Icma.az
close
up
RU
525 ci qəzet Məryəm ananın evi Türkan Turan yazır

525 ci qəzet Məryəm ananın evi Türkan Turan yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkan TURAN

Yerdən bir az yüksəkdə, göydən xeyli aşağıda, dağların arasında, təpələrin üstündə, təbiətin qoynunda, çinarların kölgəsində, günəşin gördüyü, dənizin baxdığı yerdə bir ev var. Savaş, xaos, intriqa dolu dünyadan çəkilən hüzur, rahatlıq, sakitlik sanki quraqlığın ortasında çuxura dolan son su axıntısı kimi burada toplanıb. İzmirdəki məşhur Məryəm Ana Evindən bəhs edirəm. Vatikanın müqəddəs elan etdiyi, xristianların həcc yeri sayılan Məryəm ana evindən... Dolambaclı yolların, sıldırım qayaların, meşələrin, ağacların ortasından keçib gedirsən. Bəzən başın fırlanır, gözün qaralır, heç gedib çıxmayacaqmış kimi bir hiss dolur canına, bu məqamda qarışqanın həm sevimli, həm də dərin olan məşhur hekayəsini yadına salıb gülümsəyir və yola davam edirsən. Bir gün bir qarışqa uzaq diyara getmək üçün yola çıxır. Yolda onu görənlər hara getdiyini soruşurlar, Qarışqa sevgilisinin xəstələndiyini, onu görməyə getdiyini söyləyir. Gülürlər, deyirlər ki, bu ayaqla gedib çıxa bilməzsən. Qarışqa cavab verir ki, "eybi yox, gedib çata bilməsəm də, ən azından yolunda ölərəm". Məryəm ananın evi də bu cür fədakarlığa layiq bir yerdir.

İohannın vəfası

Rəvayətə görə, İsa peyğəmbər Qüdsdə çarmıxa çəkilən ərəfədə, son nəfəsini verməzdən əvvəl anası Məryəmi 12 həvarisindən biri olan, Yəhya kimi tanıdığımız yaxın dostu Əziz İohanna əmanət edir. Əziz İohann da Məryəm ana üçün Qüdsün təhlükəli ola biləcəyini düşünərək onu o dönəmin məşhur şəhərlərindən sayılan Efesə gətirir.

Efes romalıların idarəçiliyində olduğundan Məryəmi Bülbül dağının arxa yamacındakı meşədə gizlədir və vaxt itirmdən ona həmin yerdə balaca bir ev tikir. Əziz İohannın İncili də burada yazdığı deyilir. Məzarı da Səlcuqdakı Sant İohann Bazilikası içindədir. Məryəm ananın 101 yaşına qədər yaşadığı, məzarının yaxınlıqda - Panayır dağının şimal-qərbində olduğu günümüzə qədər gəlib çıxan rəvayətlər arasındadır.

Bir yuxunun izi ilə

İzmirin Səlcuq bölgəsində yerləşən Efes antik şəhəri yaxınlarındakı Bülbül dağında olan Məryəm ana evinin film kimi kəşf hekayəsi var. Hekayə Efesə heç vaxt gəlməyən, hətta Almaniyadan bir addım kənara çıxmayan Anna Katerina Emmerik adlı qadının gördüyü yuxu ilə başlayır. Hər gün təkrarlanan yuxuda qadın Məryəm ananın evinin Efes şəhərinin arxasındakı dağda olduğunu, həm bu qədim şəhəri, həm dənizi gördüyünü, sərin qaynaq suyunun həndəvərində yerləşdiyini görür. Eyni zamanda rahibə olan Katerina gördüyü yuxuları yazmağa qərar verir və tezliklə, "Həzrəti Məryəmin həyatı" adlı kitabını çap etdirir. Yeni çıxan kitab xristian dünyasında böyük marağa səbəb olur və surətlə yayılır. Vatikan bu kitab vasitəsi ilə yola çıxaraq 1881-ci ildə Məryəm ananın evini axtarmaq fikrinə düşür. On il sonra İzmir Fransız Kollecinin müdiri və İbranicə mütəxəssisi olan lazarist rahib Yevgeni Paulin də Katerina Emmerikin kitabını oxuyur və axtarışa başlayıb Efesə səfər təşkil edir. Bu məqsədlə o, iki rahib və iki katoliki təlimatlandırır. 27 iyul 1891-ci ildə dörd nəfər yola düşür. Ərazini yaxşı tanıyan Mustafa adlı şəxsdən də kömək istəyirlər. Fəqət, erməni katolik rahib onları yanıldır və bir müddət əvvəl Dəyirmandərədə iz tapdığını deyir. Qrup da bu fikrin izi ilə Ayasuluq əvəzinə Şamlıq ərazisinə gedir. Dəyirmandərədəki Ortodoks monastırına gəldiklərində heyət rəhbəri Mister Yanq ordakı baş keşişə "Həzrəti Məryəm harada vəfat edib" deyə sual verir. Qarşılığında "Qüdsdə" deyə cavab alır. Bu, onlarda ümidsizlik yaradır, kitab əsasında yola çıxmaqları ilə bağlı tərəddüdə düşürlər. Dəyirmandərə axtarışları müsbət nəticə vermir. Amma yenə də son ümidlə Quşadasında gecələyirlər, ertəsi gün kompasla Ayasuluğa doğru hərəkət edərək, Katerina Emerikin kitabını cümləbəcümlə təqib edirlər.

Uzun axtarışlar yenə nəticəsiz qalır və taqətdən düşmüş halda tütünlərlə dolu əraziyə gəlib çıxırlar. Bir tərəfdən yayın cırhacırı, digər tərəfdən dayanmadan apardıqları axtarışlar onları susadır. Tarlada işləyən qadınlardan su istəyirlər, ancaq onlarda da su qurtardığı üçün qrupu yaxınlıqda xarabaya çevrilmiş monastıra yönləndirirlər. Susuzluqlarını yatızdırdıqdan sonra araşdırmaçılar ətrafa göz gəzdirirlər və gördükləri mənzərə qarşısında heyrətdən donub qalırlar: xaraba ev, evin arxasında dağ, qarşısında dəniz, arxasında Efes... Bütün bunlar Katerina Emerikin Məryəmin evi barədə yazdığı təsvirlərlə üst-üstə düşürdü.

Çünki Emerik dağın başında Məryəm ananın evinin olduğu yamacı, Efesi və dənizi gördüyünü yazırdı. Qrup buranın axtardıqları yer olduğunu dəqiqləşdirmək üçün iki gün təpədən təpəyə gəzirlər və görürlər ki, Məryəm ananın evinin olduğu təpədən başqa heç yerdən Efes və dəniz eyni anda görünmür.  Beləcə, əmin olurlar və İzmirə qayıdaraq Məryəmin evini tapdıqlarını sevinc içində açıqlayırlar.

Xristianların həcc yeri

Burada öyrəndiyim digər maraqlı fakt isə Məryəm ana evinin Vatikan tərəfindən həcc yeri elan edilməsi oldu. Mən Qüds bilirdim, ikincisi bura imiş. Müqəddəs evdə ilk ayin və ziyarət 20 may 1896-cı ildə altı yüz insanın iştirakı ilə baş tutur. Sadəcə sıravi insanlar deyil, Papalar da evi ziyarətə gəliblər. 1967-ci ildə Papa VI Paul, 1979-cu ildə II Yan Paul, 2006-cı ildə Papa XVİ Benedikin etdiyi ziyarətlər, Məryəm Ana Evinin əhəmiyyətini daha da artırır. Kilsənin girişində dəhlizdə qapının solundan yuxarı tərəfdə Papa VI Paulun buraya gələrkən hədiyyə etdiyi qədimi lampa var. Digər tərəfdə isə Papa II Yan Paulun ziyarətlərinin xatirəsi olaraq boynundan çıxardıb verdiyi möhtəşəm medalyon var. Özü də şüşə çərçivənin içində qorunub saxlanır. Hər il may ayının son bazar günü və 15 avqustda səhər saatlarında böyük ayinlər keçirirlər. Təkcə xristianların deyil, hər dindən, irqdən olan insanın İzmirə gələn kimi üz tutduğu yerdir bura. Turistlərin əlindən tərpənmək olmur. Avtobuslarla yığılıb gəlirlər.

Məbədin içindəki sənət

Məryəm ananın evinə gedən cığırın hər iki tərəfində sıralanan valehedici zeytun ağacları var, həmin ağaclar lazarist rahiblər tərəfindən 1898-ci ildə əkilib. Zeytunlu yolun sonundakı Məryəm heykəli İzmirdəki dini qurumlardan birinin bu müqəddər yerə ərmağanıdır. Gözoxşayan heykəlin yaradılış tarixi 1867-ci ilə gedib çıxır.

Kilsədə vyetnamlı katolik olan sənətçi tərəfindən bir əsər də var. O da diqqəti ilk çəkənlərdəndir. Əsər İohanna İncili yazmaqla bağlı verilən vəhiyi ifadə edir. Yönü sağ tərəfə açılan "Məryəm ana otağı" adlandırılan bölmənin Emerikin kitabında bəhsi keçən otağın eynisi olduğu deyilir. Əsas otağın sağ divarında Məryəmin üzünü təsvir edən əsər rus əsilli fransız rəssam Ratislas Loukinə aiddir. Bundan əlavə otağın müxtəlif yerlərində Məryəm ana evindən bəhs edən surə və ayələr də mövcuddur. Bunlar 1985-1986-cı illərdə İzmir valisinin istəyi ilə işlənib. Vali bu addımı ilə müsəlmanların da Həzrəti Məryəmi ucaltdığını, ona sayğı duyulduğunu göstərmək istəyib.

Kilsənin küncündəki çinar ağacının yanında qapı var. Bir əsrdən çox bağlı qalan qapı son vaxtlar yenidən açılıb. Abidə Efesdən gətirilən materiallarla inşa edilib. Olduqca balaca olan bu evin zərif tağları, kəmərləri, oyuqları insanda heyranlıq oyandırır. Yenə çıxışda olan biri fransızca, digəri türkcə yazılan və üzərində Məryəm ananın evini kəşf edənlərin adlarının yazıldığı mərmərlər var.

Üç çeşmə

Evdən çıxdıqdan sonra sağdan aşağıya doğru enərkən üç su çeşməsi çıxır qarşımıza. Elə əsas iş burada başlayır. Deyilənə görə, bu çeşmələrdən ardıcıllıqla su içilir. Hər birində fərqli niyyətlər edilir, diləklər dilənir. Deyilənə görə, su şəfalıdır və xüsusi gücünün olduğuna inanılır. Çeşmənin yaxınlığında dilək divarı var. İlahi, bu divarın üstündə nələr yoxdur... Minlərlə yazılı kağız, saç, ip, məktub, üzük, sırğa, parça və daha nələr görmək mümkündür. Bir də görmədiklərim, amma əmin olduqlarım vardı o divarda: xoşbəxtlik çağırışı, istəklər, ümidlər, arzular, xəyallar, qovuşmaq, qurtulmaq, yeni başlanğıc, bəlkə də son və s.

İbadətgah heç bir yerə bağlı, heç yerdən asılı deyil. Əslində üstündə çox mübahisələr olub, ancaq 1950-ci ildə "Məryəm ana evi dərnəyi"nin qurulması ilə məbədin çıxarış sənədi dərnəyə verilib. Ziyarətgahın gəlir qaynağı burada ucuz qiymətə satılan şamlardır. Nəzərə alsaq ki, hər il bir milyondan artıq insan tərəfindən ziyarət edilir, onda görərik ki, bu məbləğ elə də kiçik deyil. Dərnəyin hazırkı rəhbəri Noel Mikalafdır. On iki ildir bu öhdəlik onun üzərindədir. Ətrafa, burada işləyənlərin davranışlarına fikir versək, görərik ki, işini layiqli şəkildə yerinə yetirir.

Mənə gəldikdə isə, bu əsrarəngiz yerin təsirindən hələ də çıxa bilməmişəm. Məbədlə bağlı çoxlu rəvayətlər var. Amma hiss etdiyimə inanmağı seçdim. Ürəyim deyir ki, Məryəm ana həqiqətən də burada yaşayıb, ömrünü burada tamamlayıb, ruhu da hardasa buralardan bir yerdədir. Yoxsa bu cür gözəlliyin, hüzurun, sakitliyin, qəbullanmışlığın, təlaşsızlığın başqa adı yoxdur. Varsa da, mən bilmirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:416
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri