Icma.az
close
up
RU
5 günə siqaretdən imtina. HƏKİM TÖVSİYƏLƏRİ

5 günə siqaretdən imtina. HƏKİM TÖVSİYƏLƏRİ

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Siqaret çəkmək çox zərərli vərdişlərdən biridir və hər il onun törətdiyi xəstəliklər səbəbindən hər il dünyada təxminən 5,4 milyon nəfər həyatını itirir.

İldən-ilə onun qurbanlarının sayı artır. Siqaret çəkmək orqanizmdə 20 növ xərçəng xəstəliyinə və miokard infarktına səbəb olur. Təəssüf ki, ondan yaxa qurtarmaq heç də asan olmur.

Siqaret çəkən hər kəsi narahat edən bir sual var: qısa müddətdə və əziyyətsiz siqaretdən necə imtina etmək olar? Təbii ki, buna fərdi yanaşmaq lazımdır və hər bir siqaret çəkənə uyğun metod tətbiq olunmalıdır.

5 günə siqaretdən imtina

Amerika mütəxəssislərinin hazırladıqları üsul gənc astronavtlar üçün nəzərdə tutulub.

1-ci gün. Səhər həmişəkindən yarım saat tez qalxaraq duş qəbul edilir və 2-3 stəkan su içilir. Səhər yeməyi zamanı meyvə yeyilir və ya təzə sıxılmış meyvə şirəsi içilir. Daha sonra 2-3 dəfə dərindən nəfəs alınır və hər dəfə siqaret çəkməyə həvəs yarananda su və ya təbii şirə içilir. Hər maye qəbulundan sonra dərindən nəfəs alınır. Siqaret çəkənlərdən uzaqlaşmaq tövsiyə olunur.

Günorta yeməyində şorba və tərəvəzlərdən bişirilmiş yemək yeyilir, mütləq şirə içilir. Yeməkdən sonra yarım saat təmiz havaya çıxılır.

Axşam yüngül yeyilir. Boş dayanmamaq, gün ərzində hər hansı bir işlə məşqul olmaq lazımdır, yumşaq divanda oturmaq və alkoqol qəbul etmək məsləhət deyil.

2-ci gün. Səhər acqarına 2-3 stəkan su içilir, tənəffüs hərəkətləri edilir, yenə təzə meyvələr və ya şirə ilə səhər yeməyi yeyilir. Sonra bir qədər təmiz havaya çıxılır və ya imkan daxilində işə piyada gedilir.

Birinci gün təklif olunan rejim təkrar edilir. Siqaret çəkmə istəyi su və ya şirə ilə yatırılır.

3-cü və 4-cü günlər. Eyni rejim tutulur. Bu günlərdə siqaret çəkən onu atmaq üçün iradəsinin gücləndiyini hiss edir.

5-ci gün. Siqaret çəkmək həvəsi itir, əldə edilən nəticəyə görə məmnunluq və qürur hissi yaranır.

Alman mütəxəssislərin məsləhətləri:

- Filtrli siqaret çəkmək.

- Hər dəfə fərqli markalarda siqaret almaq.

- Bir dəfəyə yalnız bir qutu siqaret almaq.

- Siqareti götürdükdən sonra qutunu gizlətmək.

- Siqaret çəkmək təkliflərini qəbul etməmək, heç kimə siqaret təklif etməmək.

- Üstündə kibrit və ya alışqan gəzdirməmək.

- Siqareti göz qabağından uzaq qoymaq.

- Siqaret çəkəndən sonra külqabını gizlətmək.

- Siqareti ilk tüstüdən sonra söndürməyi bacarmaq.

- Hər tüstüdən sonra siqareti külqabına qoymaq.

- Saatda bir ədəddən artıq siqaret çəkməmək.

- İlk siqareti səhər yeməyindən sonra çəkmək.

- Çəkilən siqaretlər arasındakı vaxtı uzatmağa çalışmaq.

- Ay ərzində qənaət edilən pulun miqdarını hesablamaq.

Siqaretdən imtina etməyə kömək edən təbii vasitələr

- Ananas çox dadlı meyvə olmaqla yanaşı siqareti tərgitməyə kömək edir. Onun həm təzə meyvəsi, həm də qurudulmuş şəkərsiz dilimlərindən istifadə etmək olar.

- Siqaret çəkənlərin balıq və dəniz məhsullarından bol istifadə etməsi qətranın və onun yanma məhsullarının orqanizmə, xüsusən də ürək-damar sisteminə vurduğu ziyanı azaldır. Bu, balığın tərkibində ateroskleroz və yüksək laxtalanma əleyhinə təsir göstərən doymamış turşuların olması ilə əlaqədardır.

- Siqaret çəkmək istəyini boğmaq üçün kəcəvər və ya atpıtrağı kökü çeynənilməsi tövsiyə olunur, bu zaman qusma refleksi yaradır və növbəti dəfə siqaret çəkəndə ürəkbulanma baş verir.

- Meşə gilasının budağı çeynənildikdən sonra siqaret çəkilməsi ağızda xoşagəlməz acı dad yaradır və siqaretə qarşı ikrah hissi əmələ gəlir.

- Kəcəvər kökü ilə istiotlu nanə yarpağı 1:2 nisbətində qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 2 saat dəmlənir. Hər dəfə siqaret çəkmək istəyi yarananda ağız həmin dəmləmə ilə yaxalanır.

- 2 litr qaynar suya 100 qram yuyulmuş vələmir dəni tökülür, 4 saat dəmləndikdən sonra ocağa qoyulur və 1 saat dəmlənir, süzüldükdən sonra zövqə görə şəkər əlavə edilir. Bişirmə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl və ya sonra 100 ml içilir.

- Hərəsindən 1 hissə xırdalanmış istiotlu nanə və su yoncası yarpaqları 2 hissə pişikotu kökləri ilə qarışdırılır, qarışıqdan 2-3 xörək qaşığı yarım litr qaynar suda 1 saat dəmlənir. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/2 stəkan qəbul edilir.

- Siqaretin orqanizmə toksiki təsirini azaltmaq üçün antioksidant təsirli Antixol çayının, bronx və ağciyərləri təmizləmək, bəlğəm və öskürəyi aradan qaldırmaq üçün isə Tebronx çayının qəbulu məsləhətdir.

- Hərəsindən 2  hissə qaraqınıq otu və istiotlu nanə yarpaqlarına 1 hissə qara qarağat yarpaqları qarışdırılır. 3 xörək qaşığı qarışıq yarım litr qaynar suda 30 dəqiqə dəmlənir və hər dəfə siqaret çəkmək istəyi yarananda ağız boşluğu dəmləmə ilə yaxalanır. Dəmləməni içmək də olar.

- 100 qram moruq çiçəkləri üzərinə yarım litr 40 faizli spirt əlavə olunur, 10 gün dəmləndikdən sonra süzülür, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.

Təcrübə

Məşhur rus professoru Aleksandr Filatov öz təcrübəsində siqaretdən imtina üçün belə bir üsuldan istifadə edib: 1 xörək qaşığı evkalipt yarpaqları üzərinə yarım litr qaynar su tökülür, 1 saat dəmlənir, dəmləməyə 1 xörək qaşığı qliserin və 1 xörək qaşığı təbii bal əlavə olunur. Gündə 7 dəfə 1/4 stəkan içilir. Müalicə 1 ay müddətində aparılır.

Mənbə: Herba Flora jurnalı

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri