Lehinə və əleyhinə ən çox penalti verilən komandalar onlar oldular
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu mövsüm Türkiyə Superliqasının ilk 17 turunda lehinə və əleyhinə ən çox penalti verilən komandaların siyahısı açıqlanıb.
QOL.az-ın "Anadolu" agentliyinə istinadən yaydığı xəbərə görə, mövsümün birinci hissəsində hakimlər 57 dəfə penalti təyin ediblər. Bunlardan 44-ü qol olub, 13 vəziyyətdən isə istifadə olunmayıb. Liqada yarışan 19 komandanın hər biri ən az 1 dəfə penalti vurub.
Lehinə ən çox penalti verilən komandalar "Samsunspor", "Adana Demirspor", "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor" olub. Onlar hər biri 5 dəfə 11 metrlik cərimə zərbəsindən istifadə ediblər.
"Trabzonspor"lu Simon Banza və "Beşiktaş"lı Ciro İmmobile yüzfaizli nəticə göstəriblər: vurduqları 5 penaltinin hamısını qola çeviriblər.
Əleyhinə ən çox penalti verilən komanda isə "Kasımpaşa" olub - 8 dəfə. Zərbələrdən 5-i qolla nəticələnib. Bu göstəricidə sonrakı yerləri "Konyaspor" (7), "Qalatasaray" və "Hatayspor" (hərəyə 6 dəfə) tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















