Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ... Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? AzPolitika onlayn siyasi ictimai qəzet

3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ... Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə dünya bazarında mal ətinin 1 kiloqramının orta qiyməti 6,2 dollar (10.5 manat) olub. Qoyun əti 9.6 dollar (16.3 manat), quş əti isə 3.9 dollara (6.63 manat) təklif olunub.

“AzPolitika” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin bülletenində bildirilib. Məlumat ABŞ-nin Kənd Təsərrüfatı Nazirliyinin 10 yanvar 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.

İndi Azərbaycanda ətin mövcud qiymətinə baxaq və bu rəqəmləri orta dünya qiymətləri ilə müqayisə edək:

Mal əti -16-17 manat (9.4, 10 dollar)

Qoyun əti - 21- 22 manat (12.3, 13 dollar)

Quş əti - 6.8-8 manat (4, 4.7 dollar).

Beləliklə:

Mal əti dünya qiymətlərindən 3-3.4 dollar;

Qoyun əti 2.8-3,4 dollar;

Quş əti isə 0,8 dollar bahadır.

Azərbaycanda minimum əməkhaqqı 400 manat (235 dollar), orta aylıq maaş 996 manatdır (585 dollar).

Qeyd edək ki, Azərbaycan ətə olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına təmin edir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 116 milyon 989 min dollar həcmində 53 min 337 ton ət idxal edilib. Ət idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38 milyon 433 min dollar və ya 48,9% artıb, miqdar ifadəsində isə 15 min 50 ton, başqa sözlə, 39,3% artıb.

Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 78 milyon 555 min dollar dəyərində 38 min 287 ton ət idxal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında idxal edilən ətin 1 kiloqramının orta dəyəri 3 manat 72 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 49 qəpik idi. Bu da illik müqayisədə 23 qəpik və ya 6,59% artım deməkdir. Ötən il ümumi idxalın 0,62%-i ətin payına düşüb.

Gömrük Komitəsinin məlumatından daha bir paradoksal məlumat üzə çıxır. Qeyd olunur ki, ölkəyə gətirilən ətin orta dəyəri 3 manat 72 qəpik olub. Bu, 2023-cü ilin idxal qiymətindən 23 qəpik azdır, yəni ucuzlaşma baş verib. O zaman Azərbaycanda ətin qiyməti hansı səbəbdən göstərilən rəqəmlərdən 5-6 dəfə yüksəkdir? Xaricdən idxal edilən ət ucuzlaşıbsa, nəyə görə, Azərbaycanda bir il ərzində mal və qoyun ətinin qiymətində 3-4 manat artım olub?

Təəssüf ki, Kənd Təsərrfatı Nazirliyi dünyada ərzaq qiymətlərinin müqayisəli təhlilini aparıb ictimaiyyətə təqdim etsə də, Azərbaycan bazarındakı qiymət bahalığının səbəblərinə toxunmayıb.


İqtisadçı ekspert Vahid Məhərrəmli Statistika Komitəsinin məlumatındakı fərqliliklərə diqqət çəkib.

“Bu məlumatlara əsasən ötən ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə ət istehsalı diri çəkidə 4 min 900 ton, ət idxalı isə təmiz çəkidə 5 min tondan çox artıb. Belə olan halda sual yaranır: necə olur ki, təklif bu qədər artdığı halda, ölkədə ət və ət məhsulları son bir il ərzində davamlı olaraq bahalaşır? Əhalinin alıcılıq qabiliyyəti aşağı olan bir ölkədə bu necə baş verə bilər”, - iqtisadçı sual edir.

Ət sitehsalının azalmasının səbəblərinə gəlincə, Vahid Məhərrəmov düşünür ki, örüş sahələrinin əkinə verilməsi, istiləşmə nəticəsində bir sıra örüşlərin ot örtüyündən məhrum olması və ölkədə ot istehsalının azalması heyvandarlığa mənfi təsir göstərib: "Məhsuldarlıq, heyvanların baş sayı azaldı. Nəticədə ət istehsalı azalır, idxal artır".

Ekspertin sözlərinə görə, artıq ölkədə heyvandarlıq sıradan çıxmaq üzrədir.

"Onsuz da Azərbaycan özünün ətə tələbatının 38-40 faizini daxil istehsal hesabına ödəyirdi, indi bu rəqəm ondan da az olacaq", - o, bildirib.

V.Məhərrəmovun fikrincə, əkinə verilən örüş ərazilərini indi bərpa etmək mümkün deyil: "Heç olmasa, həmin ərazilərdə indi kütləvi yem istehsalı ilə məşğul olmaq lazımdır ki, ölkədə daha çox yem istehsal olunsun. Ölkədə hələ 2008-ci ildə nəzərdə tutulmuşdu ki, 2 milyon 500 min ton qüvvəli yem istehsal olunsun, amma hələ də bu hədəfin 10 faizinə belə çata bilinməyib".

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Yanvar 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri