Icma.az
close
up
RU
Qurban Qurbanov: “Mövqeyimizdən narahatıq”

Qurban Qurbanov: “Mövqeyimizdən narahatıq”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XIII turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (4:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı mübarizə apardıq. “Sumqayıt” müdafiə olunmağı bacaran, gözəl futbol nümayiş etdirən kollektivdir. Turlar keçdikcə daha da yaxşı oynayırlar. Fanatlar üçün maraqlı, bol qollu qarşılaşma oldu. Azarkeşlərə təşəkkür edirəm ki, soyuq havada gəlib, bizə dəstək oldular.

– Komandanız 4 oyun sonra qol vurdu. Bunu şərh edərdiniz. 
– Futbolda belə hallar olur. Həvəsdən düşmür, çox çalışırdıq. Futbolçuları son vaxtlar ruhsuz halda görmürəm. İntizamlıdırlar və işlərinə məsuliyyətlə yanaşırlar. Futbolda hər komandanın uğursuz seriyası olur. Bütün rəqiblər istənilən rəqibə qarşı yaxşı, ciddi hazırlaşırlar. Sabah bizi hansı çətinliklər gözləyir, bilmirik. Hər bir halda, qolsuzluq və qələbəsizlik seriyasını pozmaq xoşdur. Bu gün də çoxlu imkanlarımız oldu. Əlbəttə, qol buraxmaq da ağır gəlir. Futbolumuzun keyfiyyəti artıb. Hər maçtda 3-4 qol görmək yaxşı haldır. Bu cür qarşılaşmalar futbola sevgini artırır.

– Musa oyuna daxil olduqdan 4 dəqiqə sonra qol vurdu. Növbəti matçlarda start heyətində olacaq?
– Hər futbolçunun “11-lik”də olmaq ehtimalı çoxdur. Qarşıda sıx qrafik var, həm kubok, həm də liqa oyunları olacaq. Rotasiyalara ehtiyac var. Hər futbolçu çox oynamaq istəyir. Rəqiblərin üslubuna görə heyət qurmağa çalışacağıq.

– Elvin Cəfərquliyevin tam hazır olması üçün nə qədər vaxt lazımdır?
– Yəqin, yanvarda komandaya qoşulacaq. Bərpası pis getmir, bəlkə, dekabrın son oyunlarında meydana çıxa bilər. Zədəsi təhlükəlidir, əməliyyat olunub. Bu səbəbdən ehtiyat edirik. Ancaq ümumilikdə, gedişat pis deyil.

– “Sumqayıt”la kubokda da üz-üzə gələcəksiniz. 
– İki komanda üçün də şərtlər eynidir. Lakin ardıcıl oyunlar olanda narahatlıq yaşana bilər. Kubok fərqli prestijdir. Bəlkə də, ən gözlənilməz nəticələr orada olur. Ciddi olmalı və yaxşı hazırlaşmalıyıq.

– “Neftçi”, “Sabah” və “Turan Tovuz”un sizdən öndə olması narahatlıq yaratmır?
– Əlbəttə, mövqeyimizdən narahatıq. Daha yaxşı yerlərdə ola bilərik. Komandalar avrokuboklara vəsiqə uğrunda ciddi mübarizə aparır. Hər görüşə məsuliyyətlə hazırlaşacağıq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Noyabr 2026 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri