Rum mətbuatından diqqətçəkən etiraf: Avropanın Türkiyəyə ehtiyacı var
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Cənubi Kipr Rum Administrasiyasının (GKRY) mətbuatında yayımlanan təhlildə Türkiyənin Avropa üçün ticarət, müdafiə sənayesi və təhlükəsizlik sahələrində mühüm tərəfdaş olduğu bildirilib.
Sherg.az xəbər verir ki, “AlphaNews”də dərc olunan təhlildə Türkiyənin Avropa üçün artan strateji əhəmiyyətinə diqqət çəkilib. Yazıda Türkiyə ilə Avropa İttifaqı arasındakı mal ticarətinin 2025-ci ildə 217 milyard avroya çatdığı, Almaniya ilə Türkiyə arasındakı ticarət dövriyyəsinin isə təxminən 52 milyard dollar olduğu qeyd edilib.
Təhlildə “Leonardo” və “Baykar” şirkətləri arasında əməkdaşlıq, İspaniyanın Türkiyədən 30 HÜRJET təlim təyyarəsi almaq barədə razılaşması, həmçinin Fransa ilə Türkiyənin təhlükəsizlik sahəsindəki ortaq maraqları Avropanın Ankara ilə əməkdaşlığının nümunələri kimi göstərilib.
Yazıda Cənubi Kipr Rum Administrasiyasının Türkiyə-Aİ Gömrük İttifaqının yenilənməsini Kipr danışıqlarının bərpası şərtinə bağlamaq cəhdləri də təhlil olunub. Bildirilib ki, Türkiyə bu yanaşmanı qəbul etmir və Rum tərəfinin hazırkı strategiyası diplomatik təşəbbüsü Türkiyəyə buraxa bilər.
Təhlildə qeyd olunub ki, mövcud yanaşmanın davam etməsi zamanın Rum tərəfinin əleyhinə işləməsinə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 29 Noyabr 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















