Icma.az
close
up
RU
“52 min kompensasiya verilir, heç birotaqlı həyət evi də ala bilmərəm” Video

“52 min kompensasiya verilir, heç birotaqlı həyət evi də ala bilmərəm” Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Xətai rayonu Oksigen küçəsi ev 1 ünvanında yaşı 135-dən çox olan bina qəzalı vəziyyətdə olduğu üçün söküntüsü planlaşdırılır. Lakin vətəndaşlar kompensasiya ilə razılaşmır.

“Qafqazinfo” xəbər verir ki, İctimai TV sözügedən ərazidən süjet hazırlayıb.

Sakinlərin sözlərinə görə, həmin kompensasiyaya heç yerdən ev tapmaq olmur: “Evimin sahəsi 34,8 kvadratdı, 52 200 manat pul düşür. Mən bu məbləğə heç ətrafımda birotaqlı həyət evi də ala bilmərəm. İstəyim odur ki, kompensasiyanı artırsınlar. Gəlib kvadratıma uyğun pul versinlər”.

Digər bir şikayətçi isə evinin 60 kvadrata yaxın olduğunu, 90 min manat kompensasiya verildiyini söyləyib: “Ancaq bu pulla ev almaq mümkün deyil. Bizə normal, bazar qiymətinə uyğun kompensasiya verilsin, biz də çıxaq. Burada sadəcə 5-6 ailə razılaşaraq köçüb. Buna səbəb isə onların kənarda evlərinin olmasıdır”.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, təklif olunan məbləğlə yalnız 8 ailə razılaşıb, köçüb: “Qiymətləndirmə prosesi RİH tərəfindən aparılmır. Bunun üçün müvafiq qurumlar var. Onlar ərazi üzrə baxış keçirir, hansı qiymət lazımdırsa, onu vətəndaşlara təklif edirlər. Narazı olan şəxslər məhkəməyə və müvafiq qurumlara müraciət edə bilərlər”.

Başqa bir ərazidə də söküntüsü planlaşdırılan binanın vətəndaşları eyni problemdən şikayətçidirlər. Belə ki, Binəqədi rayonu Ağa Nemətulla 13 küçəsində də sakinlər verilən kompensasiya ilə razılaşmayıblar. Onlar təklif edilən məbləğlə ev ala bilməyəcəklərini bildiriblər.

Daha ətraflı videomaterialda: 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri