Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

52 ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

52 ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Berlin, 27 sentyabr, AZƏRTAC

Almaniya paytaxtında 52-ci BMW Berlin Marafonu keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük marafonlarından biri olan bu yarışda 56 min 187 iştirakçı qeydiyyatdan keçib. Skeyt, əl velosipedi (handbike) və əlil arabası yarışlarının iştirakçıları ilə birlikdə həftəsonu tədbirlərinə qatılanların ümumi sayı 84 minə çatıb.

Marafonun beynəlxalq miqyası xüsusilə diqqət çəkib. Yarışda 162 ölkədən iştirakçı mübarizə aparıb. Ən böyük qrup 21 min 532 nəfərlə Almaniyadan olub. Marafona ABŞ-dən 7691, Böyük Britaniyadan 3264, Braziliyadan 1888 nəfər qeydiyyatdan keçib. Təkcə Berlindən 11 minə yaxın sakin marafona qatılıb. İştirakçılar arasında həmyerlimiz 67 yaşlı həkim Namiq Nadirov da olub. Yarış əsasən elit qaçışçıların iştirakı ilə start götürüb. Digər iştirakçılar isə mərhələli şəkildə yürüşə başlayıblar.

Marafonun qalibi efiopiyalı Quye Adola olub. O, yarışı 2 saat 2 dəqiqə 50 saniyəyə başa vurub. İkinci dəfə qalib gələn idmançı şəxsi rekordunu yeniləyərək Berlin Marafonunda 13-cü ən yaxşı nəticəni göstərib. Onun həmyerlisi Dida Diriba (2:03:19) ikinci, tanzaniyalı Cerald Geay üçüncü olub (2:03:59).

Qadınların yarışında ilk üç yeri efiopiyalı idmançılar tutublar. Assefa Tiqst (2:11:04) marafonun qızıl medalını qazanıb. Bedatu Hirpa (2:16:53) ikinci, Dera Dida (2:16:55) üçüncü olub.

Həmyerlimiz Namiq Nadirov AZƏRTAC-a müsahibəsində bundan əvvəl müxtəlif şəhərlərdə, o cümlədən Bakıda altı marafonda iştirak etdiyini bildirib. Berlin Marafonunun digər şəhərlərdəki yarışlardan fərqləndiyini vurğulayan N.Nadirov deyib: “Berlin Marafonunun üstünlüyü ondadır ki, burada həm iştirakçı çoxdur, hem də şəhərdəki ab-hava və insanların dəstəyi idmançıya çox yaxşı təsir edir. Burada öz şəxsi rekordumu təzələdim. Əvvəlki yarışlarda həmişə hansısa bir maneə enişlər, yoxuşlar və ya yağış olurdu. Berlində isə həm hava şəraiti, həm də marşrut çox uğurlu idi. Qırx iki kilometrlik məsafə boyunca tamaşaçıların fasiləsiz dəstəyi var idi”.

Yarışın keçirildiyi tarixin xüsusi məna kəsb etdiyini vurğulayan N.Nadirov 162 ölkə arasında Azərbaycanı təmsil etməkdən sonsuz qürur duyduğunu bildirib: “Bu, böyük qürur hissidir. Bu gün 27 Sentyabe - şəhidlərimizin Anım Günüdür. Bu tarix insana xüsusi məsuliyyət yükləyir. Dünyanın müxtəlif ölkələrindən gələn 60 minədək iştirakçı arasında bəlkə də mənim yaşımda tək azərbaycanlı idim. Finişə iki kilometr qalmış Azərbaycan Bayrağını başım üzərinə qaldıranda azarkeşlərin arasından həmyerlilərimizin “Azərbaycan, Azərbaycan” nidalarını eşidirdim. Ölkəmizi, xüsusilə belə anlamlı bir gündə şəxsi rekordla təmsil etmək mənim üçün əvəzsiz duyğudur”.

Altmış yeddi yaşlı həkim gənclərə həmişə idmanma məşğul olmağı tövsiyə etdiyini bildirərək deyib: “Qaçmaq çox asan idman növüdür və bunun üçün əlavə heç nə lazım deyil. Bir vaxtlar Bakıda qaçan insanlara az rast gəlmək olardı. Amma indi həyat dəyişib. Bakı bulvarında idmançılar qaçırlar. Bakı Marafon Klubu yaradılıb, Bakıda marafon yarışları keçirilir. Yəni, idmana cavan yaşda başlamaq daha çox lazımdır. Düzdür, 60 yaşında başlamaq da gec deyil, lakin cavan yaşda başlayanda sağlamlıq, necə deyərlər, öz yerində qalır. Ümumiyyətlə, hər hansı idmanla məşğul olmaq çox faydalıdır. Çünki insanın xoşbəxtliyinin bünövrəsi onun cansağlığıdır. Xəstəliyi olan şəxs xoşbəxt ola bilməz. Mən də həmişə gənclərə sağlamlıqlarına fikir verməyi, idmanla məşğul olmağı tövsiyə edirəm”.

Qeyd edək ki, Berlin Marafonu təkcə 42,195 kilometrlik qaçışla məhdudlaşmayıb. Proqramda uşaqlar və yeniyetmələr üçün yarışlar da yer alıb. Təxminən 10 min gənc iştirakçının qatıldığı 4,2 kilometrlik mini-marafonla yanaşı, 10 yaşadək uşaqlar üçün yarış da təşkil olunub.

Marafon berlinlilər tərəfindən böyük maraqla qarşılanıb. Təşkilatçı şirkətin məlumatına görə, paytaxt küçələrində marşrut boyu 1,2 milyon nəfər yarışı izləyib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri