Icma.az
close
up
RU
525 ci qəzet Aİ nin müşahidə missiyası: sülh prosesinə əsas maneə

525 ci qəzet Aİ nin müşahidə missiyası: sülh prosesinə əsas maneə

Icma.az, 525.az saytına istinadən bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyətini daha iki il uzatması bölgədə onsuz da kövrək olan sülhə, sabitliyə ciddi təhdiddir. Rəsmi Bakı dəfələrlə bu missiya ilə bağlı öz mövqeyini açıqlayıb və onun regionda təhlükəsizliyə təhdid yaratmaqla yanaşı, Azərbaycanın maraqlarına uyğun olmadığını bəyan edib.

Ermənistanla Azərbaycan arasında sülh sazişi hələ imzalanmayıb və razılığa gəlinməyən bəndlərdən biri də məhz sərhəddə üçüncü qüvvənin olmaması ilə bağlıdır. Azərbaycan qəti şəkildə Aİ missiyasının əleyhinədir. Rəsmi bəyanatlarda bu missiyanın məqsədinin "sərhəd insidentlərinin qarşısını almaq" olduğu iddia edilsə də, reallıq tam fərqlidir. Birincisi, həmin missiya öz mandatına uyğun olmayan fəaliyyətlə məşğuldur, missiyanın nümayəndələri Ermənistanla Azərbaycan arasında müvəqqəti şərti sərhəddə təxribat xarakterli səfərlər edərək, regionda hərbi-siyasi sabitliyi təhdid altında saxlamağa çalışır, Azərbaycan əleyhinə iş aparır, kəşfiyyat məlumatları toplayır, bununla da hərbiləşmiş struktura çevrilir və daimi əsaslarla Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir ki, bu da sülhə zərbə vurur.

Ümumiyyətlə, bu missiyanın fəaliyyətinə heç bir ehtiyac yoxdur, amma regionda sülh istəməyən, eskalasiya yaratmağa çalışan qüvvələr bu hərbiləşmiş strukturu saxlamağa çalışırlar. Təəssüf ki, hər zaman xarici qüvvələrin əlində vasitə olan Ermənistan özü də Bakının tələblərinə baxmayaraq, bu missiyanın çıxarılması üçün addım atmadı.

Milli Məclisin deputatı Azər Allahverənov mövzu ilə bağlı "525"ə deyib ki, Aİ-nin bu missiyası Ermənistanla şərti sərhəddə fəaliyyətə başlayan zaman ilkin mərhələdə missiyada 40 nəfərin olmasından söhbət gedirdi. Hətta Azərbaycan bununla bağlı özünün loyallığını da göstərmiş oldu: "Yəni tam olaraq onun əleyhinə çıxmadı. Məsələn, belə bir fikir də formalaşdı ki, əgər Ermənistan öz ərazisində bir missiyanın mövcudluğunu istəyirsə, bu onun daxili işidir. Təki bu ümumi prosesə xələl gətirməsin. Yəni bu proses belə başlamışdı. Amma iki ay fəaliyyət göstərməli olan missiyanın müddəti uzadıldı, say tərkibi artırıldı. Nəticə etibarilə say 209-a çatdırıldı, onun da 165-i xarici ölkələrin nümayəndələridir. İstənilən halda, sonrakı mərhələdə diqqət yetirildi ki, missiyada təmsil olunan şəxslər xüsusilə də Fransanın və digər ölkələrin xüsusi xidmət orqanlarında çalışmış insanlardır, hətta onların içərisidə keçmiş generallar da var. Halbuki biz bilirik ki, keçmiş general olmur. Eyni zamanda, mənsub olduğu xüsusi xidmət orqanında ömrünün sonuna kimi fəaliyyətini davam etdirir. Bu şəxslərin missiyada təmsil olunması o deməkdir ki, heç də Avropa İttifaqının mülki missiya adlandırdığı təsisatı bilavasitə ümumi sülh prosesinə töhfə verəcək tərzdə yox, daha uzağa gedəcək perspektivə hesablanmış planları var ki, bu planlar bilavasitə Avropa İttifaqı Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyir. Onsuz da Aİ ilə Azərbaycan münasibətləri, Aİ-Gürcüstan münasibətlərinin nə yerdə olduğunu bilirik. Bu zəncirin içərisində ən zəif olan halqa məhz Ermənistandır. Onlar Ermənistan üzərindən Cənubi Qafqazda gedən proseslərə müdaxilə etmək istəyirlər. Əsas hədəf də buradan, Ermənistandan Rusiyanı çıxarmaqdır. Çünki Aİ-nin həmin missiyasının fəaliyyətinə nəzər saldıqda görürük ki, bu fəaliyyət tək iki dövlət arasında şərti sərhəddə yox, - halbuki biz bilirik ki, onlar iki dövlət arasında şərti sərhəddə delimitasiya və demarkasiya olunması prosesinə öz töhfələrini verməli idilər, - amma görürük ki, missiya hansısa ərazidə müşahidə aparır, səhəri gün orda bir təxribat baş verir. Bu onu göstərir ki, artıq onlar hansısa bir formada Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərini nəzarətdə saxlamağa çalışırlar. Bəlkə də ola bilsin nəbzi öyrənirlər".

Deputat deyib ki, görünən odur ki, burda pərdəarxası digər proseslər gedir və bu proseslərin də əsas qayəsi özünü məhz hərbi müstəvidə baş verə biləcək işlər şəklində göstərir: "Üstəgəl, Aİ-nin Sülh Fondu vasitəsilə Ermənistana yardım göstərilməsi, Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi. Bu da artıq bir çox məsələlərdən xəbər verir. Görünən budur ki, Aİ, Brüssel hər vəchlə çalışır ki, Ermənistanda öz mövqelərini gücləndirsin. Ermənistanda marağı olan digər aktorları regiondan çıxarılmasına nail olsun. Hərbi sahədə Ermənistana əməkdaşlıq təklif etmək, bunu təşviq etmək, buna rəvac verəcək hansısa strategiyanın həyata keçirilməsi Ermənistanın siyasi hakimiyyətinin maraqlarına cavab verir. Aİ bunu çox gözəl bilir. Amma Aİ-nin mövqeyinə nəzər saldıqda görürük ki, burda daha çox diversifikasiya və digər məsələləri dilə gətirirlər. Məsələn, enerji təhlükəsizliyi məsələlərində Azərbaycanla əməkdaşlıq edirlər və s. Amma pərdəarxası Ermənistanda müəyyən revanşist qüvvələri bir qədər də ilhamlandırmağa hesablanmış bir fəaliyyət görürük. Ermənistanın siyasi hakimiyyətini bu və ya digər formada dəstək verməklə təsir etmək imkanlarını bir qədər də artırmış olurlar. Təbii ki, bu tipli yanaşmalar Cənubi Qafqazda, xüsusilə Azərbaycanla Ermənistan arasında sülh prosesinin daha müsbət nəticələrlə yekunlaşmasına xidmət etmir. Faktiki olaraq bu gün Ermənistanın nümayiş etdirdiyi müəyyən destruktiv mövqe bilavasitə həm də Aİ-nin bu prosesdə Ermənistanın maraqlarına cavab verə biləcək bir siyasətin yürüdülməsi ilə şərtlənir ki, bundan çıxış edərək əminliklə deyə bilərik ki, Aİ-nin bu kimi fəaliyyəti sülh prosesinə birbaşa olaraq maneəçilik törədir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli isə "525"ə Aİ missiyasının müddətinin uzadılmasının sülh prosesinə birmənalı mənfi təsir göstərəcəyini deyib: "Çünki bilirsiniz ki, sülh müqaviləsi layihəsi ilə bağlı Ermənistanla razılığa gəlinməyən iki maddə var. Biz Ermənistan-Azərbaycan sərhədində üçüncü qüvvənin mövcudluğunu qəbul etmirik. Hesab edirik ki, onların mövcudluğu yumşaq desək, sülhə xidmət etmir. Amma belə görünür ki, bizim bu mövqeyimiz nə Aİ tərəfindən, nə də Ermənistan tərəfindən nəzərə alınır. Əlbəttə ki, belə olan halda danışıqlar prosesinə  neqativ təsir göstərə bilər. Ümumiyyətlə, Aİ-nin müşahidə missiyasının fəaliyyətinə nəzər saldıqda görürük ki, onlar üzərlərinə götürdükləri missiyanı yerinə yetirə bilmirlər. Belə olan halda fəaliyyətin davam etdirilməsi nə dərəcədə məntiqə uyğundur. Bu sülh sazişinin imzalanmasında maneədir".

Ekspert əlavə edib ki, prinsipial olaraq Azərbaycan mövqeyini bildirib: "Biz şərti sərhəddə üçüncü tərəfi qəbul etmirik. Belə olan halda Ermənistanın istəyi, razılığı ilə Aİ-nin belə qərar qəbul etməsi onsuz da kövrək olan danışıqlar prosesinə mənfi təsir edir".

Ai-nin bu məsələdə marağının nə olduğuna gəlincə, M.Məmmədli deyib ki, Aİ-nin aparıcı dövlətləri var və onlardan biri Fransadır: "Təəssüf ki, Fransa bir çox hallarda öz siyasi məqsədlərini həyata keçirmək üçün alət kimi Aİ-dən də istifadə edir. Məqsəd ilk növbədə regionda möhkəmlənmək, marqların təmin etməkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Fevral 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1222

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see189

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see147

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see126

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see123

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see116

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see110

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri