiyini qeyd edir.

O, məsələ ilə bağlı aidiyyəti qurumlardan – BŞTİ-dən, Təhsil Nazirliyindən və digər nəzarət orqanlarından hüquqlarının bərpasını, əmək kitabçası və müqaviləsindəki məlumatların sistemə düzgün şəkildə köçürülməsini, direktorun isə fəaliyyəti ilə bağlı araşdırma aparılmasını tələb edir.

Manset.az mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov sorğu göndərib. Bəşarət Məmmədov isə məsələdən məlumatlı olduğunu vurğulayıb:

"Bu illərin məsələsidir və BŞTİ-nin cavab məktubu var xanıma. Elə o məktubda məsələnin mahiyyəti var".

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı yalnız məktub göndərərək problemi məktəb rəhbərliyi ilə həll etməyi tövsiyə edib. Lakin görünən odur ki, vəziyyət daha dərindir və artıq nəzarətə götürülməsi zəruridir. Təcrübəli bir müəllimin bu dərəcədə çarəsiz qalması, məsul qurumların isə problemi həll etməkdə aciz görünməsi təhsil sistemində ciddi problemlərin olduğunu göstərir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 İyul 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri