525 ci qəzet AzMİU tələbələri işğaldan azad olunmuş ərazilərə dair kiçik həcmli memarlıq layihələrini təqdim ediblər
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin yuxarı kurs tələbələrinin işğaldan azad edilmiş ərazilərdə kiçik həcmli memarlıq layihələri üzrə kurs işlərinin təqdimatı keçirilib.
Universitetdən 525.az-a verilən məlumata görə, təqdimat zamanı tələbələr Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında avtobus dayanacaqları və xalça sexləri ilə bağlı layihə təkliflərini nümayiş etdiriblər.
Tədbirdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı, universitetin müəllimi Yalçın Məmmədov, həmçinin ali təhsil ocağının müəllim və tələbə heyəti iştirak ediblər.
Tələbələrdən Asya Aslanova, Aytac Atakişiyeva, Öznur Qalayeva, Leyla Mürsəlova, Sevil Kərimli, Günel Əlisoy, Şəmira Əlizadə, Əliniyaz Hacıyevin layihələri maraqla qarşılanıb. Həmin tələbələr işlərində daha yaradıcı yanaşma sərgilədikləri üçün təşəkkürnamə və müxtəlif hədiyyələrlə təltif olunublar.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 13 Fevral 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















