Icma.az
close
up
RU
525 ci qəzet Millətin ömürlük and yeri Şəhidlər xiyabanı

525 ci qəzet Millətin ömürlük and yeri Şəhidlər xiyabanı

525.az saytına istinadən Icma.az xəbər verir.

Dünyada 195 dövlət, 3000-dən çox xalqın yaşaması sübut edir ki, heç də bütün xalqlar dövlət qurmağı bacarmır. Bunun üçün çox sayda kriteriyalar tələb olunsa da, ən başlıcası milli ruh, mübarizə əzmi, müstəqillik istəyi və qurban vermə bacarığıdır. Bu sadalanan məziyyətləri Azərbaycan xalqı həm də 20 Yanvar tarixində ortaya qoymağı bacardı. Bəhs olunan keyfiyyətlər xalqımız üçün sonradan qazanılma deyil, Ön Asiya, Şərqi Anadolu, Qafqaz coğrafiyalarında şanlı dövlətçilik ənənələri yaratmağı bacaran ata-babalarımızın bizə miras qoyduğu genetik fondun məhsuludur. 1918-ci ildə Şərqdə ilk demokratik respublika kimi qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bu genefondun təntənəsi oldu. Olduqca çətin geosiyasi şəraitdə qurulan AXC Qafqazdakı gələcək müstəqil dövlətçiliyimizin, bugünkü Azərbaycan Respublikasının təməli rolunda çıxış etdi.

Ömrü qısa olsa da, milli siyasi ideallar üzərində qurulmuş AXC-nin təməlində yatan əbədiyaşar dəyərlərin dirçəlişi fonunda XX əsrin sonlarına doğru vüsətlənən Milli Azadlıq Hərəkatı ilə tariximizin “Milli Dirçəliş” dövrünə qədəm qoyduq.  İmperiya buxovlarından qurtulmağa çalışan Azərbaycan xalqı təxminən 200 illik rus müstəmləkəçiliyi ilə savaşın nəticəsi olaraq milli dövlət quruculuğunu tamamlamağa müvəffəq oldu. Bu tarixi zaman içində baş verən savaşlar, etirazlar Azərbaycan istiqlalının yenidən əldə olunmasına xidmət etdi. Bu mənada XX əsrin sonlarında İstiqlal Mübarizəmizin qızıl rəqəmlərlə yazılan mühüm tarixi günləri var ki, onlardan biri də məhz 1990-cı il 20 Yanvar hadisəsi idi. Bu hadisə heç bir ordunun, heç bir silahın vətən sevgisindən, azadlıq istəyindən daha güclü olmadığını və olmayacağını göstərdi bizə.

Mübariz ruhlu, müstəqillik amalı olan xalqlar həmişə imperialistlər tərəfindən qan içində boğulub. Sovet-rus imperiyası da öz xislətinə sadiq qalaraq azadlıq istəyən xalqları, o cümlədən, azərbaycanlıları qətliama məruz qoydu. Ancaq əsas olan odur ki, aparılan bu mübarizə hədər getmədi, tökülən qanlar yerdə qalmadı. 20 Yanvar SSRİ-nin dağılmasında həlledici rol oynadı, Azərbaycan öz müstəqilliyinə qovuşdu. Beləliklə, 20 Yanvar Azərbaycan insanının milli kimlik təfəkkürünün kütləvi şəkildə oyanmasında, yenidən formalaşmasında böyük rol oynadı və azadlıq düşüncəsi həmişəlik insanların düşüncəsinə hakim kəsildi. Milyonların çiynində son mənzilə yola salınan müqəddəs Şəhidlərin adı və Bakının ən uca məkanında uyuduqları Xiyaban isə millətin ömürlük and yerinə çevrildi.

O tarixi gündən 35 il keçib və artıq bu hadisəni şahidlərin dilindən eşidən yeni nəsillər yetişib. Bizlərin bu gün üçün ümdə vəzifəsi həmin bu tarixin mahiyyətini düzgün aşılamaqdır. Artıq həmin nəsillər üçün 20 Yanvar ney-kaman səsi, qərənfillərlə müşayiət olunmayacaq, uvertüralar və marşlar ilə anılacaq, kədərli sayğı duruşlarını dəyanətli-qürurlu sayğı duruşları əvəz edəcək. Demək ki, ilk addımı bizlər atmalıyıq, marşlar və cəngilər, kaman və ney səsini üstələsin deyə.

Ötən 34 illik müstəqilliyimiz ərzində xalq olaraq bütün potensialımızı ərazi bütövlüyümüz uğrunda səfərbər etməyimiz, dövlətçiliyimizin isə əmin əllərdə olması, peşəkar diplomatiya nəticəsində 44 günlük Vətən müharibəsi qələbə ilə sona çatıb, Qarabağda işğal altında olan torpaqlarımız üzərində suverenliyimiz bərqərar olub, ərazi bütövlüyümüz təmin edilib. Qələbə ilə yadda qalan bu fakt göstərir ki, artıq dirçəlmişik və bundan sonra öz sözümüzü deməyə və onun arxasında durmağa real gücümüz var. Milli ideyalar isə tükənmir. Hər dövrün reallıqlarına uyğun yenidən formalaşır. Bu dönəm üçün ən bariz milli ideyanın nədən ibarət olduğunu müzəffər lider İlham Əliyev 2 il öncə Səmərqənddə “Mən 50 milyonluq Azərbaycan türkünün prezidentiyəm deyərkən” elan etmişdi. Bunun üçün biz güclü liderə, vətənpərvər xalqa sahibik. Gələcək dalğaların qarşısında möhkəm dayana bilmək üçün keçmişimizi də unutmamalı, tarixin şanlı səhifələrini vərəqləməyi bacarmalıyıq. Elə 20 yanvar tarixi kimi. Həmin gün öz şirin canlarını qurban vermiş müqəddəs Şəhidlərimizin parlaq və unudulmaz xatirəsini böyük sayğıyla anır, onların ruhu qarşısında ehtiramla baş əyirik.

s.e.ü.f.d. Züriyə Qarayeva

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Yanvar 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri