Liqa 1: “Marsel” səfər qələbəsi ilə Fransa çempionatında üçüncü pilləyə yüksəlib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa Liqa 1-in 12-ci turunda “Marsel” futbol komandası səfərdə “Oser”in qonağı olub.
İdman.Biz xəbər verir ki, “Abbe-Deşam” stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün beşinci dəqiqəsində Amin Quiri rəqib qapısına yol taparaq “Marsel”i hesabda önə çıxarıb. İlk hissənin sonlarında “Oser”in müdafiəçisi Aksel Tuanzebe qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Təyin olunan penaltini dəqiq yerinə yetirən İqor Payşan hesabı 2:0-a çatdırıb.
Say üstünlüyünə malik olan “Marsel” fasilədən sonra da təşəbbüsü əlində saxlasa da, hesab dəyişməyib.
Bu qələbə ilə xallarının sayını 21-ə çatdıran “Marsel” top fərqinə görə “Brest” və “Lill”i qabaqlayaraq üçüncü pilləyə yüksəlib.
Turnir cədvəlinə 29 xalla PSJ başçılıq edir. “Paris” isə 23 xalla ikinci sıradadır.
Baxış sayı:94
Bu xəbər 29 Noyabr 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















