Icma.az
close
up
RU
5 manatlıq yolu 435 manata aparan taksi sürücüsü saxlanıldı

5 manatlıq yolu 435 manata aparan taksi sürücüsü saxlanıldı

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir “Bolt” sürücüsü barədə məhkəmə qərar verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Xalid Məmmədovun (şərti ad) Cinayət Məcəlləsinin 177.2.3-1-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Ucar rayon sakini Xalid Məmmədov təxminən 5 ay əvvəl “Bolt” platformasında sürücü kimi fəaliyyətə başlayıb. O, 50 yaşlı Firuzə (şərti ad) adlı müştərini Xətai rayonu, “Viktoriya” restoranının yaxınlığından götürərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsinə aparıb. Sifarişin dəyəri cəmi 5 manat olub.

Səfər zamanı qadın sürücüyə nəğd pulu olmadığını, ödənişi kartla həyata keçirəcəyini bildirib. Bu fürsətdən istifadə edən sürücü qadının kart məlumatlarını əldə edərək, “Mosbet” mərc oyun platformasında qeydiyyatdan keçib. Daha sonra həmin kartdan ümumilikdə 435 manat vəsaiti öz hesabına köçürərək, məbləği mərc oyunlarında xərcləyib.

Firuzə dərhal sürücüyə zəng edərək pulu geri qaytarmasını tələb edib. Lakin sürücü ona “səhv nömrəyə zəng etdiyini” deyərək vəziyyətdən yayınmağa çalışıb. Qadın daha sonra bankla əlaqə saxlayaraq kart hesabını bağlatdırıb və Daxili İşlər Nazirliyinin 102 Çağrı Mərkəzinə zəng edərək hadisə barədə məlumat verib. Sürücü qısa müddət sonra saxlanılıb.

Məhkəmənin qərarına əsasən, Xalid Məmmədova 2 günlük həbs müddəti nəzərə alınmaqla 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilib. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, bir müddət əvvəl də bənzər hadisə baş vermişdi. Belə ki, bir nəfər Nizami küçəsindən (Tarqovı) Nəsimi rayonuna getmək üçün ayıq sürücü çağırmış, lakin sürücü içkili müştərinin kartından 7 manatlıq ödəniş əvəzinə 700 manat çəkmişdi. Həmin şəxs də məhkəmə qərarı ilə 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri