4 marşrutun istiqaməti dəyişir Yeni xətt açılır
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 15-dən 4 sayda müntəzəm avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişikliyə əsasən:
– 35 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun mərkəzinə;
– 44 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun Elxan Həsənov küçəsinə;
– 88A nömrəli avtobusların hərəkəti "Bakı Ağ Şəhər"in Mərkəzi Bulvar küçəsinə;
– 120E nömrəli avtobusların hərəkəti isə Afiyəddin Cəlilov küçəsindən keçməklə təşkil edilib.
Eyni zamanda, sərnişin tələbatına uyğun olaraq yeni marşrutların yaradılması istiqamətində də təhlillər aparılıb. Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 20 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Yeni marşrut xətti Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirəcək.

Bakıda 4 marşrutun hərəkəti dəyişir, yeni xətt fəaliyyətə başlayır
13 Dekabr 2024 15:57
Bakıda 57 marşrutun istiqaməti dəyişir, 15 marşrutun fəaliyyəti dayandırılır
09 Noyabr 2024 21:46
Yeni marşrut xətti açılır, 4 marşrutun hərəkət sxemi dəyişdirilir
13 Dekabr 2024 16:01
Bu marşrutun hərəkəti dəyişir
01 Fevral 2025 16:07

