525 ci qəzet HƏMAS ABŞ ni Qəzzaya nəzarətlə bağlı bəyanatlardan imtina etməyə çağırıb
Icma.az bildirir, 525.az portalına istinadən.
Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampı Vaşinqtonun Qəzza zolağına nəzarət etməsi və anklavda yaşayan fələstinlilərin ərəb ölkələrinə köçürülməsi barədə bəyanatlardan imtina etməyə çağırıb.
525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında dərc edilmiş açıqlamada deyilir.
"Biz ABŞ administrasiyasını və Prezident Trampı beynəlxalq normalara zidd olan və Fələstin xalqının öz torpağındakı təbii hüquqlarını pozan məsuliyyətsiz bəyanatlardan imtina etməyə çağırırıq", - açıqlamada qeyd olunur.
HƏMAS həmçinin BMT, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək "bu təhlükəli bəyanatların müzakirəsi" üçün təcili iclaslar keçirməyə, eləcə də "qəti və tarixi mövqe tutmağa" çağırıb.
Qeyd edək ki, D.Tramp fevralın 4-də Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra birgə mətbuat konfransında bildirib ki, ABŞ Qəzza zolağını Yaxın Şərqdə sülh naminə inkişaf etdirmək üçün anklava uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 05 Fevral 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















