4 ildir sərnişinləri narazı salan PROBLEM “BakıKart”ı doldurmaq üçün xeyli yol getməli, ya da metroya DÜŞMƏLİDİRLƏR
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Bildiyimiz kimi, ötən ildən etibarən bəzi avtobusların Koroğluda dayanacaqları “Piramida” tərəf adlanan ərazidədir.
Qeyd edək ki, bu avtobusların ödənişi isə “BakıKart”ladır. Ancaq sərnişinlərin narazı olduğu məqam budur ki, əgər avtobusların bir qismi bu ərazidə dayanırsa, dayanacaqların ətrafına nə üçün “BakıKart” ödəniş aparatları qoyulmur?
Çünki sərnişin “BakıKart”ına ödəniş etmək istədikdə xeyli məsafə qət edib, yenidən metroya düşməyə məcbur qalır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər:
MÖVZU İLƏ BAĞLI:
Geri qaytarılan gedişhaqqı məbləğləri kart balansından ÇIXILACAQ – RƏSMİ/FOTO
“Bakı Metropoliteninin stansiyalarında “BakıKart” yükləmə aparatları vətəndaşların ixtiyarındadır. Həmçinin, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.
Eyni zamanda, vətəndaşlar “BakıKart”ın internet səhifəsinə daxil olaraq şəxsi kabinetlərində balanslarını onlayn qaydada artıra bilərlər”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, təxminən 4 ilə yaxındır ki, dayanacaqlardan "Bakıkart" aparatları yığışdırılılıb.
Nəzrin Mirzəyeva, Bizim.Media
Baxış sayı:62
Bu xəbər 21 Fevral 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















