Icma.az
close
up
RU
40 dərəcə istidən belə qoruyur VACİB AÇIQLAMA

40 dərəcə istidən belə qoruyur VACİB AÇIQLAMA

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Bakıda son günlərdə temperatur 40 dərəcəni ötüb, küçəyə çıxmaq belə çətinləşib. Belə havalarda təkcə günəşdən qorunmaq deyil, düzgün qidalanmaq da çox vacibdir. Çünki orqanizm istiyə qarşı yalnız maye ilə deyil, qidalanma rejimi ilə də mübarizə aparır. Bəzi məhsullar bədəni daha da susuzlaşdırır, bəzi qidalar isə istiliyin təsirini ağırlaşdırır.

Bəs bu isti havalarda nələri yemək olar, nələri isə uzaq tutmaq lazımdır?

Suallara aydınlıq gətirən qida eksperti Fərid Səfərov “Yeni Sabah”a bu barədə açıqlama verib. Bildirib ki, çox isti havalarda bədəni yükləməyən, yüngül, su və elektrolitlərlə zəngin qidalar seçilməlidir: pizza hut

“Səhər üçün bu qidaları tövsiyə etmək olar.

- Yulaf (suyla və ya qatıqla). Uzunmüddətli toxluq verir, enerjini tədricən sərbəst buraxır.

- Meyvələr(xüsusilə qarpız, yemiş, alma, armud). Su və liflə zəngindir, orqanizmi nəmləndirir.

- Suda bişmiş yumurta. Yüngül zülal mənbəyidir, həzmi asandır.

- Təzə göyərtilər (şüyüd, cəfəri, reyhan). İltihabəleyhinə təsir göstərir, tərləmə ilə itirilən vitaminləri təmin edir.

- Təbii qatıq və ya kefir. Bağırsaq mikroflorasını dəstəkləyir, susuzluğun qarşısını alır.

Ekspert günorta üçün tövsiyə olunan qidaları da sadalayıb:

“Soyuq tərəvəz salatları (pomidor, xiyar, kahı, zeytun yağı ilə). Yüngüldür, bədəni yükləmir, elektrolit balansını qoruyur.

Qaynadılmış və ya buxarda bişmiş toyuq əti və ya balıq. Yüngül zülal mənbəyidir, bədəni gücləndirir.

Qatıqdan hazırlanmış içkilər (ayran). Orqanizmi sərinlədir, tərləmə ilə itən duzları bərpa edir.

Qara və ya yaşıl mərcimək salatı. Bitki mənşəli zülal və liflə zəngindir.

Tam buğda çörəyi və ya bulqur. Karbohidrat mənbəyidir, enerjini tədricən verir.

Axşam üçün tövsiyə olunan qidalar isə aşağıdakılardır:

- Tərəvəz şorbası (az yağlı və ilıq). Həm maye, həm də vitamin verir, axşam üçün yüngül seçimdir.

- Qaynadılmış tərəvəzlər (kabaq, brokkoli, gül kələm). Asan həzm olunur, şişkinlik yaratmır.

- Bir ovuc badam və ya qoz. Sağlam yağlarla zəngindir, toxluq hissi verir.

- Təbii qatıq və ya kefir. Axşam bağırsaqların fəaliyyəti üçün faydalıdır.

- Banan və ya çiyələk kimi yüngül meyvələr. Yuxunu dəstəkləyən təbii şəkərlər və kalium verir”.

F.Səfərov bu qidalardan uzaq durmağı tövsiyə edib:

- Qızartmalar, yağlı yeməklər.

- Şirin qazlı içkilər.

- Həddindən artıq ədviyyatlı yeməklər.

- Konservləşdirilmiş məhsullar.

- Ağ çörək və şirniyyatlar.

- Qəhvə və qara çay (həddindən artıq).

İstiyə qarşı bədənə yük salmamaq üçün az-az, tez-tez və yüngül yemək prinsipi ilə qidalanmaq ən doğrusudur”.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyul 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri