Icma.az
close
up
RU
525 ci qəzet Zəka, diqqət və iffət! Türkan Turan yazır

525 ci qəzet Zəka, diqqət və iffət! Türkan Turan yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkan TURAN

Ötən həftə yolumu Fatehdən saldım. Əslində, əsrarəngiz abidələrdən birini ziyarət üçün Eminönünə getmişdim. Ancaq ünvana çatanda baxdım ki, qapıları kilidlidir. Abidənin həndəvərində tablo satanlardan öyrəndim ki, bura ancaq xüsusi əsərlərin sərgisi keçirilən zaman açıq olur. Qalan günlər qapalıdır. Halbuki internetdəbazar ertəsindən başqa hər gün açıq olduğuna dair məlumat var. Kefim bir az pozuldu. Əhvalı təlx halda geri dönmək istəyirdim ki, bir də baxdım qarşımda çəhrayı bina ucalır. Sən demə, neçə vaxtdan bəri ziyarət etməyi nəzərimdə tutduğum, lakin hər dəfə ertələdiyim İş Bankı Muzeyinin qarşısında dayanmışam. Tərəddüd etmədən dərhal içəri keçdim.

Ödənişsiz olması az deyilmiş kimi, hələ ziyarətçilərə bələdçilər də verilirmiş. Təbii ki, mütəmadi muzey gəzən biri üçün bələdçi məsələsi göydəndüşmə oldu. Səlma adlı bələdçi xanımla muzeyi gəzməyə başladıq.

Türkiyənin ilk bankı

Türkiyənin ilk bankı olan İş Bankı Muzeyindəyəm. Bina əsl sənət əsəridir. Tarixi xeyli qədimdir. Lap əvvəllər Evkaf Nəzarətinə aid qeyri-müsəlmanlardan cizyə vergisinin alındığı yer kimi istifadə edilib. 1840-cı illərdə isə Osmanlı İmperatorluğu dönəmində poçt təşkilatının qurulduğu Yeni məscidin atriumunda xidmət göstərən poçt mərkəzi olub. O vaxtlar bina taxtadan imiş. Şəhərin ticarət mərkəzi sayılan yerdə yerləşdiyinə görə, daha sonra "Postahane-i Amire"yə çevirirlər. Lakin aradan illər keçir, poçt ilə teleqram idarələri birləşdirilir və adı "İstanbul poçtu" olur. Getdikcə bu taxta bina poçtda işləyənlərə darısqal gəlməyə başlayır və yeni binanın inşasına qərar verilir. Nəticədə, 1890-cı ildə sökülür, yerində bu gün muzey kimi fəaliyyət göstərən daş və kərpiclə hörülən abidə tikilir. İki il ərzində tamamlanan bina açılışdan sonra istifadəyə verilir. Tezliklə poçt Sirkəçidə açılan "Böyük poçtxana"ya köçürülür. Bu bina isə 1917-ci ildə qurulan Osmanlı Milli Bankına verilənə qədər kiçik poçt kimi fəaliyyətini davam etdirir. Nəhayət, 1927-ci ildə Türkiyə İş Bankının Milli Bankla birləşməsi ilə bina İş Bankına verilir. Bundan sonra binada müxtəlif təmir-tikinti işləri aparılır, bankın bütün əməkdaşlarının sığa biləcəyi otaqlar təşkil edilir. 1928-ci ildə bina İş Bankının İstanbul şöbəsi olaraq xidmət göstərməyə başlayır. Abidə 2004-cü ilə qədər aktiv şəkildə istifadə edilir. Bir il sonra burada Türkiyə İş Bankı Muzeyinin açılmasına qərar verilir və bu istiqamətdə işlərə başlanır.

Atatürkün iqtisadi əsəri

Müzey üç mərtəbədən ibarətdir. Əslində, sonradan iki mərtəbə də artırılsa da, çox keçmir, həmin iki mərtəbə dağıdılır və yenidən binanın əvvəlki görkəmi bərpa edilir.

Giriş qatına daxil olanda hər tərəfdən Mustafa Kamal Atatürkün nəhəng fotoları, büstü, portretləri diqqəti cəlb edir. Bu da təsadüfi deyil - axı İş Bankını quran da, bankın ilk müştərisi də Mustafa Kamal paşa olub. Şüarı isə belə imiş: "Zəka, diqqət və iffət!" Bununla bağlı bütün sənədləri muzeydə görmək mümkündür. Eyni zamanda köhnə reklam afişaları, bankın təbliği üçün istifadə edilən vasitələr də bu mərtəbədə sərgilənir. Binada Mustafa Kamal Atatürkə aid bir otaq da var. Yox, burada Atatürkün şəxsi otağı olmayıb, sadəcə ona məxsus şəxsi əşyalar sərgilənir deyə, hörmət və ehtiram əlaməti olaraq otaq belə adlanır.

Muzeydə surətçıxarma maşını, pul saymaq üçün cihaz, növbənöv digər eksponatlar, gözətçi geyimləri, telefon, ilk çek dəftərləri, Atatürkün əlyazmaları kimi qiymətli nümunələr sərgilənir.

Zirzəmidə böyük kassa otağı var. Filmlərdə gördüyümüz bu yerləri gəzmək, gözlə görmək qəribə hisslər yaradır insanda. Bir zamanlar kimisi pullarını, kimisi də daş-qaşlarını və digər qiymətli əşyalarını burada saxlayırmış.

İlk büst...

Foto çəkdirməyi sevən ziyarətçiləri nəzərə alaraq, zirzəmidə işıq effektlərinin vurduğu dəhliz yaradılıb. Foto və videolar çəkmək üçün ideal yerdir. Mərtəbələr arasındakı pilləkəndə isə Atatürkün büstü var. Büst 1924-cü ildə ərsəyə gətirilib. Atatürk özünün heykəlləşdirilməsinə - bütləşdirilməsinə qarşı olduğu üçün sağkən belə addımların atılmasının əleyhinə olub. Bu sənət əsəri onun sağlığında hazırlanmış ilk və son büst hesab edilir. Muzeydə sənətçi İbrahim Çallının bankın rəhbərlərinin portretlərindən ibarət əsərləri də sərgilənir. Bu portretlər bankın qurucularından olan Cəlal Bayardan tutmuş sonuncu müdirinə qədər Çallı ailəsinin fərqli fərdləri tərəfindən çəkilib.

"Kumbara"

Dəhlizin aşağısında "kumbara" deyilən pul qabları sərgilənir. Cümhuriyyətin ilk illərində ölkənin sənayeləşməsində kilid rolu oynayan bu bank həm də ölkədə qənaət bilincinin əsasını qoyub. Türkiyədəki "kumbara" ənənəsi İş Bankının icadıdır. Məhz bundan sonra yastıq altında saxlanan pulların bank hesabına yatırılmasına başlanıb. Təsəvvür edirsiniz, bankın qurulduğu ilk dörd aylıq dönəmdə sadəcə 96 nəfər "qənaət hesabı" açdırıbmış. Bir də bu günə nəzər yetirin, belə bir vəziyyət həmin bankın iflası deməkdir. Divarlarda insanları öz pullarını banka yatırmağa çağıran reklam lövhələrini görmək bəlkə də indi bir çoxlarına təəcüblü gələ bilər. İstər-istəməz bu günlə müqayisə aparmalı oluruq. İndi elə bir dönəmdə yaşayırıq ki, cibində nəğd pulu olan insana çətin rast gələsən. Bu gün, demək olar ki, hamının cibi, olan-olmazı bankdadır. İndi muzeyin divarlarda gördüyümüz bu çağırış-təbliğat lövhələri bir vaxtlar insanları buna sövq eləmək üçün hansı mərhələlərdən keçildiyini təsəvvürə gətirmək baxımından mükəmməl nümunələrdir. İndi nə var, hər şey çox sadədir - bir toxunuşla bütün sistemi idarə edə bilirsən. Ona görə deyirəm də, vaxt, zaman dəhşətli qavramdır - elə sürətlə axır, elə qaçaraq keçib gedir ki, bir də gördün yolun sonuna çatmısan.

Böyük dəyişiklik

Muzeydə bir hesablama maşını var. İlk baxışdan anlaşılması mümkünsüz görünür, ancaq bir vaxtlar bütün hesab-kitab bu alət vasitəsi ilə aparılıb. Burada həmçinin ötən əsrin 50-60-cı illərində bir çox sənaye quruluşunun - təkər, avtomobil, şəkər, şüşə sahəsinin inkişafında bankın rolundan bəhs edən örnəklər də sərgilənir.

Bu mərtəbədə o dönəmə aid bəzi sənədlər də var. Çoxu Osmanlı dövründə işlənən əlifba ilə yazılıb. Çünki bank 1924-cü ildə qurulmuşdu, əlifbanın dəyişməsi isə 1928-ci ildə həyata keçirilib. O vaxt hələ soyad dəyişikliyi də olmadığından burada Atatürk yerinə sadəcə Mustafa Kamal adından istifadə edildiyini də görmək olar.

Muzeyin üçüncü mərtəbəsində bir bölmə var. Burada İş bankının keçmiş reklamları nümayiş olunur. İzlədikcə heyrətə gəlirsən. 1982-ci ildə ilk ATM ölkəyə İş bankı tərəfindən gətirilib. Bank buna "paramatik" deyilirmiş. Hələ də cihazların üzərində bu ifadəni görmək olar. 1987-ci ilə qədər birdəfəlik istifadə üçün kartlar mövcud olub. Həmin kartları da burada görmək imkanı var.

Əslində, muzey İş Bankının reklamı kimi görünür, amma tarixi, bugünkü bankçılığın hansı yollardan keçdiyini öyrənmək baxımından da kifayət qədər mükəmməl və zəngin bir məkandır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri