Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib Qurbanov
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbə onların haqqı idi. Bizdən daha çox qalibiyyəti istəyən fanatlarımız var.
"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda Almaniyanın "Ayntraxt" komandasına 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının meydanda intizamlı mübarizə apardığını bildirib: "Oyunçularım sonadək döyüşdülər. Dünya futbolunda favorit sayılmayan komandalar güclü rəqiblərə qalib gəlir. Buna hər zaman inanıram".
O, rəqibə görə kiçik dəyişikliklər etdiklərini söyləyib: "Nəticəmiz çox gözəldir. Lakin futbolçularımın meydanda sərbəst və istəkli olması məni sevindirdi. Razı qaldığım oyun üslubunu daha da inkişaf etdirdik. Qarşıdakı "Liverpul"la oyuna daha yaxşı çıxacağıq. Futbolçularıma çəkinmədən mübarizə aparmalarını istəyəcəm".
"Qələbə münasibətilə bizi təbrik edən Prezident İlham Əliyevə təşəkkür edirik. Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib" – deyə Qurban Qurbanov vurğulayıb.
Baş məşqçi bu qələbədən sonra çatışmazlıqlar haqqında danışmağın düzgün olmadığını deyib: "Futbolçularımdan razı qaldım. Onlar meydanda döyüşkən mübarizə aparırdılar".
"Zədəli olan Kadi Borges "Liverpul"la oyunda bizə kömək edə bilməyəcək", - deyə çalışdırıcı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 Yanvar 2026 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















