350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2025-ci ildə 350 mikro, kiçik və orta biznes subyekti yararlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Belə ki, 85 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə (səkkizi yerli və üçü xarici ölkələrdə olmaqla) ödənişsiz olaraq iştirakı təmin edilib. Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədilə üç "KOB Fest" sərgi-satış yarmarkası keçirilib. Göygöl, Şuşa və Göyçayda təşkil edilmiş yarmarkalarda 220 sahibkar məhsul və xidmətlərini təqdim edib və satışını həyata keçirib.
Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək mexanizmi çərçivəsində isə onlar üçün ayrılmış yeddi satış nöqtəsində 45 KOB subyektinin məhsullarının satışı həyata keçirilib.
KOB subyektləri satış imkanlarını genişləndirmək məqsədilə dövlətin dəstək mexanizmlərindən faydalanmaq üçün KOBİA-ya müraciət edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 15 Yanvar 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















