4 ay gecikən maaşlar ödənildi
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının gecikmiş maaşları ödənilib.
Metbuat.az xəbər verir ki, bu barədə Komitənin mətbuat katibi Natiq Axundov məlumat verib. Onun sözlərinə görə, yaranmış problemlər artıq aradan qaldırılıb.
Xatırladaq ki, DGK əməkdaşları oktyabr ayından maaş ala bilmədiklərindən şikayətlənmişdilər.

