35 il əvvəl bu gün: Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri seçildi
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.
Bakıvaxtı.az xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında keçirilən səsvermə Azərbaycanın müstəqillik tarixinin mühüm hadisələrindən biri olub.
Sessiyada deputatlar və iclas zalının qarşısına toplaşan minlərlə insan Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsini tələb edib. Heydər Əliyev isə çıxışlarında vəzifə tutmaq istəmədiyini bildirərək namizədliyinin irəli sürülməsinə əvvəlcə etiraz edib. Lakin deputatların təkidi nəticəsində onun namizədliyi səsverməyə çıxarılıb və Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri seçilib.
Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövr Azərbaycanın müstəqilliyə gedən yolunun mühüm mərhələlərindən biri hesab olunur. Onun təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözləri çıxarılıb, qanunverici orqanın adı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi kimi müəyyənləşdirilib. Həmçinin üçrəngli Azərbaycan bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verilib.
Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Ali Məclisin Sədri seçilməsi Naxçıvanın siyasi həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın müstəqil dövlətçilik tarixində də mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Prezident Kitabxanasının məlumatına görə, o, bu vəzifədə 1993-cü ilə qədər fəaliyyət göstərib.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 03 Sentyabr 2026 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















