Icma.az
close
up
RU
525 ci qəzet Başı min bir bəla çəkmiş Minbirdirək Türkan Turan yazır

525 ci qəzet Başı min bir bəla çəkmiş Minbirdirək Türkan Turan yazır

525.az-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir 525 ci qəzet Başı min bir bəla çəkmiş Minbirdirək Türkan Turan yazır.

Türkan TURAN

Uşaq vaxtı "Yeşilçam" filmlərini izləyərkən iki cümləni tez-tez eşidirdik: biri şəhərə yeni gələnlərin az qala nərə çəkərək dedikləri "Ulan İstanbul, sən böyüksən, yoxsa mən?" sualı idi, o birisi də "İstanbulun daşı-torpağı altundur" sözü. Nərildəyib kükrəyənləri hər birinin üstünü İstanbul öz torpağı ilə örtdü. Elələri var, nəinki adı, heç qəbirləri də qalmadı - şəhərdəki bəzi qəbiristanlıqları müəyyən vaxtdan sonra düzəngaha çevirib yerində göydələnlər, obyektlər tikildi, yollar çəkildi. Ümumiyyətlə, insan nə qədər cahil olmalıdır ki, şəhəri özünə rəqib görsün? Özü də neçə-neçə padşahları, imperatorları, imperatorluqları, kralları, krallıqları udmuş, illəri, əsrləri devirmiş, yanğınlar, savaşlar, zəlzələlər görmüş bir şəhəri... İkinci deyimin nə qədər gerçək olduğunu isə şəhəri tanıdıqca başa düşür insan. Doğrudan da bu şəhərin daşı da, torpağı da altundır - altında qədim tunellər, sarnıçlar, üstündə xanimanlar, xanlar, qəsrlər, saraylar olan xəzinədir...

Böyük köç və başlanğıc

Həmin xəzinələrdən biri Minbirdirək sarnıcıdır. Tarixi İstanbuldan da qədimdir. Xalqların böyük köçü ilə başlayan daxili qarışıqlıqdan sonra 395-ci ildə Roma şərq və qərb olmaqla iki hissəyə bölünür. Şərq Konstantinə qalır. O da böyük köçə məcbur edilən on iki nəfər senatorluq üzvü ilə birlikdə hazırkı İstanbula gəlir və öz adını daşıyan, Bizansın paytaxtı elan etdiyi Konstantinopolu qurur. Həmin vaxt Lausus adlı bir saray da inşa etdirirlər. On iki nəfərlik senatorluq üzvlərindən biri olan Floksenos Lausus sarayınım yanında, Hipodrom meydanında, indiki Sultanəhməddə Su sarnıcı inşa etdirir. Sarnıca da öz adını qoyur; Floksenos sarnıcı. Məqsəd sarayın və ətraf ərazilərin su ehtiyacını qarşılamaq olur. Beləliklə, bura böyüklüyünə görə Yerəbatan sarnıcından sonra ikinci su deposu olaraq tanınmağa başlayır. İşə bax ki, Lausus ilə eyni ərəfədə inşa edilən bu abidə bütün əzəməti və görkəmi ilə ucaldığı halda, sarayın daşının üstündə daş qalmayıb. Bir dənə aslan heykəli, bir sıralıq bünövrədən başqa ortalıqda heç nə yoxdur.

Sarnıcın inşa edildiyi tarix ilə bağlı xeyli araşdırmalar mövcud olmasına baxmayaraq, tarixçi Diehl, su deposunun I Yustinianın zamanında (518-527) inşa edildiyini iddia edirdi. Çünki daxili qisimlərdə rast gəlinən üstü damğalı kərpiclərin həmin zamana aid olduğunu görmək mümkündür. Digər araşdırmaçı Maumborin isə iddia edirdi ki, sarnıc Konstantinin dövründə Filoksenos tərəfindən inşa edilib və Yustinian zamanında təmir olunaraq bir az da genişləndirilib. Bu xüsus nəzərə alınanda Filoksenos sarnıcının 306-337-ci illərdə inşa edildiyi ehtimalı daha da artır.

İşarələr, izlər...

Sarnıc üç min kvadratmetrdən böyük ərazidən ibarətdir. Bir vaxtlar içərisində on altı sıralı 224 mərmər sütun mövcud olub. Fəqət, həmin sütunlardan günümüzə sadəcə 212-si gəlib çıxıb. İstanbulda üst-üstə olan və iki gövdədən ərsəyə gələn dirəyə sadəcə burada rast gəlmək mümkündür. Bu dirəklərin ətrafında mərmər bilərzik, birləşmə nöqtələrinə isə qurğuşun təbəqələr yerləşdirilib. Bu yolla sarnıcın dərinliyi artırılıb və qırx min kubmetr həcmində su deposu yaradılıb. Sütun başlarının bir qisminin üzərində o zaman burada çalışmış daş yontanların bağlı olduqları loncaların monoqramları yazılıb. Bu hərflər sarnıcın inşasında çalışan və sütunları işləyən ustaların işarələri kimi qəbul edilir. Qalın divarların əhatələdiyi kərpicdən olan tağlar diqqət çəkir. Sütunların üzərində xüsusi işləmə yoxdur, sadəcə kəsik pramidalar mövcuddur. Bu isə tarixi abidəyə bənzərsiz bir ab-hava gətirir.

Floksenosdan Minbirdirəyə keçid

Abidə İstanbulun fəthinə qədər Floksenos sarnıcı olaraq qalır. Osmanlı dönəmində artıq içərisində su olmayan çoxdirəkli bu abidənin adını dəyişdirirlər və Minbirdirək sarnıcı deməyə başlayırlar. Bu adın seçilməsi sarnıcın içində iki yüzdən artıq dirəyin olması ilə bağlıdır. Türklərin gəlişindən sonra su sarnıcları sıradan çıxır. Sultan Fateh Mehmet şəhərdə olan su probleminin həlli ilə bağlı Memar Sinana göstəriş verir. Böyük memar İstanbulu qarış-qarış gəzir və bir çox yerdn Kağıthanəyə, oradan da mərkəzə su kanalları çəkir. Beləliklə, sarnıçlara ehtiyac qalmır. Boş qalmış bu yerlər müxtəlif məqsədlər üçün istifadə edilir, bəziləri isə baxımsızlıqdan xaraba qalır. Ta ki son illər təmizlənərək muzeyə çevrilənə qədər. Minbirdirək sarnıcı isə ipəkçilərin və ip əyirənlərin istifadəsinə verilir. Çünki bu cür alaqaranlıq və nəmli yerlərdə istehsal edilən ipəklərin daha keyfiyyətli olduğu deyilir.

Cinayət yuvasına çevrilən məkan

Sarnıcın Fazlı Paşanın qızı ilə bağlı tarixçəsi dillərdə dastandır. Fazlı Paşa Sultan I Əhmədi qonaq çağırmaq üçün Minbirdirək sarnıcının üstündə ona layiq kiçik saray inşa etdirir. Sultan gəlir, sarayı görüb bəyənir. Lakin taxtadan tikilən bu saray 1660-cı idə Ayazmaqapı yanğınında kül olur. Fazlı Paşa yanmış yerdə yenidən saray inşa etdirir. Sonra paşa ölür və hakimiyyət dəyişir. Aradan da xeyli vaxt keçir. Əsl hekayə bundan sonra başlayır.

IV Murat dəftərdarı Hüseyin Əfəndi zəngin, ancaq övladsızlıq acısı çəkən bir insan olur. Buna görə də, dostu Dərviş Mahmudun tapdığı Təyyarzadə adında ərəb və farsca bilən, musiqidən anlayışı olan, tambur çalan oğlanı övladlığa götürür. Bayram tətili üçün səfərə çıxmaq istəyən Təyyarzadəyə səhvən xidmətçi üçün hazırlanan boxça verilir. Gənc bundan möhkəm qəzəblənir, küsür və geri dönməyəcəyinə and içərək yola çıxır. Evə qayıtmayan oğulluğunu axtarmaq üçün başqa qiyafəyə bürünərək evdən çıxan Hüseyn Əfəndidən də bir müddət xəbər çıxmır. Bir həftə sonra onun möhürlü kağızını gətirən bir nəfər ailəsindən min qızıl pul alıb gedir. Hadisə yenə təkrarlanır, bu dəfə hamı bu işdə Təyyarzadənin əli olduğundan şübhələnir. Arvadı adamlarını götürüb Təyyarzadənin evinə hücum çəkirlər. Ancaq Hüseyn Əfəndinin orada olmadığını görürlər. Bu dəfə Təyyarzadə də narahat olmağa başlayır. Gənc oğlan təkrar pul istəməyə gələn adamı təqib edir. Məlum olur ki, Hüseyn Əfəndi bataqxanaya düşüb. Bataqxana isə Fazlı Paşanın sarayı imiş.

Paşanın qızı Gövhərli Xanım bir neçə paşa ilə ailə qurub dul qaldıqdan sonra atasından ona miras qalan sarayı qumarxana və cinayət yuvasına çeviribmiş. Sən demə, dul qadın varlı kişiləri soyub-soğana çevirdikdən sonra onları sarayın altında bir müddət əsir saxlayır, sonra cəlladlarına öldürtdürürmüş.

Sarayın qarşısında dayanan Təyyarzadə xeyli var-gəl edir, nə edəcəyini düşünür. Bu vaxt içəridən gözəlliyi ilə insanın ağlını başından alan bir qızın çıxdığını görür. Qız Təyyarzadəni yeni ov kimi görür, onunla söhbətləşirlər və birlikdə Fazlı Paşa sarayına gedirlər. Oğlanı Gövhərli xanımın yanına çıxardırlar. Əslində sarayda bu cür gözəl qızların işi çarşıya, bazara gedərək varlı kişiləri başdan çıxardıb saraya gətirmək imiş. Lakin Təyyarzadəyə aşiq olan cariyə Sahba kalfa orada baş verən oyunların hamısını oğlana bir-bir deyir. Təyyarzadə bəhanə ilə icazə alaraq saraydan çıxır. Yolda dərviş qiyafəsində gəzən IV Murada rast gəlir və vəziyyəti ona nəql edir. Oyun qururlar, Sultan dərviş kimi saraya girir. Gövhərli xanım IV Murat olduğundan xəbərsiz olduğu dərvişi xüsusi otağa salınmasını əmr edir. Buna qəzəblənən Sultan qadını xəncərlə yerindəcə öldürür. Hüseyn Əfəndi və digər qurbanlar xilas edilir. Təyyarzadə isə Sahba kalfa ilə nikahlanır, Gövhərli Xanımın bütün malı-mülkü və iyirmi cariyəsi ona bağışlanır. Eyni zamanda Sultanın onun müsahibi olmasına dair fərman verilir.

Kitablara, əsərlərə mövzu olub bu hadisə. Rəşad Əkrəm Koçu bu tarixi faktdan ilhamlanaraq "Minbirdirək bataqxanası" adlı roman da yazıb.

Saraydan bazara...

Sonralar taxtadan inşa edilən bu malikanə Hocapaşa yanğınında yanaraq kül olur. Bundan sonra Minbirdirək sarnıcının üstü boş ərazi olaraq qalır. Tezliklə, boş qalmış ərazidə bazar açırlar. Sarnıc da bazarın deposu kimi fəaliyyətinə davam edir. Axırda bazar da yığışdırılır, sarnıc qapadılır.

Daha sonra restavrasiya edilir və hazırda muzey kimi fəaliyyət göstərir. İşin maraqlı tərəfi budur ki, belə möhtəşəm abidəyə rəğbət, maraq yox dərəcəsindədir. Biletin ucuz, məkanın boş olmasına rəğmən, içəridə ziyarətçi sayı bir əlin beş barmağını keçməyəcək qədər azdır. Amma eyni dönəmdə inşa edilən Yerəbatan sarnıcının qapısında az qala Yeddi Qapı zindanlarına qədər uzanan növbə olur. Yazını sonlandırarkən, bu fakt mənə maraqlı gəldi və ağlıma gələn ilk şübhə bu oldu: görəsən, bu abidələrin idarəsi hansı qurumlardadır? Şübhələrimdə yanılmadım. Yerəbatan sarnıcı İstanbul şəhər Bələdiyyəsinin nəzdnindədir, Minbirdirək sarnıcı isə Kültür Nazirliyinin. Birinin reklamı, tanıtımı həddən artıq çoxdur, digərinin varlığından mən belə təsadüf nəticəsində xəbər tutmuşam. Demək, belə çıxır ki, əgər reklamın yoxdursa, boşsan! Təbii ki, kimə görə, nəyə görə...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şolts: Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir

10 Fevral 2025 07:45see135

Emin Hüseynovun dövlətə olan borcu artdı

10 Fevral 2025 09:06see129

Bu gün hansı bürcün bəxti gətirəcək?

10 Fevral 2025 08:11see122

Transformatora girən meymun bütün ölkənin elektrik enerjisini kəsib

10 Fevral 2025 08:20see119

“Qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük” Mirşahin Ağayev + VİDEO

10 Fevral 2025 15:13see113

Kosmosdan qayıtmayanlar: Tarixin dönüşü olmayan səfərləri

10 Fevral 2025 08:44see112

Cəmiyyət meyitlərin yandırılmasını necə qarşılayır? SORĞU

10 Fevral 2025 18:03see110

XİN: Nikolay Valuyevin Azərbaycana qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir

10 Fevral 2025 14:45see110

Rəşad Sadıqov: “Rəqibi təbrik edirəm”

10 Fevral 2025 21:16see109

Suğra Bağırovadan ETİRAF: “Bu, mənə Allahın ən böyük hədiyyəsidir”

10 Fevral 2025 14:20see109

Vüqar Əsədli: Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi

10 Fevral 2025 18:01see108

İlon Mask TikTok u alacağına dair iddialara cavab verib

10 Fevral 2025 08:18see108

Meymun ölkədə kütləvi elektrik kəsilməsinə səbəb olub

10 Fevral 2025 07:01see108

DİQQƏT: Bakıda bu tarixdə qar yağacaq, 1 dərəcə şaxta olacaq

11 Fevral 2025 03:41see107

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see107

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see107

Yuventus yay üçün transfer bombası hazırlayır ADLAR

10 Fevral 2025 20:00see107

Tramp bu rüsumları da kəskin artırır

10 Fevral 2025 14:40see107

Tramp: Putinlə geniş söhbətimiz olacaq

10 Fevral 2025 14:26see107

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

10 Fevral 2025 20:58see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri