Icma.az
close
up
RU
4 cü Təqaüd proqramı qaliblərinin mükafatlandırılması və “Mədən Topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib FOTOLAR

4 cü Təqaüd proqramı qaliblərinin mükafatlandırılması və “Mədən Topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib FOTOLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“AzerGold” QSC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali və peşə təhsil müəssisələrinin tələbələri üçün elan edilən 4-cü Təqaüd proqramı qaliblərinin mükafatlandırılması və “Mədən Topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov təqaüd proqramının növbəti qaliblərini təbrik edərək bu günədək ali təhsil üzrə 38, peşə təhsili üzrə isə 37 tələbənin proqram çərçivəsində qalib olduğunu və QSC-də istehsalat təcrübəsinə cəlb edildiyini qeyd edib.
Təqaüd proqramlarının tələbələrin təhsil həyatında, onların bilik və bacarıqlarının artırılmasındakı rolunu vurğulayan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə də öz növbəsində “AzerGold” QSC-nin timsalında dövlət və özəl sahibkarlıq subyektlərinin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində reallaşdırdığı bu cür təşəbbüslərin milli təhsilin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş məqsədlərə xidmət etdiyini vurğulayıb.
Nazir müavini proqramın qaliblərini təbrik edərək tələbələrə istehsalat təcrübəsi müddətindən maksimum faydalanmağı, peşəkar hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün onlara təqdim olunan bütün imkanlardan yararlanmağı tövsiyə edib.
Qeyd edilib ki, “AzerGold” təqaüd proqramı peşə təhsilinin inkişafına töhfə vermək, müvafiq istiqamət üzrə ixtisaslı mütəxəssislər yetişdirmək və onların əmək bazarına uyğunlaşmasına dəstək olmaq məqsədi daşıyır. Sözügedən təqaüd proqramı 2021-ci ildən təsis edilib və 2024-2025-ci tədris ili üzrə 10 universitet və 2 peşə təhsili müəssisəsinin tələbəsi bu təqaüdə layiq görülüb. Qaliblər tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar. Bununla yanaşı, peşə təhsili tələbələri “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə bu sahədə karyera imkanları əldə etmək şansı da qazanıblar. 
Tədbirdə, həmçinin, “Mədən Topoqrafiyası” dərsliyinin təqdimatı baş tutub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib ki, kitab Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “AzerGold” QSC-nin maliyyə dəstəyi ilə hazırlanıb. Qeyd edilib ki, dərslik türk dilindən Azərbaycan dilinə tərcümə edilib, peşə təhsil müəssisələri üçün 200 tirajla çap edilib. Kitab Daşkəsən, Gədəbəy və Gəncə bölgələrində yerləşən peşə məktəblərinə paylanılıb. Əlavə edilib ki, dərslik mədənçilik sahəsində ixtisaslaşan tələbələr üçün dəyərli bir tədris vəsaiti olacaq.
















 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri