Icma.az
close
up
RU
Menu

Naməlum obyekt Saturna çırpılır...

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

JLonun konsert üçün tələbləri məlum olub

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

“İstəyirəm, Polad Həşimovun Xatirə muzeyi yaradılsın”

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

Milli Çinə rəqib oldu

Yamal 18 yaşını harada qeyd edəcək?

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

“Sabah”ın Avroliqa macərası deyəsən, elə indidən bitir Gələnin, gedənin yanında bizi biabır eləməsəniz, olmaz?

Almaniyada komediya aktyoru Trampa görə məhkəməyə çağırıldı

525 ci qəzet Azərbaycan beynəlxalq məhkəməyə hazırlaşır

525 ci qəzet Azərbaycan beynəlxalq məhkəməyə hazırlaşır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Məlum olduğu kimi, Qazaxıstanın Nəqliyyat Nazirliyi ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer-190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəblərinə dair ilkin hesabat açıqlayıb. Hesabatdan bir daha aydın olur ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. Qeyd olunub ki, hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

Təyyarənin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib. Təyyarənin qalıqlarının kor zədələrində olan, hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib.

Hesabatda bildirilir ki, 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir. Göründüyü kimi, Azərbaycan təyyarəsinə Qroznı üzərində atəşə açıldıqdan 8 dəqiqə sonra əlaqələndirici dispetçer “Ковер” əməliyyatı barədə məlumat verib. Deməli, təyyarə ekipajının bu əməliyyatdan xəbəri ola bilməzdi. İlkin hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.

Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar hesabatın mətnində verilib.

İlkin hesabat sərnişin təyyarəsinin vurulması ilə bağlı faktları bir daha ortaya qoyur. Yeri gəlmişkən, "Reuters" agentliyi qəzaya uğrayan AZAL təyyarəsinin Rusiyanın "Pantsir-S" raketi ilə vurulduğu barədə məlumat yayıb. Azərbaycan hökumətindəki mənbə agentliyə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub: "Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var". 

Təyyarənin vurulması ilə bağlı faktlar ilk günlərdən məlum idi, lakin rəsmi Bakı araşdırmanın nəticəsini gözlədi.

Prezident İlham Əliyev müsahibəsində bildirmişdi ki, ilkin versiyalar kifayət qədər əsaslıdır, faktlara söykənir, amma son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq: “Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi”.

Azərbaycan məsələnin tam və şəffaf araşdırılması üçün Rusiyanın təklif etdiyi Dövlətlərarası Aviasiya Komitəsindən imtina etdi. Prezident bəyan etdi ki, bu qurumun başında Rusiya vətəndaşları dayanır və obyektivlik amilləri tam təmin edilməyə bilərdi.

“Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır. Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək”, - dövlət başçısı bildirib.

Artıq bir çox məsələlərə aydınlıq gətirilib, amma təəssüf ki, Rusiya hələ də məsuliyyətdən yayınmaqda davam edir. Hesabat açıqlanandan sonra bu ölkənin müvafiq qurumları, o cümlədən “Rosaviasia” əsassız açıqlamalarla çıxış edib. Rusiya mətbuatı da Azərbaycan əleyhinə kampaniya aparır.

Görünən budur ki, Rusiya tərəfi məsələni ört-basdır etməyə, məsuliyyətdən qaçmağa çalışır. Əks halda, vaxtında üzərinə düşən öhdəliklərə əməl edərdi. Moskva “Malayziya Boing-2” vəziyyətini təkrarlamaq istəyir. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva hələ də məsuliyyəti öz üzərinə götürməyib və əsassız yerə Ukraynanı günahlandırır.

Azərbaycanın bu məsələdə qətiyyətli, prinsipial mövqeyi ilk gündən ortadadır. Atəş əmri verənlərin və atəş açanların kimliyi də Azərbaycan tərəfinə bəllidir. Yəni danılmaz faktlar, sübutlar var, Rusiya nə etməsindən asılı olmayaraq sudan quru çıxa bilməyəcək. Rusiya bu mövqeyini davam etdirəcəksə, Bakı təbii ki, növbəti addımlar atmalı olacaq. Bunlardan biri də beynəlxalq məhkəməyə müraciət etməkdir.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “525”ə deyib ki, təyyarəyə kənar müdaxilənin olmasına dair kifayət qədər sübut və fakt var idi. Amma beynəlxalq hüquq, prosedurlar tələb edirdi ki, araşdırılma aparılsın, hesabat açıqlansın və bununla da bütün məsələlər tam aydın olsun: “Düşünürəm ki, ən doğru yanaşma da o idi ki, bütün məsələlər tam aydın olandan sonra növbəti addımlar atılsın. Bu rəy onu göstərdi ki, həqiqətən kənar müdaxilə olub. Bütün faktlar ortadadır, artıq Rusiya tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Deyilirdi ki, gözləyək, faktlar çıxacaq, aydınlıq gətiriləcək, biz də gözlədik. İndi hər şey çılpaqlığı ilə tam ortadadır. Belə olduğu təqdirdə, artıq Rusiya tərəfinin üzərinə bir məsuliyyət düşür. Çünki Rusiya gah dedi ki, təyyarə quşlarla toqquşub, gah dedi ki, oksigen balonu partlayıb, amma son açıqlamalar irəli sürülən bütün bu fikirlərin əsassız olduğunu göstərdi və Azərbaycanın haqlı olduğunu subut etdi. Cənab Prezident də öz müsahibəsində qətiyyətlə bəyan etmişdir ki, təyyarəyə kənar müdaxilə olub. İndi nə edilməlidir. Faktlar, sübutlar var və Rusiya artıq öz üzərinə düşəni etməlidir. Azərbaycanın konkret tələbləri var. Bu tələblər ondan ibarətdir ki, Rusiya üzr istəməli, günahkarlar mütləq cəzalandırılmalı, kompensasiya ödənilməlidir. Bu günə kimi Rusiya bunların heç birini etməyib. Artıq faktlar tam sübut olunduqdan sonra Rusiya bunu etməlidir, əgər etməsə, onda Azərbaycanın beynəlxalq məhkəməyə müraciət etmək haqqı var”, - deputat bildirib.

C.Məmmədov əlavə edib ki, bu məsələdə Prezident İlham Əliyevin çox prinsipial, qətiyyətli mövqeyi ortaya qoydu, anında məsələyə reaksiya verdi, sonra dəfələrlə bəyanatları, açıqlamaları oldu: “Rusiya bu reallıqları nəzərə almalı, şərtləri yerinə yetirməlidir. Əks halda, birmənalı olaraq Azərbaycan beynəlxalq məhkəməyə müraciət etmək hüququna malikdir. Rusiya ilə münasibətlərimiz bizə qarşı bu cür mövqenin sərgilənməsinə rəvac vermir. Ən azından Müttəfiqlik bəyannaməsi imzalanıb, yaxın əməkdaşlığımız var. Məsələyə eqoistcəsinə yanaşmaq, Rusiyada müəyyən dairələr tərəfindən davamlı olaraq Azərbaycanın ünvanına səsləndirilən ittihamlar, bizi hədəfə almaları, müxtəlif yollarla fikri başqa istiqamətə yönəltməyə çalışmaq qəbuledilməzdir. Artıq bu prosedur gözlənilən formada icra olunmasa, Azərbaycan növbəti mərhələdə digər addımları atacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Fevral 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see191

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see183

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see129

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see124

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see122

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see117

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

12 İyul 2025 16:44see115

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see114

Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

12 İyul 2025 13:57see114

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see114

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see114

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see114

“İstəyirəm, Polad Həşimovun Xatirə muzeyi yaradılsın”

12 İyul 2025 13:20see113

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

12 İyul 2025 10:24see113

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

12 İyul 2025 15:46see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see112

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see112

“Sabah”ın Avroliqa macərası deyəsən, elə indidən bitir Gələnin, gedənin yanında bizi biabır eləməsəniz, olmaz?

12 İyul 2025 10:47see111

Almaniyada komediya aktyoru Trampa görə məhkəməyə çağırıldı

12 İyul 2025 08:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri