Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

525 ci qəzet Ermənistanın absurd təklifi: məqsəd sülh prosesini uzatmaqdır

525 ci qəzet Ermənistanın absurd təklifi: məqsəd sülh prosesini uzatmaqdır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi layihəsindən danışıb. Onun sözlərinə görə, sazişin iki bəndi hələ də razılaşdırılmayıb. Əlbəttə ki, bu, yeni xəbər deyil. Məlumdur ki, Azərbaycan-Ermənistan sülh sazişi layihəsində 17 bənddən 15-i artıq razılaşdırılıb, qalan iki bəndin yerinə yetirilməsi isə birbaşa İrəvandan asılıdır. Əsas məsələlərdən biri avropalı müşahidəçilərlə bağlıdır. Amma Ermənistan bu istiqamətdə konkret addım atmaq niyyətində deyil, Paşinyanın açıqlaması da bunu göstərir.

O bildirib ki, ötən gün İrəvan saziş layihəsi ilə bağlı Bakıdan cavab alıb və bu, artıq sülh müqaviləsinə 12-ci düzəlişdir: "Sənəd Azərbaycanın bizim əvvəlki təkliflərimizə münasibətini əks etdirir. Hazırda cavab təşəbbüslərini formalaşdırmaq üçün onun təhlilini aparırıq".

Paşinyanın sözlərindən bəlli olub ki, tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib və Bakı hələ ki, İrəvanın kommunikasiyaların açılması təklifinə rəsmi cavab verməyib: "Biz öz təkliflərimizi təqdim etmişik və Azərbaycandan müsbət cavab alacağımıza ümid edirik. Söhbət iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasından, o cümlədən Azərbaycanın qərb rayonlarından Ermənistanın suveren ərazisindən keçməklə Naxçıvana yüklərin tranzitindən gedir. Öz növbəsində, Ermənistan Yerasx-Mehri (Arazdəyən-Mehri - red.) marşrutu üzrə dəmir yolu əlaqəsi imkanı əldə edəcək".

Yada salaq ki, razılaşdırılmayan iki bənd tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan çəkinmələri və başqa ölkələrin nümayəndələrini Azərbaycanla sərhəddə yerləşdirməməklə bağlıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, avropalı müşahidəçilər Azərbaycanla sərhəddədir ki, Bakı da bunun qəti əleyhinədir. Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında Azərbaycanla Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Yada salaq ki, bu müşahidəçilərin göndərilməsi məsələsi 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının o zamankı prezidenti Şarl Mişel, Fransa prezidenti və Azərbaycan lideri arasında keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. Amma iki ay müddətində və 40 nəfər heyətlə. Bundan sonra isə missiyanın müddəti Bakı ilə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət oldu ki, missiya Ermənistan ərazisindədir. Rəsmi Bakı isə bəyan edib ki, əgər belə idisə, onda razılığa gələndə niyə bizimlə razılaşdırdınız? Eyni zamanda, missiyaya Kanadanın nümayəndələri qoşuldu və NATO-nun missiyasına çevrildi.

Bakının həm də İrəvandan iki tələbi də var. Bunlar Ermənistan konstitusiyasında dəyişiklik edilməsi - hansı ki, orada Azərbaycana qarşı ərazi iddiaları yer alıb - və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin edilməsidir. Paşinyan bu iki şərtlə bağlı müsbət siqnal versə də, hələ ki, real addım atılmayıb. Zəngəzur dəhlizinə gəlincə, bu, 2020-ci il 10 noyabr tarixində atəşkəslə bağlı imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb. Ermənistan istənilən yolla bunun icrasından yayınmağa çalışır. Həmçinin "silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi" kimi absurd və məntiqsiz bir "təklif" irəli sürməsi də öz öhdəliklərindən yayınmağa hesablanıb. Paşinyan deyib ki, Bakı bunu cavabsız qoyub. Əlbəttə ki, başqa cür ola da bilməzdi, çünki saziş layihəsində belə bir bənd mövcud deyil.

Hərbi ekspert Elxan Şıxəliyev mövzu ilə bağlı "525"ə deyib ki, indiki mərhələdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və saziş layihəsində göstərilən müddəaların razılaşdırılması prosesi gedir. Səlahiyyətli şəxslərin açıqlamalarına görə, tərəflər sülh sazişi layihəsindəki 17 bənddən 15-ni razılaşdırıblar, ikisi isə razılaşdırılmamış qalıb. Azərbaycan tərəfi Ermənistanın konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciət şərtlərini irəli sürüb. Ermənistan Aİ müşahidə missiyası ilə bağlı Bakının tələbləri qarşılığında silahlara nəzarət mexanizmini gündəmə gətirib. Göründüyü kimi, Ermənistan sülh sazişinin müzakirələrində yenə də səmimi deyil, bu səbəbdən fərqli fikirlər səsləndirir.

Ekspertə görə, silahlara qarşılıqlı nəzarət və yoxlanılması mexanizminin yaradılması mümkün deyil: "Ermənistan sırf bunun olmaması üzərindən sülh sazişinin imzalanmamasını səbəb göstərərək vaxt qazanmağa çalışır, üstəgəl, özü sürətli şəkildə silahlanmanı həyata keçirir. Eyni zamanda, Ermənistandan revanşist bəyanatlar səsləndirilir. Təbii ki, əgər bir ölkə sürətlə silahlanırsa, bu o deməkdir ki, müharibəyə hazırlaşır. Bu, bütün zamanlarda belə olub. Xüsusən də bir məqamı qeyd etmək lazımdır ki, Ermənistanın aldığı silahların içində müdafiə silahlarından daha çox hücum silahları var. Ermənistan Azərbaycan ərazilərinə 20 km-dən 500 km-dək məsafədə zərbələr endirə biləcək hərbi texniki avadanlıqlar almaq niyyətindədir, düzdür, artilleriya vasitələrini Hindistandan, Fransadan təmin edib. Amma indi yenə də Hindistandan orta və uzaqmənzilli ballistik raketlərin alınması müzakirə olunur. Bu səbəbdən Ermənistanın silahlanmada niyyəti aydındır və sülh sazişinin imzalanmasına hazırlaşmır".

Avropa İttifaqının müşahidə missiyası ilə bağlı məsələyə diqqət çəkən E.Şıxəliyev deyib ki, bu missiya başlanğıcda Azərbaycanla razılaşdırılmışdı, amma sonra Ermənistan birtərəfli qaydada bu razılaşmanı pozdu. Yəni missiyanın vaxtını uzatdı və say tərkibini artıraraq 209 nəfərə çatdırdı. Bu il missiyanın mandatı 2027-ci ilə kimi artırıldı.

Bəs Aİ missiyası sülh sazişindəki müddəa əsas götürülərək, 2027-ci ildən tez Ermənistanı tərk edə bilər, yoxsa İrəvan onun davamlı qalmasında maraqlıdır?

Ekspert bu suala cavab olaraq bildirib ki, Ermənistan Aİ-nin missiyasının burdan çıxarılmasına razı olacağını düşünmür: "Ona görə ki, İrəvan hakimiyyəti artıq avroatlantik məkana inteqrasiya üzrə yol xəritəsini qəbul edir və gələcəkdə Avropa İttifaqına, mümkün olsa, NATO-nun çətiri altına keçmək planları var. Avropa İttifaqının mülki missiyası şərti sərhəddə binokl diplomatiyası həyata keçirir. Kəşfiyyat məlumatlarını, o cümlədən bölmələrimizin yerləşməsi haqqında məlumatları toplayaraq Ermənistanın Baş qərərgahına, daha sonra NATO-nun Brüsseldəki Mərkəzi Qərargahına ötürürlər. Bunda məqsəd isə özlərinin gələcək təcavüzkar planlarını qurmaqdır. Təbii ki, indi müzakirələr bunun üzərindədir ki, Avropa İttifaqının müşahidə missiyası Ermənistan ərazisini tərk etsin. Ermənistan guya sülh sazişinin imzalanmasında maraqlı olduğunu və özünü sülh göyərçini kimi göstərmək istəsə də, sahədə baş verənlər bunun tam əksini göstərir".

Politoloq Elxan Şahinoğlu isə mövzu ilə bağlı deyib ki, Baş nazir Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki bəndinin hələ də razılaşdırılmadığını bəyan etdi. "Tərəflərin sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilmədiklərini" deyən Paşinyan Bakının İrəvanın kommunikasiyaların açılması təklifinə də müsbət cavab vermədiyini vurğulayıb. Paşinyan rəsmi Bakının İrəvanın silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi təklifini də cavabsız qoyduğunu bildirib.

Politoloq əlavə edib ki, Nikol Paşinyanın silahlanmaya nəzarətlə bağlı söylədiyi müzakirə predmeti deyil: "Bu bənd sülh sazişinin mətnində yoxdur. Müharibədə məğlub olan ölkənin qalib ölkəyə "gəl silahlarımıza qarşılıqlı nəzarət edək" təklifini irəli sürülməsi məntiqsizdir. Tarixdə də belə bir hal olmayıb ki, qalib ölkə məğlub ölkənin tələbini yerinə yetirsin. Bir də ki, Azərbaycanın silahlanması yalnız Ermənistanla əlaqəli deyil, bölgədə müxtəlif çağırışlara hazır olmalıyıq".

E.Şahinoğlu vurğulayıb ki, Paşinyanın "tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib" ifadəsinin ünvanı Bakı deyil, İrəvandır: "Paşinyan Avropa İttifaqının və Fransanın istəyi ilə Ermənistanda müşahidəçilər yerləşdirməsəydi, bu məsələ Bakı ilə İrəvan arasında fikir ayrılığına səbəb olmazdı. İki ölkə arasında sülh danışıqları aparılırsa və sülh sazişi imzalanacaqsa, gərginlik yaradan müşahidəçilər bölgəni tərk etməlidirlər. Bu, rəsmi Bakının haqlı tələbidir. Onların sərhəd boyu hərəkət etmələri, Avropadan gələnlərin daima durbinlə Azərbaycana boylanmaları iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrilib.

Kommunikasiyaların açılmasına gəldikdə Paşinyan iki variant təklif edib. Onun birinci təklifi budur ki, Ermənistan Azərbaycandan Naxçıvana keçidi İrandan keçən yol kimi eyni prinsiplə açmağa hazırdır. Bunu əvvəl də bir neçə də söyləyib. İkinci təklifi isə odur ki, İrəvan qarşılıqlı əsasda yolun işləmə rejimini sadələşdirməyə hazırdır. Bu da yeni təklif deyil. Göründüyü kimi, Paşinyan əvvəlkitək Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri